Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-159/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 8(011)- 88/2022 saylı qərardadından Borclu MMC-nin nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu icra sənədinin geri qaytarılması haqında Cəlilabad rayon icra və probasiya şöbəsinin 10 dekabr 2021-ci il tarixli qərarının ləğv olunması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(011)-3592/2018 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 8(011)- 88/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Cəlilabad rayon icra və probasiya şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(011)- 3592/2018 saylı icra sənədinin geri qaytarılması haqqında 10 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, həmin icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Cəlilabad rayon icra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Borclu MMC-nin nümayəndəsi, Vəkil qərardaddan şikayət vermiş və şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(011)-3592/2018 saylı icra vərəqəsinə əsasən 21 sentyabr 2011-ci il tarixli 37 HS nömrəli kredit müqaviləsi üzrə cəmi 114070,69 manat, 03 oktyabr 2011-ci il tarixli 38 HS saylı kredit müqaviləsi üzrə 579581,94 manat kredit borcu və ödənilmiş dövlət rüsumları Borclu MMC-dən tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Borcun ödənilməsi üçün tutma X2 məxsus Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 1,460426 ha, 2,077496 ha, 7,0635 ha, 2,555841 ha, 2,556007 ha, 6,6481 ha, 4,74685 ha torpaq sahələrinə, Cavabdeh məxsus ünvan 1 ünvanında olan iki mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh məxsus ünvan 2 ünvanında olan 4469,1 kv.m ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisəyə və X3 məxsus Bakı şəhəri Nəsimi rayonu Pişəvəri 2b ünvanında olan 0,07505 ha torpaq sahəsində yerləşən 1624,7 kvm ümumi sahədən ibarət qeyriyaşayış binasına yönəldilmişdir. İcra sənədinin Cəlilabad rayon icra və probasiya şöbəsinə aid hissədə icra olunması üçün 11 mart 2019-cu il tarixli sifarişə əsasən X2 məxsus Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən 1,460436 ha, 2,077496 ha, 7,0635 ha, 2,555841 ha, 2,556007 ha, 6,6481 ha, 4,74685 ha torpaq sahələri açıq hərracda satışa çıxarılmışdır. Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrinin sahibi X4 17 fevral 2019-cu il tarixdə vəfat etdiyindən hərrac baş tutmamışdır. Ona görə də icra məmuru 10 dekabr 2021-ci il tarixdə icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. İş materiallarında göründüyü kimi Şərifov Tərlan 17 fevral 2019-cu il tarixdə ölmüşdür, belə olan halda icra məmurunun vəzifəsi idi ki, vərəsə müəyyən edilənədək iş üzrə icraat dayandırılsın və vərəsənin müəyyən olunması üçün müvafiq hərəkətlər həyata keçirilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 8(011)- 88/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda. Həmin Qanunun 23.3-cü maddəsinə görə, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İş materiallarından görünür ki, Cəlilabad rayon icra və probasiya şöbəsinin 10dekabr 2021-ci il tarixli qərarı ilə 16 avqust 2018-ci il tarixli 2(011)-3592/2018 saylı icra sənədi geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədinin Cəlilabad rayon icra və probasiya şöbəsinə aid hissədə icra olunması üçün 11 mart 2019-cu il tarixli sifarişə əsasən X2 məxsus Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələri açıq hərracda satışa çıxarılmışdır. Azərbaycan Respublikası Xammal Birjası "xxxx" MMC tərəfindən keçirilmiş 29 aprel 2019-cu il tarixli və 20 may 2019-cu il tarixli hərraclara baxmayaraq, həmin əmlakların hərracda satılması baş tutmamış, həmçinin ipotekaya qoyulan və Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrinin sahibi X4 17 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Göründüyü kimi, T.H.Şərifov 17 fevral 2019-cu il tarixdə öldükdən sonra ona məxsus əmlakların satışı məqsədilə iki dəfə hərrac keçirilmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmçinin icra məmuru icra sənədinin icra olunması üzrə digər tədbirləri həyata keçirməmiş, fiziki şəxs T.H.Şərifov öldükdən sonra həmin tərəfi onun vərəsəsi ilə əvəz etməmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. İş materialarından müəyyən olunur ki, iddia tələbi üzrə təmin olunmuş məbləğ X2 məxsus əmlaklara yönəlməlidir. X1 17 fevral 2019-cu il tarixdə vəfat etmişdir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İcra məmuru tələbin yönəldiləcəyi əmlakların mülkiyyətçisi vəfat etdikdən sonra onun vərəsəsini müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq icra sənədinin geri qaytarılması haqqında 10 dekabr 2021-ci il tarixli qərarı ləğv edib, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli 2(011)-3592/2018 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Cəlilabad rayon icra və probasiya şöbəsinə qaytarılması barədə şikayəti təmin etmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilən hallar qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC-nin nümayəndəsi, Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 8(011)- 88/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-159/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-159/2022
24.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver