Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-160/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Borclu nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru Bakı Apelyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı, 10 fevral 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “GMC TERRAİN” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, icra sənədinə əsasən “GMC TERRAİN” markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 21.12.2018-ci il tarixli, 353 nömrəli protokol etibarsız hesab edilmiş, avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunmalı olduğu qət edilmişdir. İcra zamanı Namiq Qafarov şöbəyə ərizə ilə müraciət edərək, eyni ban nömrəli (2CTFLJEYA6404664), rəngi qara və buraxılış ili 2010 olan “GMC TERRAİN” markalı nəqliyyat vasitəsi, dövlət qeydiyyat nömrəsini **-RZ-*** dəyişərək Tural Nuruvevin mülküyyətində olduğunu bildirmiş və nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu, şikayət verərək qərardadın ləğv, təqdimatın təmin olunmaması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən avtomobili 2018-ci ildə hərracda Nadim Zülfüqarov satın almış və 2019-cu ildən Borclu qardaşının etibarnamə ilə idarəçiliyinə verilmişdir. 07.05.2020-ci il tarixdə isə alqı-satqı ilə ona satılmış və hazırda onun mülkiyyətindədir. Hərracın etibarsız hesab edilməsinə dair apelyasiya məhkəməsinin qətnaməsi olsa da, onunla bağlanılmış alqı-satqı müqaviləsi mübahisələndirilməmiş, etibarsız hesab edilməmişdir. Ona görə də, Borclu icra icraatında borclu ola bilməz və onun əmlakı üzərinə həbs qoyula bilməz. Bu cür hərəkətlər qeyri-konstitusion hərəkətlərdir və onun mülkiyyətindən qanunsuz məhrum olmasına gətirib çıxarır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi, 15 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Borclu nümayəndəsi və vəkili, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.07.2016-cı il tarixli icra vərəqəsinə əsasən, 25 yanvar 2013-cü il tarixli 1312 X2AK nömrəli kredit müqaviləsi üzrə 24308 ABŞ dolları əsas, 7698 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32006 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X13, X11, X5 və X6 müştərək qaydada Tələbkar ASC-nin xeyrinə tutulmalı, tutma X12 məxsus olan və banka ipoteka qoyulmuş ** NB *** dövlət qeydiyyat nişanlı, “GMC TERRAİN” minik markalı, universal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməli və həmin avtomobil açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına X8 Tələbkar ASC-yə olan borcu ödənilməlidir. Həmin icra sənədinin icrası ilə əlaqədar sözügedən avtomobil “X7” MMC tərəfindən hərracın yekunları baradə 21.12.2018-ci il tarixli, 353 nömrəli protokola əsasən X1. Bakı Apelyasiya Məhkəməsinin 10.02.2020-ci il tarixli qətnaməsi ilə hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 21.12.2018-ci il tarixli, 353 nömrəli protokol, “xxxx” MMC tərəfindən verilmiş QR-1697 saylı, 30.10.2018-ci il tarixli qiymətləndirmə rəyinin etibarsız hesab edilməai, “GMC TERRAİN” markalı, 10-N3-280 dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X13, Nizami rayon İcra və Probasiya şöbəsinə 11.12.2020-ci il tarixli ərizə ilə müraciət edərək, bildirmişdir ki, sözügedən avtomobilinin nömrəsi **-NB-*** olmuşdur. Lakin hərracdan alındıqdan sonra avtomobilin nömrəsi dəyişdirilmişdir. Hazırda avtomobilin dövlət qeydiyyatı 99- RZ-867 olmaqla X9 adınadır. Ona görə də **-NB-*** dövlət nömrə nişanı üzrə axtarışı ləğv edib, **-RZ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və axtarışa verilməlidir. Elektron sistemdən çıxarışdan da görünür ki, 2010-cu il buraxılışlı “GMC TERRAİN” minik markalı qara rəngli, 2CTFLJEYA6404664 ban nömrəli, **-RZ-*** dövlət nömrə nişanlı avtomobil Borclu adına qeydiyyatdadır. “İcra haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 50.1-ci və 50.2-ci maddələrinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Hazırkı işdə icra sənədinə əsasən satılması üçün hərrac keçirilməli olan “GMC TERRAİN” markalı avtomobilin sonradan alqı-satqı yolu ilə Borclu özgəninkiləşdirilməsi və hazırda onun mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə olan halda, qanuni qüvvəyə minmiş qətnamənin icrası üçün sözügedən avtomobilin hərraca könüllü təqdim olunmadığı halda üzərinə həbs qoyulması hüquqi zərurətdir. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-160/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-160/2021
05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver