Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-172/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)-277/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)- 277/2020 nömrəli qərardadı ilə Borclu məcburi gətirilməsi barədə icra məmuru Fəxrəddin Şahhüseynovun təqdimatı təmin edilmişdir. Borclu xx xxxxxx 2021-ci il tarixdə həmin qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qeyrimümkün hesab edilməli və işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından məlum olur ki, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı xx xxxxxx 2020-ci il tarixli məktubla poçt vasitəsilə Borclu yaşayış yeri üzrə ünvan 1 ünvanına göndərilmiş, xx xxxxxx 2020-ci il tarixdə ünvan üzrə rəsmi qaydada təqdim edilmişdir (i.v 16.). Buna baxmayaraq, Borclu qərardadın surətini rəsmi qaydada aldığı vaxtdan 3 (üç) ay sonra xx.xx.2021-ci il tarixdə həmin qərardaddan şikayət vermişdir. Şikayətlə yanaşı prosessual müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. Qərardadın alınmasına dair müvafiq xəbərnamə “Şərifova” soyadlı ailə üzvü tərəfindən imzalanmışdır. Göründüyü kimi, qərardadın onu almış ailə üzvü tərəfindən Borclu təqdim edilibedilməməsi, borclunun qərardad təqdim olunarkən həmin ünvanda yaşayıb-yaşamaması, borclu tərəfindən verilmiş şikayətin qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində verilib-verilməməsi və ya həmin müddətin buraxılmamış hesab edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmamış, məhkəmə həmin məsələləri araşdırmadan qərardaddan verilmiş şikayəti baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)-277/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov İlham Kərimli
Məhkəmə qərarları › İş №8(103)-172/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-172/2021
13.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver