Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-174/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-3696/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulmasına dair” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına dair icraat üzrə (Açar sözlər: borclunun əmlakı üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-3696/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulmasına dair” Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına dair icraat üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, 16 aprel 2024-cü il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.60 kvm, reyestr nömrəsi **********10-05301-093015 və qeydiyyat nömrəsi ********** olan mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3696/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 90206 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbka X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 45.2ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. İcraat zamanı "Elektron icra" informasiya sistemindən alınan məlumata əsasən Borclu məxsus ünvan 1 yerləşən ümumi sahəsi 49.60 kv.m., reyestr nömrəsi **********10-05301-093015 və qeydiyyat nömrəsi ********** olan mənzilin olduğu məlum olmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.60 kvm, reyestr nömrəsi **********10- 05301-093015 və qeydiyyat nömrəsi ********** olan mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır.
4. Daha sonra maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon 8(004)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerəşən, ümumi sahəsi 49.60 kvm olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.60 kvm, reyestr nömrəsi **********10-05301-093015 və qeydiyyat nömrəsi ********** olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
6. Daha sonra Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
9. Maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, 16 aprel 2024-cü il tarixli qərardadından şikayət verərək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(004)- 801/2024 saylı qərardadın ləğv edilərək, məhkəmənin xx.xx.2024-cü il tarixində qəbul etdiyi 8(004)-801/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2024-cü il tarixində qərardad qəbul edərkən, gəldiyi nəticələrin səbəbləri və rəhbər tutduğu qanunlara istinad etməmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli öz qərardadının ləğv edilməsinin səbəbləri əsaslandırmamışdır. Nəticədə, Bankın ipoteka saxlayan kimi hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan qərardad qəbul etmişdir. Çünki, məhkəmə xx.xx.2024-cü il tarixində qəbul etdiyi qərardadında Bankın şikayətini əsaslı hesab etmiş və gəldiyi nəticələrin səbəblərini və rəhbər tutduğu qanunlara istinad etmişdir. Lakin, məhkəmə sonuncu qərardadı (xx.xx.2024-cü il tarixli) qəbul edərkən isə heç bir əsaslandırma aparmamışdır və bununla da Bankın ipotekasaxlayan kimi, hüquqlarını pozmuşdur. Borclu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixli “İpoteka müqaviləsi” əsasında "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank həmin əmlaka “İpoteka müqaviləsi”nin tələblərinə uyğun tələb yönəltmiş və hazırda bununla bağlı məhkəmə mübahisəsi davam edir. Cari vəziyyətdə əmlakın üzərində həbsin və digər hər hansı bir məhdudiyyətin olması, Bankın həmin əmlaka tələbin yönəldiməsi ilə bağlı məhkəmə işi üzrə gələcəkdə qəbul olunacaq məhkəmə qərarının icrasına maneçilik yaradacaqdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 8(004)-801/2023 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 8(004)-801/2023 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
14. “İpoteka haqqında” Azəraycan Respublikası Qanunu Maddə 7.3. İpoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.
15. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 49.2. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
17. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.60 kvm, reyestr nömrəsi **********10-05301-093015 və qeydiyyat nömrəsi ********** olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, 16 aprel 2024-cü il tarixli qərardadına əsasən Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, mübahisə predmeti olan mənzil öhdəliyin təminatı qismində 24 avqust 2021-ci il tarixli, 006REAL21000134 nömrəli ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə yüklü edilmiş və hazırda bankın pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə Bakı Kommersiya Məhkəməsinin icraatında iş vardır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azəraycan Respublikası Qanununun 7.3-cü maddəsində qeyd edilir ki, ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər.
21. İşin hallarından görünür ki, həbs qoyulması xahiş edilən əmlak Maraqlı şəxs ASC tərəfindən ipoteka ilə yüklü edilmiş, qanunvericiliyin tələbinə görə ilkin olaraq borclunun bank qarşısında öhdəliyinin təminatı qismində çıxış edir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir.
23. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Maraqlı şəxs ASC -nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, 16 aprel 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-801/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev