Məhkəmə qərarları › İş №8(103)-148/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-148/2021

21.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-148/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tələbkarın nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)- 454/2020 saylı qərardadından Tələbkar MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus “Nissan X-Trail” minik markalı, AZ**-FZ-*** qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı, AZ**-XG-*** qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, AZ10-HG588 qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı, AZ**-OM- *** qeydiyyat nişanlı, “Mercedes Benz 290” minik markalı, AZ**-OL-*** qeydiyyat nişanlı və “Mercedes Benz 240” minik markalı, AZ**-VS-*** qeydiyyat nişanlı avtomobillərinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. İcra sənədi üzrə Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi, avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsini, qərardadın tam ləğv edilməsi mümkün olmadıqda isə “Mercedes Benz 290” minik markalı, AZ**-OL-*** qeydiyyat nişanlı avtomobilə münasibətdə ləğv olunaraq həmin avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, avtomobil üzərinə həbs qoyularkən qeyd edilən borc üzrə ödənişlərin edilib-edilməməsi araşdırılmamış, əmlakın üzərinə həbsin qoyulmasına qədər olan icra tədbirləri qanunauyğun qaydada aparılmamışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev, iş № 8(001)-454/20) şikayət qismən təmin edilmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qismən ləğv olunmuş, həmin qərardada əsasən Borclu məxsus “Mercedes Benz 290” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İcra sənədi üzrə Tələbkar MMC məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 8(001)- 454/2020 saylı qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin icra sənədi 2 ilə yaxındır borclu tərəfindən icra edilməmiş, borcun cüzi bir qismi belə ödənilməmişdir. Məhkəmənin qərardadı ilə borclunun bir neçə avtomobillərinin üzərinə həbs qoyulması qərara alınsa da, həmin avtomobillər üzərinə faktiki olaraq həbs qoyulmamış və güman ki 3-cü şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Hazırda borclunun mülkiyyətində olan yeganə avtomobil “Mercedes Benz 290” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobildir ki, həmin avtomobilin üzərindən həbsin götürülməsi icra sənədinin tam icrasız qalacağı deməkdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi və vəkili S.Əsədov məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tələbkarın nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin borclunun şikayətinin qismən təmin edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi Füzuli Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2- (064)-617/2019 saylı icra sənədinə əsasən, Borclu 5000,5 manat borcun və həmin borcun Mərkəzi Bankın 2019-cu ilin iyun ayı üçün olan üçot dərəcəsi 8,5 faiz olmaqla, 452 manat olmaqla cəmi 5425,5 manat məbləğində pul vəsaitinin alınaraq Tələbkar MMCyə verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz qərardadında göstərmişdir ki, həbsin qoyulmasının borc məbləği ilə müqayisədə nə qədər mütənasib olması nəzərə alınmalıdır. Lakin icra məmuru tərəfindən üzərinə həbs qoyulmuş əmlakların dəyəri müəyyənləşdirilməmiş, onların borc məbləği ilə müqayisəsi aparılmamış, beləliklə məcburi icra tədbirinin tətbiqi zamanı mütənasiblik prinsipinə əməl olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda icra məmurunun təqdimatına əsasən üzərinə həbs qoyulmuş əmlakların cəm şəkildə dəyəri ilə borc məbləği arasında kəskin fərq olması aşkardır. 5425,5 manat borc müqabilində 6 ədəd avtomobilin üzərinə həbs qoyulması ağlabatan deyil, həmin avtomobillərin bir və ya ikisinin dəyəri borc məbləğinin tam şəkildə ödənilməsinə kifayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə əsasən, tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi, hazırda tələb borclunun əmlakına lazım olandan dəfələrlə artıq həcmdə yönəldilmişdir. Digər tərəfdən tələbkar şikayətində göstərsə də, məhkəmə qərardadı ilə üzərinə həbs qoyulması qərara alınmış avtomobillərin özgəninkiləşdirilməsinə dair heç bir sübut əlavə etməmişdir. İş materiallarından məlum olur ki, avtomobillərə həbs qoyulması ilə bağlı müvafiq məhkəmə qərarı icraya yönəldilmişdir. Belə olan halda, avtomobillərin özgəninkiləşdirilməsi də ağlabatan hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bir daha qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlaklar borcun ödənilməsinə kifayət etdiyi və hətta daha artıq həcmdə olduğu üçün şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Tələbkar MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar