Məhkəmə qərarları › İş №8(103)-155/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-155/2023

15.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-155/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Azər Heydərov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-135/2023 saylı qərardadı ilə borclu xx.xx.1973-cü ildə Moskva şəhərində doğulmuş Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-135/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Borclunun nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək ləğv olunmasını xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-135/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Borclunun nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan da şikayət verərək ləğv olunmasını xahiş edib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-135/2023 saylı qərardadı ilə bu şikayət də geri qaytarılmışdır. Qərardaddan nümayəndə və vəkili Vəkil şikayət verərək, ləğv edilməsini və təqdimatın geri qaytarılmasını xahiş edib. Şikayətdə göstərib ki, qərardadda göstərilən MPM-in əlavəsində olan 2 nömrəli formaya aid edilməsi düzgün deyil, belə ki, MPM-in əlavəsində olan 2 nömrəli forma apellyasiya şikayətinə aid edilir. Qərardadın qərara aldı hissəsində isə qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilməsi göstərilib. Qərardadda həmin qərardaddan Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilməsi göstərilsəydi, o halda MPMnin əlavəsində olan 2 nömrəli formaya mütləq əməl edərdi. Həmçinin işin icra məmurunun təqdimatı və 8 indeksli olması qeyd olunub.Yəni, burada mülki mübahisə deyil, icra icraatı qaydasında işə baxılmalıdır. Qanunvericiliyin tələbi hakim tərfindən düzgün təvsir edilməyib və səhv nəticəyə gəlinib. Bu hal məhkəmə tərəfindən süründürməçilik və qanunlara hörmətsizlik kimi qiymətləndirilməlidir. Bakı şəhəri Nəsimi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(006)-135/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, şikayət əsassızdır. Buna görə də, şikayət təmin edilməməli, həmin qərardaddan verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, mübahisələndirilən qərardadın qəbul edilməsinə əsas şikayətin artıq üçüncü dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə və “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-yə riayət edilməklə verilməməsi olmuşdur. Odur ki, həmin qərardad düzgün olaraq qəbul edilməklə ləğv edilməməlidir. Məhkəmə şikayətin “təqdimatın geri qaytarılması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şikayət “şikayətin geri qaytarıması” barədə olan xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş, təqdimatın təmin edilməsi məsələsinə isə xx.xx.2023-cü il tarixdə baxılmışdır. Qeyd edilənlərə əsasən şikayət bu əsasla da əsassız olduğu üçün təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilməməlidir. Əvvəla, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsində... “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi təsbit edilmişdir. Deməli, Nəsimi Rayon Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğu üçün qərardaddan da şikayətin elektron kabinet vasitəsilə verilməsi qanunun imperativ tələbidir. Məhkəmənin 27 mart 2023-cü il tarixli qərardadında MPM-in 10-1.3-cü maddəsinə istinat etməməsi peşəkar hüquqşünas olan vəkilə şikayəti qanunun tələbinə uyğun tərtib etməməyə əsas vermir. İkincisi, qərardadın qərara aldı hissəsində apellyasiya şikayəti verilməsi göstərilə bilməzdi. Çünki, qərardaddan şikayət, özü də birinci instansiya məhkəməsinə verilir. Ancaq buda, o demək deyil ki, şikayətin apellyasiya şikayətinin forması ilə bağlı MPM-ə əlavə 2-yə uyğun tərtib olunmasına ehtiyac yoxdur yaxud bu formada tərtib edilməməlidir. Çünki, apellyasiya şikayətinin forması ilə bağlı MPM-ə Əlavə 2-nin 4-cü bəndində barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat verilməsi nəzərdə tutulur. Demək ki, formaya aid Əlavə 2 yalnız qətnamədən apellyasiya şikayətinə aid edilməmişdir. Qətnamədən verilən apellyasiya şikayəti kimi, qərardaddan verilən şikayət də bu formaya uyğun tərtib edilməlidir. Əks halda mülki prosessual qanunvericiliyə edilən bu əlavənin, yəni qətnamə və qərardaddan verilən şikayətlərin həmin formaya uyğun tərtib edilməli olması tələbinin əhəmiyyəti də heçə enərdi. Ona görə də, MPM-in 363.1-1 və 363.1.5-ci maddələrində nəzərdə tutulan hallar yalınz qətnamədən deyil, qərardadlardan verilən şikayətlərin geri qaytarılmasını da nəzərdə tutur. Üçüncüsü, qərardadın qərara aldı hissəsində qərardaddan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilməsi göstərilib, qərardadda həmin qərardaddan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edilməsi göstərilsəydi, o halda MPM-nin əlavəsində olan 2 nömrəli formaya mütləq əməl edərdi dəlili də açıq-aşkar əsassız sayılır. Əvvəla ona görə ki, qərardaddan şikayətlər bilavasitə birinci instansiya məhkəməsinə verilir və bu şikayət ola bilsin ki, ümumiyyətlə apellyasiya instansiya məhkəməsinə gedib çıxmasın. Çünki, bu hal birinci instansiya məhkəməsinin həmin şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə uyğun baxmasından asılıdır. Yəni, şikayət əsaslı olarsa, hakim qərardadı dəyişdirə yaxud ləğv edib mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətləri edə bilər. Əks halda şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, şikayətin forma tələbinə mütləq əməl edilməsi məhkəmələrin instansiya fərqi ilə bağlı deyil yaxud bundan asılı edilməmişdir. Başqa sözlə şikayətin forma tələbinə mütləq əməl edilməsi ancaq apellyasiya instansiya məhkəməsi üçün nəzərdə tutulmamışdır. Dördüncüsü, şikayətin icra məmurunun təqdimatı və 8 indeksi üzrə qəbul edilən qərardadlardan olması da onun forma tələbinə uyğun verilməməsi üçün əsas ola bilməz. Çünki, bu icra icraatı qaydasında baxılan iş üzrə qəbul edilən qərardaddan verilsə də mülki mübahisənin davamıdır və bu icraat üzrə qəbul edilən qərardadlardan verilən şikayətlərin əhəmiyyətini azaltmır. Ona görə də qanunvericiliyin tələbi hakim tərfindən düzgün təvsir edilib və səhv nəticəyə gəlinməyib. Bu hal məhkəmə tərəfindən süründürməçilik və qanunlara hörmətsizlik kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar