Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-165/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)- 131/2021 saylı qərardadı ilə tələbkar X1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1326/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizəsi rədd edilmişdir. Həmin qərardaddan narazı qalan tələbkar X4 şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)-131/2021 saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda X6 ilə Tələbkar arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilənin, həmin müqavilə əsasında Tələbkar adına verilmiş xx xxxx 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat kontorunda Tələbkar ilə X5 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X2 adına verilmiş xx xxxxxx 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1326/2018 saylı qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Lakin o, məhkəməyə müraciət edərkən xx.xx.2004-cü il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməni mübahisələndirmədiyinə və həmin şəhadətnamə hal-hazırda qüvvədə olduğuna görə, onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də, halhazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 1326/2018 saylı qətnaməsinə izah verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlbnin 230-cu maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, qətnaməyə yalnız onun məzmunu dəyişdirilmədən izah verilə bilər. X4 tərəfindən izah verilməsi tələb edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1326/2018 saylı qətnaməsindən görünür ki, Gülbəniz Kərimova tərəfindən məhkəmədə xx xxxx 2004cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda X6 ilə Tələbkar arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Tələbkar adına verilmiş xx xxxx 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə, xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat kontorunda Tələbkar ilə X5 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X2 adına verilmiş xx xxxxxx 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə mübahisələndirilmiş və həmin sənədlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X7 və Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 203 ünvanında yerləşən 12 saylı mağaza Tələbkar və X3 mülkiyyətinə verilmişdir. X4 tərəfindən sonrakı bütün hüquqmüəyyənedici sənədlər mübahisələndirilsə də, xx.xx.2004-cü il tarixli şəhadətnamə mübahisələndirilməmiş və onun etibarsızlığı məsələsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən izah edilməsi tələb edilən qətnamədə müzakirə olunmamışdır. Belə olan halda, hal-hazırda həmin sənədin etibarlı və ya etibarsız olması barədə qətnaməyə hər hansı izahın verilməsi onun məzmunu dəyişilmədən mümkün deyil Beləliklə, şikayətin əsassız olması nəticəsinə gələn məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-165/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-165/2021
20.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver