Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-170/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X4 ibarət tərkibdə, Borclu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Borclu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1895/2022 nömrəli iş üzrə cavabdehlər X6 və Borclu iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi 13-cü keçid, ev 143A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə xx.xx.2022-ci il tarixli, 2(006)-1895/2022 nömrəli qətnamə qəbul edilmişdir. Həmin fərdi yaşayış evində əvvəllər yaşamışlar. Qardaşı Xasay öz ailəsi ilə orada yaşamağa başladıqdan sonra onlar həmin fərdi yaşayış evinə bitişik olan, kommunal xətləri də ayrı olan, eləcə də bütün dövlət qurumlarında Bak şəhəri Nəsimi rayonu X25 küçəsi ev 2, mənzil 143 kimi qeyd olunmuş ünvanda mərhum qardaşı Həsənov Füzuli və digər qohumlarında yaşamışlar. Yaşadıqları yuxarıda qeyd olunan ünvan mərhum qardaşı Həsənov Füzuli tərəfindən tikilmiş və təmir olunaraq istifadə olunmuşdur. Tikilinin yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətində olmuşdur. Yəni ki, qeyd olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-1895/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli, 2(006)- 1895/2022 nömrəli qətnamənin onların yaşadıqları sahəyə heç bir aidiyyəti olmamışdır. Qətnamədə nəzərdə tutulan sahədən isə onlar xeyli vaxt öncədən çıxmışlar. Lakin iş üzrə qətnamə icraya yönəldildikdən sonra icra məmuru X3 fərqli mövqe nümayiş etdirərək onların yaşadıqları sahədən də çıxmalı olduqlarını bildirmişdir. Belə ki, icra məmuru qətiyyətlə yaşadıqları və qətnamə üzrə iddiaçı, icra işi üzrə tələbkar X2 və heç bir şəxsin mülkiyyətində olmayan, 1993-cü ildən onların istifadəsində olan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində tərəflərindən tikilmiş özbaşına tikilidən çıxarılmalarını tələb etmiş və icra hərəkətlərinə başlamışdır. Həmin vaxt onlar icra məmuruna etiraz edərək onlara bildiriş vermədiyini, qanunvericiliklə nəzərdə tutulmuş müddətləri gözləmədən, onların mövqeyini nəzərə almadan qanunsuz şəkildə, öz səlahiyyətlərindən sui-istifadə elməklə, hansısa şəxsi maraqlarına görə özbaşına davranıb onların hüquqlarını pozduğunu izah etsələr də, ünvanların fərqli olduğuna dair sübutlar və faktlar təqdim etsələr də, icra məmuru israrla həmin qətnamənin onların yaşadıqları və tələbkar X2 mülkiyyətində olmayan sahəyə də aid olduğunu bildirmişdir. İcra məmurunun qətnaməni yalnış qəbul etdiyini və əsassız yerə aidiyyəti olmayan yerdən onları çıxarmağa çalışdığını nəzərə alaraq tərəflərindən dərhal qətnamənin izah olunması ilə bağlı xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Buna baxmayaraq həmin gün icra məmuru iki nəfər mülki şəxs vasitəsilə yaşadıqları ünvana tələsik məktub göndərərək xx.xx.2024-cü il tarixdə saat 11-də onların yaşadıqları sahədən məcburi çıxarılacaqlarına dair məlumat vermişdir. xx.xx.2024-cü il tarixdən sonra icra məmuru bunu da nəzərə almayaraq icra hərəkətlərini dayandırmaq istəməmişdir. Etirazları ilə yanaşı müvafiq qətnamənin izahı ilə bağlı məhkəməyə ərizə ilə müraciət etdiklərini bildirdiyi üçün icra məmuru icra hərəkətlərini qeyrimüəyyən müddətə təxirə salmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1895/2022 nömrəli qərardadı xx.xx.2024-cü iİ tarixdə elektron məhkəmə portalına yüklənmişdir. Qərardad yerləşdirildikdən bir gün sonra, yəni xx.xx.2024-cü il tarixdə icra məmuru icra hərəkətləri barədə əvvlcədən heç bir bildiriş göndərmədiyi, sənədlər təqdim etmədiyi halda bütün etirazlarına rəğmən icra hərəkətlərinə başlamışdır, həmin tarixdə onun göstərişi ilə onlar mənzildən çıxarılmış, mənzilləri isə sökülmüşdür. İcra məmuruna qətnamədə qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 13-cü keçid, ev 143A ünvanında yaşamadıqlarını, həmin ərazini uzun müddət əvvəl könüllü olaraq tərk etdiklərini bildirsələr də, o, dediklərinə və sübutlarına etinasız yanaşmış, məsələdə fərqli və qərəzli mövqe nümayiş etdirmişdir. Halbuki onlar dəfələrlə qətnamədə qeyd olunan ünvanla qonşuluqda olan ev 143 ünvanında yaşadıqlarını bildirmişlər. Həmin fərdi yaşayış evinə hüquqmüəyyənedici sənədlərinin olmadığı üçün müvafiq qətnamə əsasında oranı tərk etməli olduqlarını demişdir. Ancaq məhkəmə müvafiq qətnamədə ev 143 ünvanı və oranı tərk etmələri barədə heç bir məsələyə toxunmamışdır. Qeyd etmək istəmişdir ki, dövlət mülkiyyətində olan sənədsiz torpaq sahəsi 30 ildən çoxdur ki, onların istifadəsində olmuşdur. Həmin sahə vaxtilə yararsız vəziyyətdə olmuşdur, lakin onlar təmir-bərpa işləri apararaq oranı yaşayış evi kimi uzun illər istifadə etmişlər. Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilən sorğuya cavab məktubunda mərhum X16, mərhum X11, X19, X17, X7 1993-cü ildə Qubadlı rayonu Həkəri kəndindən məcburi köçkün düşüb həmin tarixdən Bakı şəhəri Nəsimi rayonu X25 küçəsi 13-cü keçid ev 143 ünvanında məskunlaşdığı qeyd olunub. Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, mərhum X17, X8, Borclu, X18, X20 və X12 Bakı şəhəri Nəsimi rayonu X25 küçəsi 13-cü keçid ev 143 yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Mərhum qardaşı X17 Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8243/2023 nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi rayonu X25 küçəsi 13-cü keçid ev 143 ünvanda qeydiyyata düşmüşdür, qeyd olunanları icra məmuruna dəfələrlə bildirsələr də, o, aşkar qərəzli davranışlar nümayiş etdirmiş, qanunazidd hərəkətləri ilə hüquqlarının pozulmasına zəmin yaradacaq mövqe nümayiş etdirmişdir. Bildirmək istəmişdir ki, xx.xx.2024-cü il tarixdə icra məmuru yenidən heç bir bildiriş göndərmədən icra hərəkətlərinin yerinə yetirilməsi üçün ünvana gəlmişdir. Halbuki onlara məcburi icra hərəkətlərinin vaxtı barədə məlumat verilməli, bildiriş təqdim olunmalı idi. Qeyd etmək istəmişdir ki, hazırda sözügedən ünvanda yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün Bakı İnzibati Məhkəməsində icraatda olan iddiaları vardır. Bu və digər xüsusatlar - Bakı şəhəri Nəsimi rayonu Mənzil- Kommunalı Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi və Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışların olması, həmin həyətdə 2 fərqli ünvanın olması, kommunal xidmətlərin X7 adına qeydiyyatda olması, hər ünvan üçün sayğacların ayrı olması barədə icra məmuruna dəfələrlə məlumat versələr də, o, məsələyə həmişəki kimi biganə yanaşaraq icra hərəkətlərini dayandırmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsində Şamxal müəllimə, Nəsimi rayon İcra və probasiya şöbəsinin rəisi Yavər Allahverdiyevə, qaynar xəttə müraciət edərək icra məmurunun hərəkətləri və sökünlünün qanunsuz olması barədə məlumat vermişlər, söküntü olacağı təqdirdə bunun bərpasının mümkün olmadığını və illərdir yaşadıqları yerdən əsassız olaraq çıxarılmalarının tələb olunduğunu bildirmişlər. Məcburi icra hərəkətlərinin təxirə salınmasını və ünvanla bağlı məsələnin yenidən ətraflı şəkildə araşdırılıb qərar verilməsini xahiş etsələr də, müraciətlərinin heç biri nəzərə alınmamışdır. Nəticədə onlara ciddi şəkildə maddi və mənəvi ziyan dəymişdir və 30 ildən artıqdır məskunlaşdıqları, istifadələrində olan, tikib bərpa etdikləri yaşayış sahəsindən qanunsuz olaraq məhrum olmuşlar. Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsində söküntü ilə bağlı heç bir göstəriş olmadığı halda evləri icra məmuru X1 nəzarəti altında sökülmüşdür. İcra məmurunun özbaşınalığı və qanunsuz bərəkətləri ailələrin illərdir yaşadığı evdən məhrum olmasına qədər gətirib çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim Nail Abbasov) ərizə təmin edilməmişdir. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizənin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edilən video çəkilişdən görünür ki, onun evinin söküntüsü birbaşa Murad Xudaverdiyevin iştirakı ilə həyata keçirilmişdir, həmin videogörüntülərdə Murad Xudaverdiyevin iştirakı aydın görünür. Lakin birinci instansiya məhkəməsinin 8(006)-101/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadın 3-cü səhifəsində qeyd olunur ki, “Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyev izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(003)-1895/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar onun tərəfindən icra sənədində göstərilən ünvanın boşaldılması həyata keçirmiş, həmin ünvanda söküntü işləri aparılmamışdır.” Göründüyü kimi məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarını araşdırmamış, Murad Xudaverdiyevin izahatı ilə kifayətlənərək qanunsuz qərardadın qəbul olunmasına səbəb olmuşdur. X14 Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, 13-cü keçid, ev 143A ünvanının boşaldılması nəzərdə tutulduğu halda qanunsuz olaraq bizə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi, ev 2, mənzil 143 ünvanında yerləşən mənzil sökülmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış və sübutlara hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı X2 cavabdehlər Borclu və X13 qarşı «zəbt olunmuş fərdi yaşayış evindən məcburi çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X25 küçəsi 13-cü keçid ev 143A ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehlər X5 və Borclu geri alınaraq X2 mülkiyyətinə qaytarılması; ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X5 və Borclu onun xeyrinə tutulması barədə iddiası Nəsimi Rayon Məhkəməsinin 2(003)-1895/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon icra şöbəsinin icra məmurları Murad Xudaverdiyev və Ramin Quliyev, Nəsimi rayon 20-ci polis şöbəsinin sahə müvəkkili Anar Bayramov, FHN-nin Nəsimi rayon 19-cu YMB-nin rəis müavini Sadıq Quliyev tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə ünvan 14 ünvan boşaldılmaqla tələbkar Zaməddin Qasımova təhvil verilmişdir Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə, borclunun məcburi qaydada mənzildən çıxarılmasına dair icra tədbirlərinin xx.xx.2024-cü il tarixə təyin edilməsi barədə xəbərdarlıq edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə Borclu öz ərizəsində iş üçün əhəmiyyətli ola biləcək bir sıra hallara toxunsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin halların heç biri aydınlaşdırılmamış, məhkəmə qərarının əsaslandırılmasına diqqət yetirməmiş, sadəcə ərizənin əsassız olduğunu qeyd etməklə kifayətlənmişdir. Belə ki, borclu öz ərizəsində məhkəmə qətnaməsi ilə çıxarılması qət edilən mənzilin 143A saylı olduğunu və oradan bir müddət öncə artıq çıxdığını, özünün isə 143 saylı başqa bir mənzildə məskunlaşdığını və icra məmuru tərəfindən məhz qətnamə ilə heç bir bağlılığı olmayan həmin mənzildən çıxarılması, üstəlik həmin mənzilin də icra məmuru tərəfindən sökülməsini bildirsə də, birinci instansiya məhkəməsi qeyd edilən halların həqiqiliyinin aydınlaşdırılması ilə bağlı hər hansı addım atmamış, sadəcə işi aparan icra məmurunu məhkəmə iclasına dəvət edərək ondan izahat alınması ilə kifayətlənmişdir. İş materiallarında, o cümlədən məhkəmə iclas protokolunda da sözügedən icra işinin tələb edilərək araşdırıldığı, həmin halların, həqiqətən, mövcudluğunun öyrənilməsi də öz əksini tapmamışdır. O cümlədən borclu öz ərizəsində sözügedən ünvanların fərqli olması ilə bağlı dəlillərini qeyd edərkən həmin ünvanlarda müxtəlif sayğacların quraşdırılması və bütün kommunal xidmətlərin tamamilə ayrı aparıldığını qeyd etmiş, bu halın həqiqiliyi də birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, ümumiyyətlə, həmin ünvanlara yerli baxışın keçirilməsinin mümkünlüyü və zəruriliyi də müəyyən edilməmişdir. Borclu həmçinin hazırda sözügedən ünvanda yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının tanınması üçün Bakı İnzibati Məhkəməsində icraatda olan iddianın olduğunu öz ərizəsində qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin iddianın hazırki işlə nə dərəcədə bağlı olmasının aydınlaşdırılması məqsədilə hansısa addımlar atılmamışdır. Bundan başqa iş materiallarına nəzər yetirdikdə ərizəyə baxılması ilə bağlı Borclu məhkəmə bildirişi göndərilsə də, həmin bildirişin borcluya çatıb-çatmaması yoxlanılmamış, ərizəyə onun iştirakı olmadan baxılmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 179.1-ci maddəsinə əsasən məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə məhkəmə bildirişlərinin verilib-verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki işə baxılması zamanı aydınlaşdırılmalı olan bütün hallara aydınlıq gətirilməmiş, işin bütün detalları ətraflı təhlil olunmamışdır. Buna əsasən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla Borclu icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-101/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş Borclu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Murad Xudaverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-170/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-170/2024
22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver