Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-158/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-120/2022 saylı işi üzrə 14.04.2022-ci il tarixli qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq müəyyən e t d i: Borclu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X7 ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.metr olan daşınmaz əmlakın faktiki vəziyyətdə qiymətləndirilməsi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla bağlı olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X7 03 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-120/2022 saylı işi üzrə 14.04.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020- ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir; Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Qanunvericiliyin tələblərinə əsasən miras aktivinin mövcud olması istənilən halda miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Eyni zamanda sözügedən əmlak uçurulmuş vəziyyətdə olmaqla, yaşayış üçün tamamilə yararsızdır. İcra məmuru tərəfindən hər hansı bir yanlışlığa yol verilməmiş və sonuncu tərəfindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar bütün zəruri tədbirlər qanunauyğun şəkildə həyata keçirilmişdir. Borclu şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-120/2022 saylı işi üzrə 14.04.2022-ci il qərardadının ləğv olunması və sonrakı prosesual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 89 saylı 5 iyun 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hazırki iş üzrə tələbkar X12 borcun mərhum Borclu İbrahim oğlunun vərəsələri Borclu, X10, X4, X11, X8 qarşı: miras qalmış əmlak olan ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8. kv.m. daşınmaz əmlakın hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2016 nömrəli, 13.12.2016-cı il tarixli icra sənədi ilə borclulardan, o cümlədən Borclu tutulmalı pul məbləği mərhum Borclu İbrahim oğlunun miras aktivindən çatan payların hesabına və bu zaman əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə miras aktivlərindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olması müəyyən edilmişdir. Yəni ilk növbədə borclulara, o cümlədən Borclu mərhum Borclu İbrahim oğlunun miras aktivindən çatan payları müəyyən edilməlidir. Bu paylar müəyyən edilmədən və tələbkar tərəfindən borcun vərəsələrə miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmadan icra məmurunun ünvan 1 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8. kv.m. olan daşınmaz əmlakın faktiki vəziyyətdə qiymətləndirilməsi üzrə hərəkətləri qanunsuzdur. Məhkəmə əmlakın yaşayış üçün tamamilə yararsız olması barədə nəticəyə gəlməklə öz səlahiyyətlərindən kənara çıxmışdır. Çünki, məhkəmə əmlaka baxış keçirmədən və bununla bağlı xüsusi ekspertiza keçirmədən əmlakın yaşayış üçün tamamilə yararsız olması barədə nəticə çıxara bilməzdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-120/2022 saylı işi üzrə 27.04.2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(103)-5852/2016 saylı icra sənədinə əsasən, mərhum Borclu İbrahim oğlunun vərəsələri Borclu, X5,X1, X6, X2 onlara mərhim Borclu İbrahim oğlunun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərti ilə),miras aktivindən əldə etdikləri paylara uyğun (payları nisbətində) olaraq cəmi 285.200 manat tutularaq iddiaçı X9 ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərcləri dəyəri 150 manat Borclu, X10, X4, X11, X8 aid edilməli və həmin məbləq müştərək qaydada onlardan tutularaq "MBA LTD” MMC-yə ödənilməsi müəyyən edilmişdir(iş səh.10). Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X7 03 mart 2022-ci il tarixli "qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına əsasən, Bakı Apelyasiya Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2(103)-5852/2016 saylı icra sənədi üzrə Bakı şəhəri, Abay döngəsi,ev7 ünvanında yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 48.8 kv.metr olan faktiki vəziyyətdə (uçulmuş vəziyyətdə) hissəsinin qiymətləndirilməsi üçün "Sərraf-M” MMC-dən mütəxəssissin dəvət edilməsi qərara alınmışdır(iş səh.3). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli qərarlarına; Ali Məhkəmə Plenumunun “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” 14 yanvar 2003-cü il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15, 231, 395, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və sübuta yetirilmir, habelə tələbkarın hüquqlarına rəğmən dövlətin adından qəbul edilən qərarın icrasının qəsdinə yönəlmiş prosessual hərəkətlər dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək ərizənin təmin edilməsinə əsas verə bilməz. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, ümumilikdə icra məmurun hərəkətlərinin qanunsuz olmasına inzibati icraat qaydasında qiymət verilməli olsada, hazırki halda ərizəçi tərəfindən icra məmurunun hərəkətlərinin verilən qərarın həddində mübahisələndirməsi məhkəmənin mülki icraat üzrə salahiyyət hüdudlarının aşmadığını şərtləndirir. Şikayətdə əmlaka yönəldilməsindən bəhs edilir. Lakin gördüyümüz kimi, mübahisəli qərar qiymətləndiricinin dəvət edilməsi barədədir, onun nəticəsi bəlli deyil, habelə icranın bilavasitə həllinə yönəlməmişdir. Mərkəmə qərarının əsaslandırıcı hissəsində işin mahiyyətinə aid olmayan ibarənin isə müzakirə edilməsinə zərurət mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,. qərara a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 120/2022 saylı işi üzrə 14.04.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-158/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-158/2022
16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver