Məhkəmə qərarları › İş №8(103)-167/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-167/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-167/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Tələbkar “alimentin indeksasiyası barədə” ərizəsinə dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-306/2025 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, tələbkarın “alimentin indeksasiyası barədə” ərizəsi təmin olunsun, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 1,18 misli miqdarında indeksasiya edilsin. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-3662/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı iki uşağın hər biri üçün 154 manat müəyyən edilib. Qətnamənin qəbul edildiyi 2018-ci ildə minimum əmək haqqının məbləği 130 manat olduğuna görə, 154 manat aliment minimum əmək haqqının 1,18 mislini təşkil edib (154 manat : 130 manat = 0,18). Odur ki, alimentin iki uşağın hər biri üçün minimum əmək haqqının 1,18 misli miqdarında indeksasiya edilməsi AR Ailə Məcəlləsinin 110-cu maddəsinin göstərişinə və AR Ali Məhkəməsi Plenumunun “AR Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarında verilən izaha uyğundur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-306/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar