Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-156/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, X2nın “alimentin indeksasiyası barədə” ərizəsinə dair iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-66/2025 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X2 uşaqlara görə tutulan alimentin indeksasiya edilməsi üçün xx.xx.2025-ci ildə ərizə verib. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin olunsun, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1671/2021 nömrəli qətnaməsinə əsasən iki uşağın – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa görə tutulan 150 manat alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0,62 misli miqdarında, iki uşaq üçün cəmi 1,24 misli miqdarında indeksasiya edilsin. Borclu qərardaddan şikayət verərək tələb edib ki, qərardad dəyişdirilsin və ya ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, borclu hər ay 400 manat əmək haqqı alır, indeksasiya olunmuş aliment əmək haqqından çoxdur. Şikayət qismən təmin olunmalı, qərardad dəyişdirilməlidir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1671/2021 nömrəli qətnaməsi ilə alimentin miqdarı bir uşaq üçün 150 manat, iki uşaq üçün cəmi 300 manat müəyyən edilib. Qətnamənin qəbul edildiyi 2021-ci ildə minimum əmək haqqının məbləği 250 manat olduğuna görə, 150 manat aliment minimum əmək haqqının 0,6 mislini təşkil edib (150 manat : 250 manat = 0,6). Odur ki, aliment hər uşaq üçün minimum əmək haqqının 0,6 misli, iki uşaq üçün 1,2 misli miqdarında indeksasiya edilməlidir. Lakin birinci instansiya məhkəməsi alimenti bir uşaq üçün minimum əmək haqqının 0,62 misli, iki uşaq üçün 1,24 misli miqdarında indeksasiya etmişdir. Beləliklə, məhkəmə AR Ailə Məcəlləsinin 110-ci maddəsinin göstərişinə və AR Ali Məhkəməsi Plenumunun “AR Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, indeksasiya zamanı borclunun aldığı əmək haqqının məbləği nəzərə alınmır, Ali Məhkəmə Plenumunun verdiyi izaha görə, indeksasiya ölkə üzrə minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-66/2025 nömrəli qərardadı dəyişdirilsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1671/2021 nömrəli qətnaməsinə əsasən iki uşağın – xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa görə tutulan 150 manat alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0,6 (sıfır tam onda altı) misli miqdarında, iki uşaq üçün cəmi 1,2 (bir tam onda iki) misli miqdarında indeksasiya edilməklə Borclu həmin miqdarda aliment tutulsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-156/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-156/2025
25.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver