Məhkəmə qərarları › İş №8(103)-169/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-169/2021

30.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-169/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyə Tofiq qızının katibliyi ilə, Ərizəçi Borclu MMC-nin direktoru X11, həmçinin, nümayəndəsi X4 və vəkili X1, Tələbkar nümayəndəsi (vəkili) X5, Maraqlı şəxslər «xxxx» MMC-nin və «X17 Bankı»-nın nümayəndəsi X2 və vəkili X6 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadından Borclu MMC-nin direktoru X11 və maraqlı şəxslər «xxxx» MMC-nin və «X17 Bankı»nın tərəfindən ayrılıqda verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli, 2(006)- 208/2014 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə «əmlakın üzərinə həbs qoyulması» barədə Bakı şəhər Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Azər Heydərovun təqdimatı təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014cü il tarixli 2(006)-208/2014 saylı icra vərəqəsinə əsasən Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli 8(103)- 737/2018 saylı qərardadı ilə Borclu MMC-nin direktoru X7 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2018- ci il tarixli 8(006)-565/2018 saylı qərardadı ləğv edilərək, iş təqdimata yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli 8(006)- 565/2018 saylı qərardadı ilə yuxarıda qeyd olunan təqdimat təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)-208/2014 saylı icra vərəqəsinə əsasən Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu MMC və maraqlı şəxslər “X19 Bankı” və “xxxx” MMC ilə birgə verilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 m2 olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 dekabr 2017-ci il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasının üzərinə həbs qoyulması barədə Nəsimi Rayon Məhkəməsinin 7 sentyabr 2018-ci il tarixli, 8(008)- 565/2018 saylı və 14 dekabr 2018-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadlarının ləğv olunmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-565/2018 saylı, 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizəçi Borclu MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2018-ci il tarixli, 8(006)-565/2018 saylı və 14.12.2018-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadlarının ləğv olunması barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxslər “X17 Bankı” və “xxxx” MMC həmin qərardaddan şikayət ərizəsi verərək, şikayətin təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadının ləğv edilməsini və onların ərizəsinin təmin edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-565/2018 saylı, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizəçi Borclu MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2018-ci il tarixli, 8(006)-565/2018 saylı və 14.12.2018-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadlarının ləğv olunması barədə ərizəsinin rədd edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadından maraqlı şəxslər “X17 Bankı” və “xxxx” MMC-nin nümayəndəsi X9 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi və şikayətin mülki işlə birlikdə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 28.10.2020-ci il tarixli, 8(103)-424/2020 saylı qərardadı ilə əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 8(006)-565/2018 saylı və 14.12.2018-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadlarının ləğv olunması barədə ərizənin rədd edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadından maraqlı şəxslər “X17 Bankı” və “xxxx” MMC tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadının ləğv edilməsi, işin ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadı ilə Borclu MMC və maraqlı şəxslər “xxxx” MMC və “X19 Bankı” tərəfindən verilmiş “həbsin götürülməsi” tələbinə dair ərizənin təmin edilməməsi qərara alınmışdır. Borclu MMC-nin direktoru X11 və maraqlı şəxslər «xxxx» MMC və «X17 Bankı» tərəfindən həmin qərardaddan şikayət ərizəsi verilərək, Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadının ləğv edilməsi, Borclu MMC, maraqlı şəxslər “xxxx” MMC və “X19 Bankı” tərəfindən “həbsin götürülməsi” tələbinə dair ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Borclu MMC, maraqlı şəxslər “xxxx” MMC və “X19 Bankı”nın şikayətlərini təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətlər oxşar məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, həmin qərardadı aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab edirlər. Belə ki, ərizəçi Borclu MMC ( icra sənədi üzrə borclu) “X19 Bankı”nın və “xxxx” MMC-nin maraqlı şəxs qismində göstərməklə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 dekabr 2017-ci il tarixdə R.X seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qevdiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasının üzərinə həbs qoyulması barədə Nəsim rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli 8(006)-565/2018 saylı və 14 dekabr 2018-ci il tarixli 8(006)-565/2018-ci il tarixli qərardadlarının ləğv olunmasını xahiş, etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, “Bakı şəhəri Nəsim rayon Məhkəməsinin 10 fevral 2014-cii il tarixli 2(006)-208/2014 saylı qətnaməsinin icrası ilə bağlı Nəsimi rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli 8(006)-565/2018 sayı və 14 dekabr 2018-ci il tarixli 8(006)-565/2018 saylı qərardadları Bakı səhəri Nəsimi rayon Məhkəməsinin 10 fevral 2014-cii il tarixli 2(006)-208/2014 saylı icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə “İcra haqqında” Azərbaycan Respublikas Qanununun tələblərinə əsasən üzərinə həbs qoyulmasından sonra ərizəçinin keçən müddət ərzində Bakı Kommersiya Məhkəməsinin 2-2( 113)-424/2020 savlı iş üzrə 06 fevral 2020-ci il tarixli qərardadının qəbul edilməsinə əsaslanaraq mübahisələndirilən qərardadların ləğv edilməsini tələb etməkdə haqlı olmamışdır.” Məhkəmənin qənaətinə görə, " Maraqlı şəxslər “xxxx” MMC və “X17 Bankı’nın apellyasiya şikayətinin icraata qəbul edilməsi ilə Bakı şəhəri Nəsim rayon Məhkəməsinin 10 fevral 2014-cii il tarixli 2(006)-208/2014 saylı qətnaməsi qanuni qüvvədən düşməmişdir, belə ki, həmin qətnaməni ləğv edən yekun məhkəmə aktı qəbul edilməmişdir.” Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 15.2-ci (Məhkəmə aktlarının məcburiliyi) maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütiin dövlət hakimiyyəti, yerli özünüidarə orqanları onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onlarııı vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 233.1-ci (Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355 19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hazırki işdə apellyasiya şikayəti verildiyindən, həmin şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməmişdir. Başqa sözlə, həmin qətnamə əvvəllər qanını qüvvədə olsa da, hal-hazırda qanuni qüvvədən düşmüşdür. Məhkəmə mübahisələndirilən qərardadların ləğvi ilə bağlı ərizənin dəlillərinə ümumilikdə qiymət verərək hesab etmişdir ki, “Nəsimi rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli 8(006)-565/2018 say lı və 14 dekabr 2018-ci il tarixli 8(006)-565/2018 saylı qərardadları qəbul edilən zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sözügedən məktubunun məzmununda göstərilənlər əsas götürüldüyündən, hazırda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-424/2020 saylı iş üzrə 06 fevral 2020-ci il taıixf qərardadının mövcudluğu Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi qərardadların ləğvi üçün hüquqi əsas yaratmır.” Məhkəmənin hüquqi məsələyə bu yanaşması da qanunvericiliy ə ziddir. Ərizəçilər ünvan 1 ünvanda y erləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv n olan çoxmərtəbəli уaşayış binalarının üzərində mülkiyyət hüququnun Borclu MMC-yə məxsus olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 21 dekabr 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim etmişdilər. Bu sübutdan açıq-aşkar görünür ki, məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş əmlak bundan 8 (səkkiz) ay əvvəl ipoteka ilə yüklü olmuşdur. Belə ki, “X17 Bankı” və “xxxx” MMC arasında 21.11.2009-cu il tarixdə bağlanmış 880/M/AZE/ 1 nömrəli güzəştli kredit müqaviləsinin 2-ci maddəsinə əsasən Borclu M.MC-yə bina tikintisi üçün 37,000,000 (otuz yeddi, million) AVRO məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin tərkib hissəsi olaraqq 04.09.2013-cü il tarixli ƏLAVƏ № 2-nin ikinci maddəsinə əsasən kredit məbləğinin miqdarı ********.00 (otuz yeddi milyon) avrodan ********.00 (əlli milyon) avroya artırılmışdır və Əlavə № 2-nin üçüncü maddəsinin müddəalarına əsasən kredit müqaviləsinin icra müddəti 23.10.2018-ci ilə qədər uzadılmışdır. Eləcə də Əlavə 2-nin dördüncü maddəsinin birinci bəndinə əsasən əsas borc, ona hesablanmış faizlər və eləcə də layihənin icra müddətində digər aidiyyətli xərclərə ödənilən vəsait müqavilənin icra müddətinin başa çatmasından sonra ardıcıllıqla hissə-hissə səkkiz üç aylıq mərhələdə bordu tərəf olan Borclu MMC tərəfindən “X17 Bankı”na geri qaytarılmalı idi. 21.1 1.2009-cu il tarixdə bağlanmış 880/M/AZE/l 1 nömrəli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Borclu MMC və “X17 Bankı” arasında bağlanmış İpoteka müqaviləsi 23.02.2010-cu il tarixdə Bak şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. İpoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.07752 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 09.10.2009-cu il tarixdə MH seriyalı *** **** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış şerilmişdir, həmin ünvanda yerləşən ümumi sahəsi 266.3 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.144 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 27.10.2009-cu il tarixdə MA seriyalı 00069 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 264.8 kv.m. olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0.2143 ha torpaq sahəsini (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23.10.2069-cu il tarixdə MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir) (bundan sonra İpoteka qoyulmuş əmlak adlanacaq) ipoteka saxlayanın ipotekasına qoymuşdur. İpoteka müqaviləsinə əsasən yuxarıda qeyd olunan daşınmaz əmlaklar üzərində yüklülük 08.09.2010-cıı il tarixindən Daşınma/. Əmlakın Dös lət Reyestinılə qeydə alınmış çıxarışlar (Seriya 0111730, qeydiyyat nömrəsi **********3, resister nömrəsi **********15- 06301, Seriya 0111732, qeydiyyat nömrəsi **********, revest nömr **********0096-06301, Seriya 0111733, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********97) verilmişdir. 21.11.2009-cu il tarixdə bağlanmış 880/M/AZE/l 1 nömrəli güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi kredit müqaviləsinin tərəfləri arasında bağlanmış və 23.02.2010-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsinin şərtlərinə əsasən kredit götürən və ipotekaya qoyan tərəf olan Borclu MMC ona məxsus olan sə ipoteka qoyulmuş daşınmaz əmlak üzərində inşa etdiyi binanı mərhələ - mərhələ ipoteka qoymaq barədə öhdəlik daşıyır. Bu öhdəliyin icrası üçün kredit müqaviləsinin tərəflər arasında 28.12.2017-ci il tarixində növbəti ipoteka müqaviləsi bağlanmış və Notariat kontorunda 3M-1382 reyestri ilə təsdiqlənmişdir. Yuxarıda qeyd olunan və bankının ipotekasında olan Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən daşınmaz əmlaklarla bağlı 08.09.2010-cıı il tarixli çıxarışlar 28.12.2017-ci il tarixli ipoteka müqaviləsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə Təqdim edilmiş və ******* saylı və 18.01.2018-ci il tarixli vahid çıxarışa əsasən yuxarıdakı sənədlərdə qeyd olunan torpaq sahələri (0.4358 ha) inşa edilən və ümumi sahəsi 58116.3 ks.m. olan çoxmərtəbəli yaşayış binası “X17 Bankı” nın xeyrinə yüklü edilmişdir. Yeni çıxarışda əəvvəlki ünvan dəyişərək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 22, 22A ünvan olmuşdur.Ünvan dəyişikliyi ilə bağlı sənəd qoşmada təqdim olunur.Kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin təminatı üçün İpoteka qoyan ipoteka ilə təmin olunmuş öhdəliyini icra etmədiyini, ipoteka saxlayandan aldığı kredit vəsaiti 31.05.2019-cu il tarixə qədər geri qaytarmadığını nəzərə alaraq, ipoteka qoyana 19.06.2019-cu il tarixində tutmanın ipoteka predmetinə vönəldilməsi barə 2600/98/8/604 saylı bildiriş göndərilmişdir. Məhkəmə baxışında iştirak edən ərizəçi Borclu MMC-nin direktoru X11, həmçinin, nümayəndəsi X4 və vəkili X8, habelə, maraqlı şəxslər «xxxx» MMC-nin və «X17 Bankı»-nın nümayəndəsi X9 və vəkili X12 şikayəti əsaslı sayaraq, təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə baxışında iştirak edən Tələbkar nümayəndəsi (vəkili) X13 şikayəti əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq, təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)-208/2014 saylı qətnaməsinin icrası ilə bağlı Nəsimi rayon məhkəməsinin 7 sentyabr 2018-ci il tarixli 8(008)- 565/2018 saylı və 14 dekabr 2018-ci il tarixli 8(006)-565/2018 saylı qərardadları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli 2(006)- 208/2014 saylı icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən üzərinə həbs qoyulmasından sonra ərizəçinin keçən müddət ərzində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 424/2020 saylı iş üzrə 06 fevral 2020-ci il tarixli qərardadının qəbul edilməsinə əsaslanaraq mübahisələndirilən qərardadların ləğv edilməsini tələb etməkdə haqlı olmamışlar.( Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 424/2020 saylı iş üzrə 06 fevral 2020-ci il tarixli qərardadı ləğv olunub işin icraatı təzələndikdən sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1267/2021 saylı iş üzrə 17 mart 2021-ci il tarixli qərardadı ilə işin icraatı Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Tələbkar cavabdehlər Borclu MMC-yə, X10 və «X17 Bankı»na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Tələbkar cavabdehlər Borclu MMC-yə, X10 və «X17 Bankı»na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraat Bakı Apellyasiya məhkəməsinin icraatında olan (Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli, 8(006)- 565/2018 saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli, 2(006)- 208/2014 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə «əmlakın üzərinə həbs qoyulması» barədə Bakı şəhər Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru Azər Heydərovun təqdimatı təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014cü il tarixli 2(006)-208/2014 saylı icra vərəqəsinə əsasən Borclu MMC-nin adına qeydiyyatda olan Bakı şəhəri Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən 22, 22A nömrəli çoxmərtəbəli yaşayış binasının üzərinə həbs qoyulması qərara alınmışdır.) iddiaçı Tələbkar cavabdehlər Borclu MMC-yə, X10 qarşı pul tələbinə dair ilk, iddiaçılar Borclu MMC və X7 Tələbkar qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair 2(103) -972/2021 saylı iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Beləliklə, Kollegiya qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı, 10 fevral 2014-cü il tarixli qətnaməsinin qüvvədən düşməsini təsdiq edən yekun məhkəmə qərarı qəbul edilməmişdir və sözügedən qətnamə hazırda apellyasiya baxışında olmaqla sadəcə o, qanuni qüvvəsini almamış qətnamə kimi qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-2.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından (əgər həmin iş üzrə icra sənədi icra olunması üçün müvafiq icra qurumuna yönəlmişdirsə) şikayət verildikdə, həmin işə dair verilmiş icra sənədi üzrə icra hərəkətlərinin məcburi olaraq dayandırılması nəzərdə tutulur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir.Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya yuxarıda qeyd edilənlərə və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 8(006)-565/2018 saylı qərardadından Borclu MMC-nin direktoru X11 və maraqlı şəxslər «xxxx» MMC-nin və «X17 Bankı»nın tərəfindən ayrılıqda verilmiş şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayətlər təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(006)-565/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar