Məhkəmə qərarları › İş №8(103)-156/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-156/2023

17.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-156/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, X9 və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(011)-161/2023 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili X8– qətnamənin icra olunması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(011)-4187/2022 saylı qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2(011)-4187/2022 saylı mülki iş üzrə Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. ünvan 1 ünvanda yerləşən nümayəndəsi olduğu X3 istifadəsində və mülkiyyətində olan sahəsi 61,0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. İş hazırda icraya Xətai rayon icra şöbəsinə göndərilmişdir. Lakin eyni bina üzrə sakin X4 iddiası üzrə Xətai rayon məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2 (011)-999/2022 saylı qətnaməsi də icraya Xətai rayon İcra Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə göndərilənzaman publik hüquqi şəxsin əməkdaşları tərəfindən hüquqi şəxsin üzərinə onun fəaliyyəti ilə bağlı hər hansı öhdəliyin qoyulması tam izah olunmaması səbəbindən icra sənədinin tezliklə geri qaytarılacağı bildirilmiş və icrasız geri qaytarılmışdır. Ərizəçi bildirir ki, onunla eyni banada fərqli mənzilin mülkiyyətçisi X7 məhkəməyə müraciət edərək həmin qətnaməyə izah verilməsi ilə bağlı xahiş etmişdir və ərizə təmin edilərək qətnaməyə izah verilmişdir. İzahda qeyd edilmişdir ki, Xətai rayonu Rahib Məmmədov küçəsi ev 3 ünvanda yerləşən X4 mülkiyyətində və istifdəsində olan mənzilin onun payına uyğun olaraq naturada ayrılması ifadəsi həmin binadakı həmin mənzilə dair AR ƏMDK yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tam pay olmaqla xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını əhatə etdiyinə dair Xətai rayon məhkəməsinə izah verilməsi barədə həmin qətnaməyə izah verilsin. Bu səbəbdən də ərizəçi eyni bina üzrə gələcəkdə 2 (011)-4187/2022 saylı mülki iş üzrə Xətai rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi də icrasız geri qaytarılmaması üçün həmin qətnaməyə izah verilməsini xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-161/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4187/2022 saylı qətnaməsinə - AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********41-10301 saylı reyestrli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə X5 məxsus 2 otaqlı hissəsinin ayrılaraq X5 ayrıca çıxarış verilməsi başa düşülməsinə dair izah verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(011)-161/2023 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin 14 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin müvafiq qərardaddan göründüyü kimi, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-4187/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, ünvan 3 ünvanda yerləşən nümayəndəsi olduğu X3 istifadəsində və mülkiyyətində olan sahəsi 61,0 kv.metr olan 2 otaqlımənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Lakin müvafiq qərardaddan göründüyü kimi, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)- 4187/2022 saylı qətnaməsinin məzmunu dəyişdirilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(011)-161/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, X3 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanının İİ mərtəbəsində 2 otaq (ümumi sahəsi 61.0 kv.m olan) onun xüsusi mülkiyyətindədir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan ümumi binadır, çıxarışda adları göstərilən şəxslər isə çıxarışlarına uyğun olaraq onlar üçün ayrılmış mənzildə yaşayırlar, həmin mənzillər bir-birindən təcrid olunmaqla, bir binada yerləşirlər. İş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmməd küçəsi, ev 3 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzilin yerləşmə vəziyyətinə uyğun olaraq digər mənzillərdən təcrid şəkildə yerləşdiyi, dəhliz, hamam-ayaqyolu, mətbəx, eyvan, 2 yaşayış otaqları mənzilin daxilində yerləşdiyi, ayrıca giriş-çıxış qapısının olduğu, həmin qapının pilləkan qəfəsinə tərəf açıldığı nəzərə alındıqda, paylı mülkiyyətdə olan X3 payına düşən ünvan 4 ünvanında olan 0.02 ha torpaq sahəsinin üzərində yerləşən 1397.97 kv.metr 4 mərtəbədən ibarət yaşayış binasının 2-ci mərtəbəsində 2 otaq olmaqla ümumi sahəsi 61 kv.metr olan mənzilin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə uyğun qaydada naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. İş üzrə qəbul edilmiş 2(011)-4187/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən X3 istifadəsində və mülkiyyətində olan sahəsi 61,0 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılması qət edilmişdir. Kollegiya hesab edir ki, X3 payının naturada ayrılması eyni zamanda, mənzilə dair yeni çıxarışın alınmasını da ehtiva etdiyindən qətnamədə mənzilin naturada ayrılması nəzərdə tutulan hissəyə əsasən ərizəçiyə ayrıca çıxarış verilməsi ilə bağlı düzgün şəkildə izah verilmiş, qətnamənin məzmunu dəyişdirilməmişdir. Əks təqdirdə onun payının naturada ayrılmış hissəsinə uyğun mülkiyyət sənədlərini ala bilməməsi ərizəçinin öz mülkiyyətində olan əmlaka dair müstəqil olaraq sərəncam verilməsi hüququnun məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, məhkəmə tərəfindən ləğv edilməmişqətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yolverilir; 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasındahəll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdaredilirlər.Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa maneolmur. Məhkəmə kollegiyası şikayətdə qeyd olunan dəlilləri əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilməmiş, qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 8(011)-161/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar