Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-144/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu Astara Rayon X4 Hüquqi Şəxsin ərizəsinə dair icraat üzrə (Açar sözlər: qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edilmədi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə borclu Astara Rayon X4 Hüquqi Şəxsin ərizəsinə dair icraat üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından borclu Astara Rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Tələbkar cavabdehlər Astara Rayon X4 Hüquqi Şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Astara Rayon Mərkəzi X1 xeyrinə 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Astara Rayon X4 Hüquqi Şəxsindən mənəvi zərərin əvəzi olaraq 30 000 manat və ödənilmiş dövlət rüsumu olaraq 240 manatın tutularaq Tələbkar ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
5. Borclu Astara Rayon X4 Hüquqi Şəxsi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ, dövlət adından yaradılan X8b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X10lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması gərəkir. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X10in dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bu Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 903 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X10lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini - yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X10lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Astara Rayon X4 Hüquqi Şəxsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin araşırılmış hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdən məhkəmə qətnaməsi hal-hazıradək icra edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı işlərin baxılmasını tənzimləyən qanunvericilik normalarının tələblərini (yuxarıda sadalanan) nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə tələbkarın üstün manefələri qorunmalı və bu hüququn məhdudlaşdırılmasına yol verilməməlidir. Odur ki, məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamənin uzun müddət icra olunmamasına baxmayaraq, bundan sonra da 1 il müddətdə icrasına möhlət verilməsi qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də ərizə təmin edilməməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
9. Borclu Astara Rayon X4 Hüquqi Şəxsi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir
10. Şikayət onunla əsaslandırılmışdır ki, Astara RMX, PHŞ,dövlət adından yaradılan X8b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirhəyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X10lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkqərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması gərəkir. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X10in dövlət sifarişi ilə nəzərdə tutula bilər. Dövlət adından yaradılan X10lərə dövlət büdcəsi hesabına məqsədli vəsait ödənilməsi qaydasına əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X10lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. “İcra haqqında” Qanunun nəzərdə tutulur ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyəti və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, işə baxmış hakim, işdə iştirak şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habeləcra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(006)-93/2024 saylı qərardadından Astara Rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər.
15. Azərbaycan Respublikası “İcra haqqında” Qanun:
Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı icra sənədinə əsasən Astara Rayon X4 Hüquqi Şəxsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müştərək qaydada 30240 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir.
18. Astara Rayon X4 Hüquqi Şəxsi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin icrasına möhlət verilməsini xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması gərəklidir. Həmin puı məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X10in dövlət sifarişi ilə nəzərdə tutula bilər.
19. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilir ki, “...MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi barədə məsələni məhz işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsinin hakimi həll edə bilər.. Bununla yanaşı, “İcra haqqında” Qanunun 15-ci maddəsinə müvafiq olaraq tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təmin edildikdə: - möhlət müddəti başa çatana qədər qətnamə icraya yönəldilə bilməz (icra vərəqəsi verilə bilməz); - möhlət icra vərəqəsi verildikdən sonra verildikdə, icra məmuru möhlət başa çatana qədər icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edə bilməz; - icra sənədi üzrə icraata başlamaq haqqında qərar möhlət verilənə qədər qəbul olunduqda isə icra məmuru möhlət müddəti başa çatana qədər icra hərəkətlərini həyata keçirə bilməz. Bununla yanaşı qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.”
20. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqedən görünür ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda icra sənədinin icrasına möhlət verilməsi tələbkarın hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-1488/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı Astara Rayon X4 Hüquqi Şəxsinin ərizəsinin təmin edilməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev