Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-148/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatına dair iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair verdiyi təqdimat üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(011)- 235/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, “Mercedes Benz ML 350 minik” markalı, **- LO-*** qeydiyyat nişanlı avtomobilə dair ½ hissədə X1 və ½ hissədə Borclu Şahin oğlunun payları müəyyən edilərək, mülkiyyət hüquqları tanınmalı, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə ½ hissədə X1 və ½ hissədə Borclu Şahin oğlunun payları müəyyən edilərək, həmin əmlakın dəyərinin ½ hissəsi olan, 300 (üç yüz) manat məbləği X2 alınaraq X4 ödənilməli, dəyəri 600 (altı yüz) manat təşkil edən Borclu Şahin oğluna məxsus nişan üzüyü, həmin əmlak olmadıqda isə onun dəyəri Tələbkar alınaraq X5 verilməlidir.
2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Təqdimata əlavə edilmiş xx.xx.2025-ci il tarixli Barışıq sazişinə əsasən: 1. Tərəflər Borclu və Tələbkar yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin icrası barədə ümumi razılığa gələrək bəyan edirlər ki, Xətai Rayon Məhkəməsinın 2(011)-2808 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ½ hissədə paylara ayrılmış “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nışanlı avtornobil üzərindən Tələbkar öz payından Borclu Şahın oğlunun xeyrinə 7.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə imtina edir və 7000 manat kompensasiya ödənildikdən sonra həmin avtomobil üzərində yaranmış ½ hissədə payını Borclu Şahin oğlunun adına keçirir. 2. Qeyd olunan 7.000 (yeddi min) manat kompensasiya hər ayın birinci günü hər ay 500 manat olmaqla borc ödənilənədək Tələbkar adına olan bank hesabına köçürülür. 3. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə görə almalı olduğu 300 (üç yüz) manat məbləğindən imtina edir. 3. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra (sonuncu ödənişdən sonra 5 iş günü müddətində) “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin Borclu adına rəsmləşdirilməsi üçün Notariat ofisində və zərurət olarsa Məhkəmədə tələb olunan sənədləşmə işlərini yerinə yetirir. 4. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə görə almalı olduğu 300 (üç yüz) manat məbləğindən imtina edir. 5. Borclu bəyan edir ki, “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin tam hüquqlu öz adına rəsmləşdirilməsindən sonra nişan üzüyünə görə ona ödənilməli olan 600 manat məbləğindən imtina edir. 6. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra mütəxəssis rəyinə görə ödənilməli olan 250 manat pul vəsaitini hər bir tərəf 125 manat olmaqla "xxxx" MMC-nin hesabına köçürür. 7. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra qəbul edilmiş məhkəmə qərardadı “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin tam hüquqla Borclu adına rəsmiləşdirilməsi üçün əsasdır. 8. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra qəbul edilmiş məhkəmə qərardadı tam cra olunmuş sayılır və Xətai rayon icra şöbəsinin icraatında olan Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə xitam verilməsi üçün əsasdır. 9. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla iki səhifədən, üç nüsxədə tərtib olunur və imzalanır.Tərəflərin hər birinə bir nüsxə verilir. Bir nüsxə Xətai rayon İcra şöbəsinə verilir ki, Xətai Rayon Məhkəməsinə təsdiq olunması üçün göndərilsin.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(011)- 235/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatı təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, icra mərhələsində bağlanmış barışıq sazişi o halda təsdiq edilir və icraatın xitamına səbəb olur ki, həmin saziş məhkəmə qətnaməsində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olur, lakin hazırkı barışıq sazişinin mətnindən görünür ki, saziş qətnamə ilə müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olmur, əksinə tərəflər üçün yeni öhdəliklər müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə təqdimat təmin oluna bilməz.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Həmin qərardaddan Tələbkar şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-235/2025 saylı, 28 fevral 2025-ci il qərardadının ləğv edilməsini və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatın təmin edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 2808/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə tərəfindən tərtib olunmuş barışıq sazişi Xətai Rayon Məhkəməsinin 8(011)-235/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə qanunsuz olaraq təmin olunmamışdır. Belə ki, Xətai Rayon Məhkəməsinin 8(011)- 235/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunub ki, barışıq sazişi o halda təsdiq edilir və icraatın xitamına səbəb olur ki, həmin saziş məhkəmə qətnaməsində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olur və yeni öhdəlik müəyyən etmir. Bununla bağlı qeyd edir ki, Mülki-Prosessual Məcəllədə belə bir müddəa mövcud deyil və barışıq sazişinin hüquqi təbiətinə uyğun gəlmir. Çünki, Mülki-Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Bundan əlavə həmin məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
10. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
11. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
12. 52.4-cü və 52.5-ci maddələrinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
13. 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
14. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
15. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
16. 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
17. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
18. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
19. 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir.
20. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
21. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
22. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 8(011)-235/2025 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq edilməsi barədə təqdimatı təmin edilməlidir.
24. Belə ki, ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilmiş, həmin Qanunun 20-ci maddəsində də icra məmurunun üzərinə icra icraatına xitam vermək vəzifəsini şərtləndirən konkret hallar göstərilmişdir.
25. Bununla belə qanunverici icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti məhkəməyə vermişdir. Belə ki, 20.1.2-ci maddəsinə görə, tələbkar ilə borclu arasında bağlanmış barışıq sazişinə əsasən icra sənədi üzrə icraata xitam verilməsinin mümkünlüyü, bu sazişin məhkəmə tərəfindən təsdiq ediməli olması ilə əlaqələndirilmişdir. Yəni tərəflər arasında bağlanan barışıq sazişinin qüvvəyə minməsi, hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi, bu sazişin məhz məhkəmə tərəfindən təsdiq olunmasından asılı olduğu müəyyən edilmişdir.
26. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri (sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olub-olmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını, icra sənədində göstərilən tələblərdən kənara çıxılıb-çıxılmamasını və s.) yoxlayır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş (görünən) məlumat və sənədlər əsasında aydınlaşdırılır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi müvafiq əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış edir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını (əqdin qüvvəyə minməsini) təmin etməklə yanaşı mülki prosesi tamamlayan (hazırkı halda icra icraatına xitam verən) prosessual nəticə əmələ gətirir.
27. Mübahisələndirilən qərardaddan isə görünür ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərdən fərqli olaraq qeyd etmişdir ki, tərəflərin icra mərhələsində bağladığı barışıq sazişi o halda təsdiq edilir və icraatın xitamına səbəb olur ki, həmin saziş məhkəmə qətnaməsində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olsun. Buna baxmayaraq hazırkı barışıq sazişinin mətnindən görünür ki, saziş qətnamə ilə müəyyən edilmiş öhdəliklərin xitamına səbəb olmur, əksinə tərəflər üçün yeni öhdəliklər müəyyən edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, barışıq sazişinin təsdiq edilməsi barədə təqdimat təmin oluna bilməz.
28. Məhkəmənin sərgilədiyi mövqe ilə əlaqədar kollegiya qeyd etməyi zəruri sayır ki, tərəflər prosesin istənilən mərhələsində məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Bu zaman tərəflər arasında bağlanmış barışıq sazişi əsasında tərəflərin münasibətlərinə dair yeni bir hüquqi nəticə əmələ gəlir, həmin nəticə də hüquq və öhdəliklərin əmələ gəlməsinə əsas yaradan qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilə olaraq formalaşır. Nəticə etibarilə də barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.
29. İcra icraatı zamanı bağlanmış barışıq razılaşmasının da qüvvəsi ondan ibarət olur ki, həmin razılaşmaya əsasən icra icraatının başlanılmasına əsas olmuş icra sənədində qeyd olununanların icra edilməli olmasına istinad edilməsi istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Belə ki, tərəflər öz aralarında məhkəmə aktına əsasən yaranmış hüquqlar və vəzifələri müvafiq qarşılıqlı güzəştlər yolu ilə icrası məcburi olan yeni formaya gətirir, məhkəmə tərəfindən əsaslı hesab edilmiş tələblərin yerinə yetirilməsi üçün borclu(lar)nun hərəkətlərinin ardıcılığını müəyyən edirlər.
30. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimata baxarkən yuxarıda göstərilən halları nəzərə almamış, sadalanan prosessual hüquq normalarına uyğun bir araşdırma aparmamış, təsdiq olunması üçün təqdim olunmuş barışıq sazişinə lazımi şəkildə qiymət verməmiş, qərardadı da tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır. Nəticədə də məhkəmənin gəldiyi qənaəti icra qanunvericiliyinin müvafiq normalarına uyğun olmamışdır.
31. Mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən çıxarılmış qərardad isə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.
32. Hazırkı işin hallarından da görünür ki, tərəflər arasında mövcud olmuş mübahisə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2808 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən öz həllini tapmışdır. Buna baxmayaraq tərəflərin hazırkı niyyətləri qarşılıqlı razılaşma əsasında tərtib etdikləri barışıq sazişi ilə icra sənədində müəyyən edilmiş hüquq və vəzifələrin icrası qaydasının dəyişdirilmiş vəziyyətdə təsbitinə yönəldilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli barışıq sazişindən göründüyü kimi tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2808 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ½ hissədə paylara ayrılmış “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobil üzərindən Tələbkar öz payından Borclu xeyrinə 7.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə imtina edir və 7.000 manat kompensasiya ödənildikdən sonra həmin avtomobil üzərində yaranmış ½ hissədə payını Borclu Şahin oğlunun adına keçirir.
2. Qeyd olunan 7.000 (yeddi min) manat kompensasiya hər ayın birinci günü hər ay 500 manat olmaqla borc ödənilənədək Tələbkar adına olan bank hesabına köçürülür.
3. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra (sonuncu ödənişdən sonra 5 iş günü müddətində) “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin Borclu adına rəsmləşdirilməsi üçün Notariat ofisində və zərurət olarsa Məhkəmədə tələb olunan sənədləşmə işlərini yerinə yetirir.
4. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə görə almalı olduğu 300 (üç yüz) manat məbləğindən imtina edir.
5. Borclu bəyan edir ki, “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin tam hüquqlu öz adına rəsmləşdirilməsindən sonra nişan üzüyünə görə ona ödənilməli olan 600 manat məbləğindən imtina edir.
6. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra mütəxəssis rəyinə görə ödənilməli olan 250 manat pul vəsaitini hər bir tərəf 125 manat olmaqla "xxxx" MMC-nin hesabına köçürür.
7. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra qəbul edilmiş məhkəmə qərardadı “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin tam hüquqla Borclu adına rəsmiləşdirilməsi üçün əsasdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər prosesin istənilən mərhələsində məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.).
34. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə əlaqədar tərəflər arasında bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin, habelə hər hansı üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və icra sənədində göstərilən tələblər çərçivəsində tərtib edildiyindən təsdiq edilməlidir.
35. Məhkəmə kollegiyası həmçinin izah etməyi zəruri sayır ki, hazırkı qərardad Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə başlanılmış icra icraatına xitam verilməsi üçün əsasdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (tələbkar və ya borclu) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-235/2025 saylı 28 fevral 2025-ci il tarixli qərardadı tamamilə ləğv edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair verdiyi təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2808 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ½ hissədə paylara ayrılmış “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobil üzərindən Tələbkar öz payından Borclu xeyrinə 7.000 manat məbləğində kompensasiya ödənilməsi şərti ilə imtina edir və 7.000 manat kompensasiya ödənildikdən sonra həmin avtomobil üzərində yaranmış ½ hissədə payını Borclu Şahin oğlunun adına keçirir.
9. Qeyd olunan 7.000 (yeddi min) manat kompensasiya hər ayın birinci günü hər ay 500 manat olmaqla borc ödənilənədək Tələbkar adına olan bank hesabına köçürülür.
10. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra (sonuncu ödənişdən sonra 5 iş günü müddətində) “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin Borclu adına rəsmləşdirilməsi üçün Notariat ofisində və zərurət olarsa Məhkəmədə tələb olunan sənədləşmə işlərini yerinə yetirir.
11. Tələbkar bəyan edir ki, 7.000 (yeddi min) manat kompensasiyanı aldıqdan sonra, 1 (bir) ədəd divan 2 (iki) ədəd kreslodan ibarət mebel dəstinə görə almalı olduğu 300 (üç yüz) manat məbləğindən imtina edir.
12. Borclu bəyan edir ki, “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin tam hüquqlu öz adına rəsmləşdirilməsindən sonra nişan üzüyünə görə ona ödənilməli olan 600 manat məbləğindən imtina edir.
13. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra mütəxəssis rəyinə görə ödənilməli olan 250 manat pul vəsaitini hər bir tərəf 125 manat olmaqla "xxxx" MMC-nin hesabına köçürür.
14. Bu barışıq sazişinin şərtləri tam yerinə yetirildikdən sonra qəbul edilmiş məhkəmə qərardadı “Mercedes Benz ML 350 minik” markalı, **-LO-*** dövlət nömrə nişanlı avtomobilin tam hüquqla Borclu adına rəsmiləşdirilməsi üçün əsasdır.
Qərardad Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2808/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə başlanılmış icra icraatına xitam verilməsi üçün əsasdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev