Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-174/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-37/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərardadından Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Heydərov tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədi üzrə Borclu MTK-nın rəhbəri X3 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədinə əsasən Borclundən Tələbkar xeyrinə 01.10.2018-ci il tarixdən başlayaraq Borclu MTK tərəfindən inşa edilən bina tam başa çatana və tələbkara təhvil verilənədək hər ay 400 manat kirayə haqqı tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədinə əsasən Tələbkar mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 59 saylı evin 1 saylı mənzilinin Borclu MTK-ya təhvil verilməsi və mənzilin sökülməsi ilə əlaqədar həmin evin yerində inşa edilən binada iddiaçının təhvil verdiyi mənzilin sahəsindən 20 faiz artıq sahəsi təmirli mənzilin iddiaçıya verilməsi Borclu MTK-ya həvalə edilməlidir. İcra sənədi 26.07.2019-cu il və 10.12.2019-cu il tarixlərində icraata daxil olmuş, bundan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar 05.10.2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilərək Borclu MTK-nın rəhbəri X3 ünvan 1 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-37/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, məhkəmə öz qənaətini icra məmurunun təqdimatının əsaslandırıldığı halların mövcudluğunu təsdiq edən sübutların, yəni borcluya tələbin könüllü icrası üçün bildirişin real olaraq təqdim edilməsi, həmçinin xəbərdarlıq olunması və onun icra şöbəsinə dəvət edilməsi barədə sənədlərin olmaması ilə əsaslandırmışdır. Həmin qərardadın ləğvinə dair Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Azər Heydərovun şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu barədə icra sənədi icra şöbəsinə 26.07.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icra edilməsi barədə borcluya bildiriş göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış icra sənədi üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-37/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədinə əsasən cavabdeh Borclundən Tələbkar xeyrinə 01.10.2018-ci il tarixdən başlayaraq Borclu MTK tərəfindən inşa edilən bina tam başa çatana və iddiaçıya təhvil verilənədək hər ay 400 manat kirayə haqqı tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 59 saylı evin 1 saylı mənzilinin Borclu MTK-ya təhvil verilməsi və mənzilin sökülməsi ilə əlaqədar həmin evin yerində inşa edilən binada (lahiyə sənədlərində nəzərdə tutulan) iddiaçının təhvil verdiyi mənzilin sahəsindən 20 faiz artıq sahəsi təmirli mənzilin iddiaçıya verilməsi Borclu MTK-ya edilməlidir. Təqdimata əlavə edilmiş 26.07.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Təqdimata əlavə edilmiş 10.12.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nəsimi rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 20.12.2018-ci il tarixli, 2(103)-13295/2018 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 10.12.2019-cu il tarixli, 185338/2019-5-33 saylı bildirişdən görünür ki, Borclu MTK-nın rəhbəri X3 icra sənədini könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru X2 tərəfindən 05.10.2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. İş materiallarında icra məmurunun öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutlar, yəni borcluya xəbərdarlıq olunması və onun icra şöbəsinə dəvət edilməsi barədə sənədlər mövcud deyildir. Bundan başqa, “İcra haqqında” Qanunun 84.3-cü maddəsinə görə bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarından isə, Sədrəddinov (Sədrəddinbəyli) Qalib Sabir oğlunun məcburi qaydada gətirilməsi barədə təqdimat verilməsinə baxmayaraq icra məmuru tərəfindən bununla bağlı müvafiq qərar qəbul edildiyi, eləcə də həmin qərarın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunduğu müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Bununla belə kollegiya icra məmuruna izah edir ki, o, icra işi ili bağlı sənədləri təqdimatına əlavə edərək yenidən məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-37/2021 saylı, 19 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №8(103)-174/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-174/2021
28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver