Məhkəmə qərarları › İş №8(103)-153/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-153/2023

10.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-153/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X14 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 nömrəli qətnaməsinə izah verilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə baxılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-11/2023 nörməli 27 fevral 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi əsasında onların 1000 kv.m artıq olan yeni tikilidən çıxarılmalı olub-olmamaqları, çıxarıldıqları təqdirdə dəyərinin onlara ödənilib-ödənilməməsi məsələsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar QSC-nin cavabdehlər X15, X16, X6, X7, X10, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, ona hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, X15 ilə bank arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli, 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2014-cü il tarixli, 027R********** nömrəli kreit razılaşmasına və xx.xx.2016-cı il tarixli, 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli razılaşması üzrə 195170,3 ABŞ dolları əsas borc, 79585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 279456,11 ABŞ dolları borcun, 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999 ABŞ dolları əsas borc, 2057,15 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12356,15 ABŞ dolları borcun, ümumillikdə cəmi 291812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi bardə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 21 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 300 manat pulun əvəzinin X8, X1, X2, X9, "xxxx" MMCdən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə X12 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsilə satılaraq, əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən iddiaçıya olan borc ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda X13 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra X11 və X4 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanının boşaldılaraq, alıcıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Tələbkar QSC və cavabdeh Məmmədov Kəramət oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)- 59/2019 saylı qətnaməsi mübahisələndirilən “cavabdehlərdən 79585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilməsi, cavabdehlər X8, X1, X2, X9, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı Tələbkar QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləği 40059,39 ABŞ dolları, cərimə borcunun məbləği 19000 ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsi ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamə ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh X15 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsindən kassasiya şikayəti verilmiş və məhkəmənin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2(102)- 699/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş qaydada icraya yönəldilmişdir. Qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X5 01 oktyabr 2021-ci il tarixli qərarı ilə icra sənədində olan xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən tələbin tam şəkildə təmin olunmasına istinad edilərək icraata xitam verilməsi qərar alınmışdır. Həmin qərardan narazı qalan Tələbkar QSC tərəfindən şikayət verilərək, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 01 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.20219-cu il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası şikayətin təmin edilməsi barədə qərardad qəbul etmişdir. Öz qərarında onunla əsaslandırmışdır ki, “işin hazırki vəziyyətindən aydın olur ki, tələbkar ilə borclu arasında icra vərəqəsi ilə borclu tərəfindən boşaldılıb tələbkara tam təhvil verilməli olan əmlakın fərdi yaşayış evi və torpaq sahəsinin konkret nədən ibarət olması ilə bağlı mübahisə vardır. Belə olan halda icra məmuru icra icraatı çərçivəsindən icra vərəqəsinə izah verməklə bağlı məsələni aydınlaşdırmadan nəticə etibarı ilə icra vərəqəsinin tam icra olunması qənaətinə gəlmiş və əsassız olaraq icra icraatına xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Qanunvericilik zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə, onun məzmununu dəyişmədən izan verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin, qanunun mənasına görə birinci instansiya məhkəməsinin ləğv edilməmiş qətnaməsinə izah vermə hüququ elə həmin məhkəməyə verilmişdir. Bu baxımdan kollegiya izah edir ki, tələbkarla borclu arasında yaranmış mübahisənin icra icraatı çərçivəsində həlli ilə bağlı, aydın olmayan məsələlərə aydınlıq gətirilməsi məqsədilə icra məmuru və ya tərəflərin icra vərəqəsinə (qətnaməyə) izah verilməklə bağlı aidiyyəti məhkəməyə (birinci instansiya məhkəməsinə) müraciət etmək hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, borclu ilə tələbkar arasında məhkəmə aktlarının icrası ilə bağlı təhvil verilməli olan tutmanın yönəldiyi əmlak və torpaq sahəsinin konkret olaraq nədən ibarət olması ilə bağlı mübahisənin mövcudluğunu və bu mübahisənin aradan qaldırılması üçün müvafiq izahvermə barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmədən icraata xitam verməklə haqlı olmamışdır”. Qeyd etmək istəyir ki, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən 597,2 kv.m fərdi yaşayış evinin ilkin satış qiyməti 790000 manat müəyyən edilmişdir. Halhazırda ipoteka predmeti olmayan və qiymətləndiriləməyən və onun şəxsi vəsaiti hesabına yeni tikilmiş tikilinin ümumi sahəsi 1000 kv.m artıqdır. Əgər icra məmuru yeni tikilinin boşaldılmasını tələb eldiyi təqdirdə yeni tikilidə yenidən qiymətləndirilərək həmin tikilinin dəyərini bankdan alınmasını təmin etməlidir. Bakı Apellyaisya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında da yeni tikilinin mübahisə predmeti olduğunu və yeni tikiliyə dair izah tələb edilməsi müəyyən edilmişdir. Yəni, həmin tikiliyə münasibətdə məhkəmə öz qətnaməsinə izah verməli həmin tikilinin dəyəri və boşaldılma üsulları barədə aydınlıq gətirməlidir. Bundan əlavə, ipoteka predmeti olmayan mübahisəli torpaq sahəsi üzərində tərəflərindən fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evi də ipoteka predmeti olmamışdır. Lakin buna baxmayaraq icra məmuru hazırda onlardan evin boşaldılaraq çıxarılmaqlarını tələb edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-11/2023 nörməli 27 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkarın nümayəndəsi etiraz ünvanlayaraq şikayətin əsassız olduğundan təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Tələbkar Qapalı Səhmdar Cəmiyyəti ilə X15 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli 027L**********06 nömrəli uzunmüddətli kredit müqaviləsinə, 27 oktyabr 2014-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına və 11 fevral 2016-cı il tarixli 027R**********SA nömrəli sazişə xitam verilməsi, 027R********** nömrəli kredit razılaşması üzrə 195.170,3 ABŞ dolları kredit borcu, 79.585,81 ABŞ dolları faiz borcu və 4700,0 ABŞ dolları cərimə olmaqla, cəmi 279.456,11 ABŞ dolları borcun; 027KK**********01 nömrəli kredit müqaviləsi üzrə 9999,0 ABŞ dolları kredit borcu, 2057,15 ABŞ dolları faiz borcu və 300,0 ABŞ dolları cərimə olmaqla, cəmi 12.356,15 ABŞ dolları borcun, ümumilikdə cəmi 291.812,26 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10,0 manat dövlət rüsumunun, 21,0 manat xidmət haqqının, ipoteka predmetinin qiymətləndirilməsinə görə ödənilmiş 300,0 manat pulun əvəzinin X15, X6, X7, "xxxx" MMC, "xxxx" MMC və X9 müştərək qaydada Tələbkar Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin mülkiyyət hüququ üzrə X12 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanına yönəldilməsi, həmin evin açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, evin hərracda ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda X12 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra X15 və X4 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanının boşaldılaraq, alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Tələbkar QSC-nin və cavabdeh X11 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(007)-59/2019 saylı qətnaməsi mübahisələndirilən- “cavabdehlərdən 79.585,81 ABŞ dolları faiz borcu, 4700 ABŞ dolları cərimə borcunun tutulması” hissəsində dəyişdirilmiş, cavabdehlər X8, X1, X2, X9, "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı Tələbkar QSC-nin xeyrinə 027R********** nömrəli razılaşması üzrə tutulmalı olan faiz borcunun məbləğinin 40.056,39 ABŞ dolları, cərimə borcunun məbləğinin 19.000 ABŞ dolları məbləğində müəyyən edilməsi və həmin məbləğin ödənilməsinin ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə həyata keçirilməsi, qətnamənin ipoteka predmetinin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(102)- 699/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icra icraatı mərhələsində hərrac keçirilmiş və "xxxx" MMC ilə "AccessBank” QSC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən sifarişçi daşınmaz əmlakı alıcının tam mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edərək onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli çıxarışa əsasən yeni qaydalarla AZ 1060, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 597,20 kv.m olan fərdi yaşayış evi və 0,098420 hektar olan torpaq sahəsi tam pay hüququ ilə “AccessBank" QSCnin xüsusi mülkiyyətindədir. İcra sənədi üzrə borclu sahəsi 597.2 kv.m-lik evi boşaldaraq tələbkara təhvil vermişdir. Lakin hazırda tələbkar ilə borclu arasında icra vərəqəsi ilə borclu tərəfindən boşaldılıb tələbkara tam təhvil verilməli olan əmlakın fərdi yaşayış evinin konkret nədən ibarət olması ilə bağlı mübahisə vardır. İzah verilməsi tələb edilən qətnamə ilə X15 və X4 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, yeni qaydalarla ünvan 1 ünvanının boşaldılaraq alıcıya təhvil vermələri qət edilmişdir. Qeyd edilən ünvan isə ümumi sahəsi 597,20 kv.m olan fərdi yaşayış evi və 0,098420 hektar olan torpaq sahəsindən ibarətdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırda borclu sahəsi 1000 kv.mdən artıq olan yeni tikilindən çıxarılmalı olub-olmamasına izah verilməsini xahiş etsə də, məhkəmə qətnaməsi ilə məhz ümumi sahəsi 597,20 kv.m olan fərdi yaşayış evinə münasibət bildirilmişdir. Digər tikililər mübahisə predmeti olmamışdır. Sözügedən qətnamə verilən tələb üzrə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna uyğun olaraq çıxarılmışdır, sözügedən qətnamənin məzmunu, qəbul edilmiş yekun qərar tam aydındır. Qətnamə ilə boşaldılmalı olan fərdi yaşayış evinin sahəsi dəqiq müəyyən edildiyindən bununla bağlı izah verilməsi zərurəti mövcud deyil. Hazırda borclu həmin ünvandan sahəsi 1000 kv.m olan yeni tikili olduğunu bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhz 597,20 kv.m fərdi yaşayış evinin boşaldılmalı olması müəyyən edilmiş, borclunun sahəsi 1000 kv.m olan tikilidən çıxarıldığı və ya çıxarılmadığı təqdirdə həmin hissəyə görə dəyərin ödənilməsi məsələsi hazırkı icraatda baxılaraq həll oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230-cu maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir (maddə 230.3). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, sözügedən qətnamədə hər hansı bir aydın olmayan ifadə və ziddiyyət yoxdur. Qətnamənin izah edilməsi üçün əsas yoxdur, belə ki, qətnaməyə nəzər yetirdikdə müəyyən edilir ki, verilən iddia tələbi üzrə qəbul edilmiş qətnamə kifayət qədər anlaşılandır, nəticə hissəsi də aşkar yazılmışdır. Nəzərə alınmalıdır ki, ərizədə qeyd edilən hal qətnamənin izah edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-11/2023 nörməli 27 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar