Məhkəmə qərarları › İş №8(103)-171/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-171/2021

26.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-171/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Borclu1 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı, 13.03.2019-cu il tarixli icra vərəqəsinə izah verilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 8(006)-35/2021 saylı qərarından Borclu1 şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(006)- 2251/2019 saylı, 13.03.2019-cu il tarixli icra vərəqəsinə izah verilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı, 13.03.2019-cu il tarixli icra vərəqəsi üzrə tələbin hansı qaydada icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-35/2021 saylı işi üzrə 19 yanvar 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Borclu1 şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021-ci il tarixli, 8(006)-35/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan Borclu1 şikayət verərək, şikayətin təmin edilməsini və qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 8(006)-35/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu1 şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında tələbkara məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmn Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2251/2019 saylı, 13.03.2019-cu il tarixli icra vərəqəsinə izah verilməsi barədə borclunun ərizəsini təmin etməmişdir. Əvvəla ona görə ki, icra vərəqəsində tələblər dəqiq və aydın göstərildiyindən ona izah verilməsinə hər hansı bir lüzum olmamışdır. İkincisi, Borclu1 ərizəsində və şikayətində göstərdiyi dəlillərin məzmunu qətnamənin dəqiq və aydın olmaması ilə bağlı deyil, daha çox icra sənədinin təkrar icrasından qərəzli olaraq yayınmağa cəhd edilməsinə dəlalət edən amillərlə bağlıdır. Üçüncüsü, işdən görünür ki, icra vərəqəsi artıq bir dəfə icra edilmiş, borclular yenidən qeyriyaşayış sahəsinə daxil olmuşlar. Bu hal da onu təsdiq edir ki, əslində icra vərəqəsinə izah verilməsinə ümumiyyətlə əsas olmamışdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2021- ci il tarixli, 8(006)-35/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar