Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-151/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X9 katibliyi ilə, Ərizəçi (Borclu) X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(009)-25/2021 saylı qərardadından ərizəçi (borclu) X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəmyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2278/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(009)-25/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2278/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X3 şikayəti rədd edilmişdir. İş üzrə borclu X6 məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində Nazim Quliyevin xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu Xalq Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilməsi, Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1, 234.4.1, 234.4.3 və 66.3cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay 24 gün azdlıqdan məhrum olunması haqqında qərar bu gündə də saxlanılmaqdadır. Axırıncı dəfə isə, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, yalnız zərərçəkənə vurduğu 7000 (yeddi min) manat ziyanı ödədikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan şərti olaraq məhrum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsində işə baxılana qədər, o, Penitensiar Xidmətin Təcridxanasında saxlanılmışdır. Buna baxmayaraq o, Neftçilər xəstəxanasında həkimləri aldadaraq özünə xəstəlik bülliteni düzəldərək iş yerinə (“Socar”a) təqdim etmiş dövlətdən qanunsuz olaraq həmin günlərə maaş almışdır. O, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2278/2019 saylı qətnaməsinə məhkəmə zamanı öz etirazını bildirmişdir. Onun 80 yaşı var, 42 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş, ömrünün çoxunu BDU-da keçirtmiş, hal-hazırda təqaüdçüdür. Həyat yoldaşı X5 2-ci qrup əlildir, oğlu X7 demək olar ki, ağır xəstədir. O, da, həyat yoldaşı da, oğlunun evində yaşayırlar. X1 heç bir pul borcu yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyası islasında iştirak edən X6 şikayəti müdafiə edirək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində icra sənədi üzrə icraatın məcburi olaraq dayandırıldığı hallar, 18-ci maddəsində isə icra sənədi üzrə icraatın dayandırıla bildiyi hallar göstərilmişdir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. (21.2.) Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. (21.3.) Göründüyü kimi qanunvericilikdə icra sənədi üzrə icraatın dayandırıldığı və ya dayandırıla bildiyi halların dairəsi, eləcə də dayandırılma qaydası konkret olaraq təsbit edilmişdir. Hazırki halda isə borclu qanunun tələbinə riayət etmədən, icra sənədi üzrə icraatın dayandırılmasına əsas olmuş halın nədən ibarət olduğunu göstərmədən, icra məmuruna müraciət etmədən bununla bağlı birbaşa məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(009)-25/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-151/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-151/2021
15.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver