Məhkəmə qərarları › İş №8(103)-166/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-166/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-166/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 8(003)-24/2022 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)- 264/2017 №-li qətnaməsinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 №-li icra sənədinə əsasən, ondan 22360 ABŞ dolları əsas, 4455.43 ABŞ dolları faiz, 1 ABŞ dolları borcu olmaqla, 26796.43 ABŞ dolları pul manata ödəniş gününə məzənnə nisbəti ilə və 60 manat məbləğində dövlət rüsumu tutulması, tələbin ipotekaya qoyulmuş X6 məxsus ünvan 1 ünvanında, 0.16638 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 131.4 kv.m., yaşayış sahəsi 59.4 kv.m., yardımçı sahəsi 72 kv.m. olan, 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc və dövlət rüsumunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi, həmin mənzildə yaşayan cavabdehlər X11 və qeyrilərinin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda icra məmuru onun yaşadığı ərazini, hətta istifadəsində olan torpaq sahəsini ümumilikdə boşaltmaq barədə onu xəbərdar etmişdir. Halbuki, həmin ərazilər qətnamədə göstərilməmişdir. Qeyd olunanlara əsasən, qeyd olunan icra sənədinin icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 8(003)-24/2022 saylı qərardadı ilə qətnaməyə izah verilməsi barədə X2nun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X2 tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2022ci il tarixli, 8(003)-24/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər X11, X7, X12, X9, X10 və X8 qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 №- li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 borcun tutulması, tələbin ipotekaya qoyulmuş X6 məxsus ünvan 1 ünvanında, 0.16638 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 131.4 kv.m., yaşayış sahəsi 59.4 kv.m., yardımçı sahəsi 72 kv.m. olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzildə yaşayan X11, X7, X12, X9, X10 və X5 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 №-li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin icra hərəkətləri aparılarkən, borclunun mübahisəli ünvanda yerləşən torpaq sahəsindən tamamilə çıxarılması ilə bağlı mübahisə yaranmış, nəticədə qətnamənin icrası hal-hazıradək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya qeyd edir ki, işin hallarından da göründüyü kimi, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin iddia tələbi üzrə məhkəmə, tələbin ünvan 1 ünvanında yerləşən 0.16638 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 131.4 kv.m., yaşayış sahəsi 59.4 kv.m., yardımçı sahəsi 72 kv.m. olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, cavabdehlərin həmin evə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin boşaldılmasına dair qətnamə çıxarmışdır. Kollegiya hesab edir ki, qətnamədə borclunun məhz hansı sahədən çıxarılması aydın göstərildiyindən, qətnaməyə izah verilməsinə ehtiyac yoxdur. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 8(003)-24/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 8(003)-24/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar