Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-150/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)-62/2022 saylı qətnaməsinin hissə–hissə icra olunması barədə X1 ərizəsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-91/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)- 62/2022 saylı qətnaməsinə əsasən X3 (Gadjiev Aidin) 3047 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 1 manatın tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. X7 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)-62/2022 saylı qətnaməsi üzrə borc məbləğinin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-91/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)- 62/2022 saylı qətnaməsinin hissə – hissə icra olunması barədə X1 ərizəsi təmin edilməməsi (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarı; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə istinadən) qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, X2 ərizədə qətnamənin ayda 100 manat olmaqla hissə-hissə icra olunması barədə ərizəsi təmin olunarsa icra prosesi bir neçə ilə başa çatacaqdır. Həmçinin, tələbkar icra sənədinin ərizədə qeyd olunan qaydada icra edilməsinə qəti olaraq etirazını bildirmişdir. Buna görə də, ərizənin bu qaydada təmin olunması tələbkarın mənafeyinin əhəmiyyətli dərəcədə pozulması və məhkəmə qərarının uzun müddət icra olunmaması ilə nəticələnir. X2 şikayət vermiş, Bakı şəhəri Binəqədi Rаyоn Məhkəməsinin xx.xx.2023-cü il tаriхli 8 (001)- 91/2023 sаylı qərardadın qаnunsuz və əsаssız оlduğundаn ləğv еdilməsı və X6 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)-62/2022 saylı qətnaməsi üzrə borc məbləğinin hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə «İcrа hаqqındа» Аzərbаycаn Rеspubliкаsının Qаnunun 15; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə istinadən qeyd edilmişdir ki, hal-hazırda maddi vəziyyəti cox ağırdır. X11 yaşayış kompleksi MMC-də mühəndis vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. Maaşı hər ayın əvvəli alır. Başqa gəliri yoxdur. Belə bir şəraitdə qeyd olunan məbləği birdəfəlik ödəmək imkanına malik deyil.Həmin icra sənədi üzrə 2748 manat borcu qalmışdır.Bununla əlaqədar olaraq, hal hazırda maddi vəziyyətinin borcu ödəməyə imkan vermədiyindən məhkəmə qətnaməsini hər ay 100 manat hissə-hissə icra etdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etsə də,məhkəmə ərizəni təmin etməmişdir. Hesab edir ki, sözügedən qərardad tamamilə əsassızdır və ona görə də ləğv edilməlidir, məhkəmə iclasında o-ərizəçi X7 izahatında göstərib ki, o, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra hissə-hissə olmaqla, borcundan təxminən 800 manatını ödəmişdir. Qətnamə çıxarıldığı vaxtdan sonra bir müddət MTK-da inşaatçı işləsə də, sonradan Tələbkar ondan əsassız şikayətlər etdiyindən işdən çıxası olmuşdu. Gürcüstan Respublikasının vətəndaşıdır və quru sərhədlər bağlı olduğundan ölkədən çıxmaq imkanım yoxdur. Hazırda heç yerdə işləmir, əlavə gəliri yoxdur. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə o, tələbkardır, ona 25000 manat pul ödənilməlidir. Həmin icra sənədi icra edilərsə, o, Tələbkar olan borcunu tam ödəyə bilər. Lakin, hazırki halda qətnamənin icra edilməmiş qalan 2240 manat pulun ödənilməsi hissəsini birdəfəyə icra etmək imkanında deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-91/2023 saylı işi üzrə 03 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissəhissə icrası adlanan İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən: Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 80, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385-390; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki, qərardadda göstərilən əsasları (işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallar ilə bağlı) təkzib edən heç bir sübut müəyyən edilmədiyindən, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, tələbkarın və borclunun əmlak və ya maddi vəziyyətini müəyyən edən sübutlar təqim edilməmiş və yalnız formal əsaslara istinadən, tələbkarın razılığı olmadan, ərizənin təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İzah edilməlidir ki, ərizəçinin tələbkarın razılığı və ya ona edilən rəsmi təklif, habelə təkzibedilməz sübutlar əlavə etməklə və hər iki tərəfin mənafelərinə uyğun olan qənaətbəxş meyarları müəyyən edən ərizə ilə yenidən müraciət etmək hüquqları vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-91/2023 saylı işi üzrə 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-150/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-150/2023
08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver