Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-146/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, 8(004)-220/2024 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 “icra məmurunun hərəkət-hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3066/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqi üzrə qəbul edilmiş icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi; həmin icra vərəqi üzrə icra məmurunun borcluların digər əmlakları üzərinə həbs qoyaraq, onların hərraca çıxarılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin həyata keçirilməsinin icra məmuruna qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o xahiş etmişdir ki, icra vərəqəsində qeyd edilmiş və iş üzrə digər borclu şəxs olan X10 məxsus olmuş 2010-cu il buraxılışlı, **-XX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S63 AMG” markalı avtomobilin qiymətləndirilməsi, hərraca çıxarılması, iş üzrə tələbkar “X18 Azərbaycan” QSC-nə təklif edilməsi və avtomobilin həmin QSC-nin mülkiyyətinə keçirilməsinə dair həyata keçirilən icra hərəkətlərinin rəsmi sənədlər tələb edilərək öyrənilməsi, bu zaman aşkar edilə biləcək cinayət əmmələri barədə müvafiq prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilsin. İcra məmurunun hərəkətindən şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Şöbəsinin icraatında olan qeyd edilən icra sənədindən görünür ki, 2(103)-3066/2017 saylı mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(004)-272/2016 saylı iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin qismən, yəni faiz borcunun tutulması barədə hissədə ləğv edilməsini, həmin hissədə “X18 Azərbaycan” QSC-nin iddiasının qismən təmin edilərək, X7 və X4 müştərək qaydada QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 213/2040 nömrəli “Kredit müqaviləsi” üzrə 12.101,40 ABŞ dolları (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində faiz borcunun tutulmasını, qətnamənin mübahisələndırilən qalan hissədə (61.949,52 ABŞ dolları əsas borc, 811 ABŞ dolları cərimə borcu, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə və zaminə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikasının DİN-nin BDYP İdarəsinə göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 62.760,52 ABŞ dollarının (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 40 manat məbləğində pulun cavabdehlər X7 və X4 tutularaq iddiaçı QSC-yə ödənilməsi, tutmanın cavabdeh X10 məxsus olan və yuxarıda qeyd edilən **-XX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S63 AMG” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən icra vərəqi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru Orxan Abdullayev kobud pozuntulara və qanun pozuntulara yol vermişdir. Belə ki, qeyd edilən icra sənədində ümumi olaraq 62.760,52 ABŞ dolları əsas borc və 12.101,40 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 75.861,92 ABŞ dolları məbləğində borcun ödənilməli olduğu və həmin tələbin borclu Zaur Quliyevə məxsus həmin avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaitinin tələbkar olan QSC-yə olan borcun ödənilməsi nəzərdə tutulmuşdur. X13 məlum olmayan şəraitdə avtomobil 41.437 manata qiymətləndirilərək, tələbkar QSC-nın mülkiyyətinə keçirilmişdir. İcra vərəqəsı üzrə icra hərəkətlərini həyata keçirən İcra Şöbəsində isə avtomobilin qiymətləndirilməsi, hərraca çıxarılması, daha sonra tələbkara təklif edilməsi və sair bu kimi icra prosesləri barədə heç bir sənəd yoxdur. Avtomobilin kim tərəfindən, necə qiymətləndirilməsi, hansı icra prosesləri nəticəsində tələbkarın mülkiyyətinə keçməsi tamamilə naməlumdur. X15 göstərilən məsələlərin araşdırılması üçün müvafiq sənədləri İcra Şöbəsindən tələb etsə də on, heç bir sənədin olmadığı bildirilmiş, sənədlərin verilməsindən imtina edilmişdir. Bu səbəbdən həmin sənədlər məhkəmə tərəfindən İcra Şöbəsindən tələb edilməli və araşdırılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, göstərilən icra vərəqi ilk dəfə 2017-ci ildə icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinin icraatına qəbul edilmiş, həmin Şöbədə icraata başlanılmış və yuxarıda sözügedən avtomobil müəmmalı şəkildə tələbkar QSC-yə verildikdən sonra həmin iş üzrə icraata xitam verilmişdir. İş xitam edildikdən sonra QSC “icraya xitam verilməsi barədə” İcra Şöbəsinin qərarından məhkəməyə şikayət vermiş, bundan sonra iş yenidən icraya göndərilmiş və hazırki xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata başlamaq haqqında” qərar əsasında icra proseslərinə başlanmışdır. Lakin, icra məmurunun icraata başlamaq haqqında qərarı yanlış və qanunsuzdur. Çünki, icra məmuru xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata başlamaq haqqında” qərarda 62.760,52 ABŞ dollarının və 80 manat məbləğində pul vəsaitinin borclulardan tutularaq, tələbkar QSC-yə ödənilməli olduğu qeyd edilmişdir. Əvvəla, icraata başlamaq haqqında qərarda qeyd edilənlər icra vərəqinə ziddir. İcra vərəqində qeyd edilənlər tamamilə başqa məzmunludur. İcra məmurunun icra vərəqində göstərilənlərdən kənara çıxmaq, istədiyi cümlələri həmin qərara yazmaq səlahiyyəti yoxdur. İcraata başlamaq haqqında qərarda dəqiq olaraq icra vərəqində göstərilən və icra edilməli məsələ olduğu kimi qeyd edilməlidir. Lakin, icra məmurunun xx.xx.2021-ci il tarixli qərarında qeyd etdikləri, icra vərəqinə deyil, icra məmurunun öz mülahizələrinə əsaslanır. Belə ki, icra vərəqində məhz aşağıdakı sözlər qeyd edilir: “Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 2(004)-272/2016 saylı qətnaməsi qismən - faiz borcunun tutulmasına dair hissədə ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. X7 və X4 müştərək qaydada “X18 Azərbaycan” QSC-nin xeyrinə 07 iyun 2013-cü il tarixli 213/2040 nömrəli kredit müqaviləsi üzrə 12.101,40 (on iki min bir yüz bir tam yüzdə qırx) ABŞ dolları (ödəniş günü məzənnəyə uyğun olaraq manatla) miqdarında faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə (61.949,52 ABŞ dolları əsas borc, 811 ABŞ dolları cərimə borcu, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə və zaminə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikasının DİN-nin BDYP İdarəsinə göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 62.760,52 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) və 40 manat məbləğində pulun cavabdehlər X7 və X4 tutularaq iddiaçı “X18 Azərbaycan” QSC-nə ödənilməsi, tutmanın cavabdeh X10 məxsus olan 2010-cu il buraxılışlı, şassi/ban nömrəsi WDD221172İA317567 olan, **-XX-*** dövlət qeydiyyat nişanlı, karbon qara rəngli “MERCEDES BENZ S63 AMG” minik markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına banka olan borcun ödənilməsi) dəyişdirilmədən saxlanılsın”. İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarda isə icra məmuru qeyd edir: “İcra sənədi üzrə X2, X7 62.760,52 ABŞ dolları, 80 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X18 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir”. Göründüyü kimi, “icra sənədi üzrə icraata başlamaq haqqında” qərarda qeyd edilənlər, icra vərəqinə uyğun deyil. Bundan əlavə, icra məmurunun qeyd etdiyi məbləğ heç bir məntiqə sığmır. Çünki, icra vərəqində həmin məbləğ deyil, başqa bir məbləğ göstərilib. Həmçinin, icra məmuru ikinci dəfə icraata başlayarkən, avtomobil ilə bağlı məsələni qeyd etməmişdir. Bu zaman ehtimal olunur ki, icra məmuru artıq avtomobilin tələbkara təhvil verildiyini nəzər almış və bu səbəbdən onu qeyd etməmişdir. Lakin, icra məmuru avtomobilin tələbkara təhvil verildiyini nəzərə alsa da, həmin avtomobilin dəyəri olan (bu qiymətlə də biz razılaşmırıq və burada korrupsiya hüquqpozmalarına, dələduzluğa, vəzifə saxtakarlığına yol verildiyni güman edərək, həmin məsələnin araşdırılmasını tələb edirik) 41.437 manatı ümumi tələbdən çıxmamışdır. Göründüyü kimi, icra məmurunun qəbul etdiyi xx.xx.2021-ci il tarixli “icra sənədi üzrə icraata başlamaq haqqında” qərar qanunsuz və əsassızdır, həmçinin onda göstərilən tələb və məbləğ icra vərəqinə uyğun deyil, bu səbəbdən ləğv edilməlidir. İcra məmurunun borcluların digər əmlaklarına tələbin yönəldilməsi barədə hərəkətləri qanunsuzdur. Belə ki, icra məmuru Orxan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə X13 məxsus və Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 14 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Rza Əfqani küçəsində yerləşən 13 saylı torpaq sahəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 8(004)-53/2024, xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş, təqdimat qismən təmin edilərək, X13 məxsus (yuxarıda qeyd edilən) 14 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. X15 hesab edir ki, icra məmurunun hazırki icra sənədi üzrə məcburi icra hərəkətləri həyata keçirmək səlahiyyəti yoxdur. Çünki icra sənədində 62.760,52 ABŞ dolları əsas və 12.101,40 ABŞ dolları faiz borcunun ödənilməli olduğu və icra üsulu göstərilir. Həmin icra vərəqinə əsasən tələb Zaur Quliyevə məxsus mübahisəli avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılmalı və tələbkar olan QSC-yə olan borc ödənilməlidir. İcra vərəqində göstərilən icra üsulu yerinə yetirilmiş və həmin avtomobil 41.437 manat məbləğinə tələbkar QSC-yə təklif edilmiş və QSC də həmin qiymətə avtomobili əldə etmişdir. Göründüyü kimi, avtomobil ilə bağlı icra vərəqində birbaşa icra hərəkəti qeyd edilib. Avtomobilin hərracdan satıldıqdan sonra əldə olunacaq borcun ödənilməsinə kifayət edib-etməyəcəyi göstərilməmiş, kifayət etməyəcəyi təqdirdə kreditorun borcunun ödənilməsinin borlcuların digər əmlakları hesabına həyata keçirilməsi göstərilməmişdir. Bu səbəbdən icra məmurunun icra vərəqində göstərilənlərdən kənara çıxaraq, borcun ödənilməsi üçün borcluların digər əmlaklarını hərraca çıxarmaq barədə həyata keçirdiyi bütün hərəkətlər qanunsuz və əsassızdır. İcra məmurunun hərəkətindən şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini qərara almışdır. X15 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və icra məmurunun hərəkətindən verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən borclu Zaur Quliyevdən 69.107,52 ABŞ dolları (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 40 manat məbləğində pul tutularaq tələbkar “X18 Azərbaycan” QSC-yə ödənilməlidir. Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, həmin qərarla qeyd edilən icra sənədi üzrə icra icraatına başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-3066/2017 saylı iş üzrə verilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin qismən, yəni faiz borcunun tutulmasına dair hissəsinin ləğv edilməsi, həmin hissədə iddiaçı “X18 Azərbaycan” QSC-nin iddiasının qismən təmin edilməsi, cavabdehlər Zaur Quliyev və Natiq Sadıqovdan müştərək qaydada QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 213/2040 nömrəli “Kredit müqaviləsi” üzrə 12.101,40 ABŞ dolları (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) miqdarında faiz borcunun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə (61.949,52 ABŞ dolları əsas borc, 811 ABŞ dolları cərimə borcu, 5 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə və zaminə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 2,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin Azərbaycan Respublikasının DİN-nin BDYP İdarəsinə göndərilməsi üzrə poçt xərci, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 62.760,52 ABŞ dollarının (ödəniş günü üçün müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 40 manat məbləğində pulun cavabdehlər Zaur Quliyev və Natiq Sadıqovdan tutularaq iddiaçı QSCyə ödənilməsi, tutmanın cavabdeh Zaur Quliyevə məxsus olan **-XX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S63 AMG” markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilə biləcək vəsaiti hesabına QSC-yə olan borcun ödənilməsi) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin avtomobilin açıq hərracdan satılmasını həyata keçirmiş hərrac təşkilatının ipoteka saxlayan QSC-yə ipoteka predmetinin əldə edilməsi barədə 71 saylı, xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən avtomobil 41.437,50 manat qiymətə QSC tərəfindən əldə etmişdir. Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, borclu Zaur Quliyevin ünvanı Bakı şəhərinin Yasamal rayona aid olduğundan icra sənədi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, həyata keçirilmiş icra tədbirləri nəticəsində sözügedən avtomobil “X6” MMC-nin 71 nömrəli, xx.xx.2017-ci il tarixli protokoluna əsasən tələbkar QSC tərəfindən əldə edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3066/2017 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla tələbkar QSC-nin şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi yenidən icraya yönəldilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclular Natıq Sadıqova və Zaur Quliyevə qeyd edilən icra sənədində göstərilən tələbin könüllü icra etmələri təklif olunmuşdur. Yasamal Rayon İcra Şöbəsinin tələbkar QSC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, həmin məktub ilə İcra Şöbəsi tərəfindən QSC-yə bldirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli məhkəmə aktı əsasən verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə X11 mülkiyyətində olan “Hyundai Equus” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarılması haqqında qərar icra olunması üçün xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə DİN-in BDYPİ-nə göndərilmişdir. Məhkəmə qərarının icrası tərəflərindən nəzarətdə saxlanılmaqla borcun ödənilməsi istiqamətində tədbirlərin davam etdirilir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “borclunun əmlakının axtarılması haqqında qərarından” görünür ki, həmin qərarla borclu Natıq Sadıqova məxsus “Hyundai Equus” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin İdarə İcra Şöbəsinə məlumat vermişdir ki, İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə icra olunmuş, X13 məxsus və Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 14 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Rza Əfqani küçəsində yerləşən 13 saylı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla icra məmurunun təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə X11 mülkiyyətində olan “Mercedes Benz S 350 minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin “X1 əmlakı üzərinə həbs qoyulması barədə” təqdimatı üzrə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 8(004)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla icra məmurunun təqdimatının qismən təmin edilməsi, X13 məxsus və Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin İdarə İcra Şöbəsinə məlumat vermişdir ki, Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərardadı əsasında “Mercedes Benz S 350” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq İdarənin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Yasamal Rayon Məhkəməsinin 8(004)-54/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla icra məmurunun təqdimatının təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Zaur Quliyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. X11 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o bildirmişdir ki, onun yuxarıda qeyd edilən qətnamədən məlumatı olmamış, qətnaməni rəsmi formada əldə edib kassasiya şikayəti verəcək, İcra Şöbəsində bu günədək bildiriş ona gəlməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı “X18 Azərbaycan” QSC-nin cavabdehlər Zaur Quliyev və Natıq Sadıqova qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair 2(004)- 272/2016 saylı mülki işə baxmış Yasamal Rayon Məhkəməsi həmin iş üzrə qəbul etdiyi qətnamə əsasında verdiyi xx.xx.2016-cı il tarixli icra vərəqəsini icraata yönəltmiş, Nəsimi Rayon İcra Şöbəsi həmin icra sənədi üzrə icraata başlamışdır. Daha sonra qeyd edilən mülki iş qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının baxışı predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən iş üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli qətnamə (iş № 2(103)-3066/2017) əsasında xx.xx.2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. İcra Şöbəsi tərəfindən “icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə” qərar qəbul edildiyindən tələbkar QSC həmin qərardan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadına əsasən şikayət təmin edilərək, İcra Şöbəsinin “icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə” qərarı ləğv edilmiş və icra sənədi xx.xx.2021-ci il tarixdə yenidən icraya yönəldilmişdir. İcra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə təkrarən icraata başlamaq haqqında qərar qəbul olunmuş və icra olunması üçün icra tədbirləri görülmüşdür. Bundan sonra nəzarət qaydasında və eyni zamanda tələbkarın ərizələri əsasında icra məmuru tərəfindən müxtəlif qurumlara (borclunun mülkiyyətində olan əmlakları barədə, gəlirləri barədə və s.) sorğular verilmiş və cavablar alınmış, borcluya tələbin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərarı ilə Natiq Sadıqova məxsus “Hyundai Equus” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmiş, icra məmurunun təqdimatı əsasında Yasamal Rayon Məhkəməsinin 8(004)-775/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə X11 mülkiyyətində olan “Mercedes Benz S 350” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, Yasamal Rayon Məhkəməsinin 8(004)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 məxsus və Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 14 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1.). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1.). İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (maddə 8.1.). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (maddə 8.2.). Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir (maddə 12.1.). Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur (maddə 12.3.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev “İcra Haqqında” Qanununa əsasən qətnamənin icrasının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri (icra vərəqi üzrə qanunda müəyyən edilmiş müddətdə icraata başlamaq haqqında qərar qəbul etmiş, icra sənədinin icra olunması üçün icra istiqamətində dəfələrlə istər tələbkarın ərizələri, istərsə də, icra nəzarət qaydasında müvafiq qurumlara sorğular vermiş, məhkəməyə təqdimatlar vermiş) yerinə yetirmişdir. Rayon Məhkəməsi eyni əsaslara görə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə X11 “Mercedes Benz S63” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin real bazar dəyərinin ən azı 70.000 ABŞ dolları olduğu halda 41.437 manat məbləğində qiymətləndirilərək, hərracdan satılması və tələbkar QSC-nin mülkiyyətinə keçirilmənin qanunsuz olması barədə dəlilinə münasibətə qeyd edir ki, bu hallar “icra məmurunun hərəkət-hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, həmin avtomobil iş üzrə digər borclu Zaur Quliyevə məxsus olmuşdur. “İcra məmurunun hərəkəthərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” şikayətdə qeyd olunan əsaslarla buna subyektiv hüququ olan şəxs və ya şəxslərin, iş icra mərhələsində olduğu təqdirdə avtomobilin qiymətləndirilməsinə dair icra məmurunun qərarından şikayət etmək hüququ, hazırki halda isə, yəni avtomobil acıq hərrac vasitəsi ilə satıldıqdan sonra isə hərracın nəticələrinin etibarsız hesab edilməsi (hərrac müqaviləsi və protokolun etibarsız və ya ləğv edilməsi tələbi) tələbi ilə iddiaçı qismində məhkəmədə iddia qaldırmaq hüquqları olmuşdur. Məhkəmə eyni zamanda X11 icra məmurunun icraata başlamaq haqqında qərarının yanlış olması, icra sənədinin məzmununa uyğun olmaması ilə bağlı barədə dəlillərinə münasibətdə qeyd edir ki, həmin xx.xx.2021-ci il tarixli qərar icra məmuru tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3066/2017 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən qəbul edilmişdir. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi X11 bu dəlilini əsassız hesab etməkdə haqlı olmuşdur. İcra vərəqi üzrə icra hərəkətlərini həyata keçirən icra məmurunun borcluların digər əmlakları üzərinə həbs qoyaraq, onların hərraca çıxarılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin həyata keçirilməsinin icra məmuruna qadağan edilməsi barədə X11 dəlillərini də, əsassız sayır. Belə ki, qeyd olunan əmlaklar üzərinə icra məmurunun təqdimatı əsasında məhkəmə qərardadları ilə həbs qoyulmuşdur. “İcra haqqında” Qanununun tələblərinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur (maddə 50.1.). Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (maddə 50.2.). Qeyd olunanlara əsasən müəyyən edilir ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icra hərəkətləri qanuna uyğun olmuşdur. Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qəbul etdiyi borclu Natıq Sadıqov tərəfindən verilmiş “icra məmurunun hərəkət-hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə” şikayətin təmin edilməməsi barədə qərardad qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərardaddan Natıq Sadıqovun verdiyi şikayət əsassızıdır. Şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır. Barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 mart 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Elnur Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-146/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-146/2024
03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver