Məhkəmə qərarları › İş №8(103)-150/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-150/2021

14.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-150/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-6/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından borclu Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y ƏN E T D İ : Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədovun xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7124/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar “xxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-7124/2016 saylı qətnaməsinin yenidən icraya göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 7124/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Tələbkar və onunla birlikdə yaşayan digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Adil Məmmədov küçəsi ev 57-nin 2-ci mənzilindən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd olunan Yasamal Rayon Məhkəməsinin 2(004)-7124/2016 saylı, xx.xx.2016-cı ıl tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Binəqədi Rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixə təyin edilmiş icra tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Adil Məmmədov küçəsi ev 57-nin 2-ci mənzili boşaldılaraq boş vəziyyətdə MMC-nin nümayəndələrinə təhvil verilmiş, bununla bağlı akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Lakin bundan sonra borclu yenidən qapını qıraraq mənzilə daxil olmuş və hazırda orada yaşamağa davam edirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-6/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Maraqlı şəxs icra məmuru X1 rayon məhkəməsinin 2(004)- 7124/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, Yasamal rayon məhkəməsinin 2(004)-7124/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraatın təzələnməsi və icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu Tələbkar verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, 20.8-ci maddəsinə görə isə, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 73.5-ci maddəsinə görə, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “İcra haqqında” Qanunun 73.5-ci maddəsinin mənasına uyğun olaraq iş üzrə icra icraatı təzələnməli olması qənaətinə gəlməkdə birinci instnasiya məhkəməsi haqlı olmuşdur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, Mülki Məcəllənin 551.2.4-cü maddəsinə görə isə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiə hüququnun ayrılmaz tərkib hissəsidir, məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması isə pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Bu mənada məhkəmə kollegiyası nəzərə alır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 7124/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamısi qanuni qüvvədədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-6/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar