Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-173/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Həsənzadə qızı Həsənzadənin katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.11.2020-cı il tarixli, 8(007)-280/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli 2(007)-929/2020 saylı qərardadının izah edilməsini xahiş etmişdir. İcra məmuru ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsi ilə 09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdeh Borclu tutulub, iddiaçı X6 verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsinin icrası Nizami rayon İcra və probasiya şöbəsinə 28.02.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata başlamaq haqqında qərar qəbul edilərək, onun icrası Borclu iş yeri olan “xxxx” MMC-nə yönəldilmişdir. İcraat zamanı tələbkar X2 rayon İcra və probasiya şəbəsinə müraciət edərək, borclunun əmək haqqısından əlavə onun başqa gəlirlərinin və müxtəlif banklarda (“Nikoil” Bank, “xxxx” ASC, “xxxx” ASC, “Access” Bank” və “xxxx” ASC) əmanətlərinin olması və hər ay həmin banklardan əldə etdiyi gəlirlərinin 1/3 hissəsinin onun xeyrinə ödənilməsini tələb etmişdir. Ona görə də, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli, 2(007)- 929/2020 saylı qətnaməsinin Borclu hər ay gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması hissəsində izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19.11.2020-cı il tarixli, 8(007)-280/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Borclu tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin 28 yanvar 2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, iddiaçı X2 rayon İcra və Probasiya şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, qazancdan başqa borclunun banklarda olan depozit əmanət faizlərin 1/3 hissəsi tutularaq ona ödənilsin. Qeyd etmək lazımdır ki, Nizami rayon məhkəməsi 2(007)-929/2020 nömrəli, 27.02.2020-ci il tarixli qərarda borclunun qazancının hər ay 1/3 (1400 AZN) hissəsi miqdarında aliment tutulması barədə iddiaçı X5 xeyrinə qərar çıxardılmışdır. Və borclunun maaşından hər ay yuxarıda qeyd olunan məbləğ iddiaçının bank hesabına köçürülür. Buna baxmayaraq iddiaçı şikayət ərizəsi ilə Nizami rayon İcra və Probasiyaya müraciət etmişdir ki, borclunun bank hesabında olan depozit faizlərindən hər ay 1/3 hissəsi miqdarında ona əlavə aliment tutulsun və həmin şikayət Nizami rayon məhkəməsində 19.11.2020-ci il tarixdə baxılıb və şikayət ərizəsi 8(007)-280/2020 nömrəli qərarla təmin olunub. Belə ki, iddiaçı X7 2018-ci ilin aprel ayında “birgə nikah dövründə qazanılmış 350000 manat pulun üzərində payların müəyyən edilərək bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. İddiaçının nikah dövründə qazanılmış vəsaitin bölünməsinə dair iddiasına 2(007)-2143/2018 nömrəli qərardadda cavabdeh tərəfindən könüllü barışıq sazişi əsasında 135000+40000 manat pulun iddiaçıya verilməsinə razılıq verilmişdir. Buna baxmayaraq, iddiaçı 02.03.2020-ci il tarixdə əmlakların təkrar bölünməsi üçün 2(007)-1393/2020 nömrəli, iddia ərizəsi ilə yenidən Nizami rayon Məhkəməsinə müraciət etmişdir və həmim iddia 07.10.2020-ci il tarixdə rədd edilmə barəsində qərar çıxardılmışdır. 175000 manat məbləğində pulu həm iddiaçı həmdə cavabdeh tərəfindən, müxtəlif banklarda depozit hesablarına qoyulub. Və tərəflər həmin banklardan hər ay eyni məbləğdə depozit faizi alır. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İş üzrə tələbkar X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunu dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 8(007)-280/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. İş materiallarından, o cümlədən sözügedən qərardaddan görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qətnaməsi ilə 09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdeh Borclu tutulub iddiaçı X6 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, məhkəmə tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir; 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər.Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-929/2020 saylı, 27.02.2020-ci il tarixli qərardadı ilə 09 iyun 2014-cü il təvəllüdlü X3 və 07 noyabr 2016-cı il təvəllüdlü X1 üçün 21 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin cavabdeh Borclu tutulub, iddiaçı X6 verilməsi izah olunmalıdır. Məhkəmə kollegiyası şikayətdə qeyd olunan dəlilləri əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilməmiş, qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 8(007)-280/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-173/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-173/2021
28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver