Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-154/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Borclunun nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(085)-305/2019 saylı xx.xx.2020-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclundən 70921,6 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Borclunə məxsus olan “İveko 01” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Man” minik markalı **-JP-*** dövlət qeydiyyat nişanlı, “İveko Astra” minik markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, “İveko Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “ADR-4LW yarım qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)- 305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclundən 70921,6 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara icra məmuru tərəfindən sorğular göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Borclu ərizə ilə müraciət edərək, borcun ödənilməsi üçün maddi imkanının olmadığını bildirmiş və “İveko 01” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Man” minik markalı 90-JP- 097 dövlət qeydiyyat nişanlı, “İveko Astra” minik markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, "İveko Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “ADR-4LW yarım qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilləri təqdim edərək tələbin həmin əmlaklara yönəldilməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclunə məxsus olan “İveko 01” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Man” minik markalı **-JP-*** dövlət qeydiyyat nişanlı, “İveko Astra” minik markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, “İveko Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “ADR-4LW yarım qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Qara-çay” fərdi şirkətinin mülkiyyətində olan yuxarıda qeyd edilən nəqliyyat vasitələri işlək vəziyyətdədir. Həmin nəqliyyat vasitələri hazırda dövlət əhəmiyyətli obyektlərin tikintisində işlədilir. Nəqliyyat vasitələrinin işlədilməsi nəticəsində əldə olunan pul vəsaiti də icra vərəqəsi üzrə nəzərdə tutulmuş borc məbləğinə yönəldiləcəkdir. Bu nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq cərimə duracağında saxlanılması “Qara-çay” fərdi şirkətini qeyd edilən gəlirdən məhrum edəcək, nəticədə bu icra işi üzrə “Qara-çay” fərdi şirkətinin borcunu ödəməsini daha da çətinləşdirəcək. Bundan başqa “İcra haqqında” Qanunun tələbinə əsasən məcburi icra tədbirləri həyata keçirilərkən ilkin icra tədbiri olaraq borclunun bank hesablarına həbs qoyulmalıdır. “Qara-çay” fərdi şirkətin bank hesablarına həbs qoyulmadan əmlaklar üzərinə həbs qoyulması qanunvericiliyin tələblərinin pozulması deməkdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclunun nümayəndəsi X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoymuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, “Qara-çay” şirkətinin mübahisələndirilən əmlakının dövlət əhəmiyyətli lahiyələrin inşasında iştirak etməsi, Azərbaycan Respublikası adından qəbul edilən məhkəmə əktının icra edilməməsinə əsas ola bilməz. Eyni zamanda iş materiallarından görünür ki, “Qara-çay” şirkətinin mülkiyyətində şirkətin fəaliyyət istiqamətləri üzrə istifadəsi nəzərdə tutulan digər əmlakları mövcuddur. Bundan başqa kollegiya qeyd edir ki, “Qara-çay” şirkəti tərəfindən Xətai Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanan məktubdan göstərilmişdir ki, şirkət tərəfindən pul vəsaitinin tutulmasına dair qətnamələrin icra edilməsi üçün maddi imkanı yoxdur. Qanunvericiliyin tələblərinə əsasən şirkətin mülkiyyətində olan mübahisəli nəqliyyat vasitələrinin - “İveko 01” minik markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı, “Man” minik markalı **-JP-*** dövlət qeydiyyat nişanlı, “İveko Astra” minik markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, “İveko Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “ADR-4LW yarım qoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobillərinə hüquqi tədbirlərin tədbiqinə göstəriş verilməsi xahiş edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və qərardadın ləğv edilməsinə əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu “Qara-Çay” şirkəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-60/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-154/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-154/2021
13.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver