Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-175/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Tələbkar Bayramova Mülkiyyə Dəmir qızının, Borclu iştirakı ilə, Bayramova Mülkiyyə Dəmir qızının Nəsimi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli 2(006)-1496/2016 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərardadından tələbkar Bayramova Mülkiyyə Dəmir qızı tərəfindən şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1496/2016 saylı 24 iyun 2016-cı il tarixli icra sənədinə əsasən 15.12.2002-ci il təvəllüdlü X1 və 08.09.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 24.06.2016-cı il tarixindən başlayaraq hər qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment cavabdeh Borclu tutularaq iddiaçı Bayramova Mülkiyyə Dəmir qızına verilməlidir. Bayramova Mülkiyyə Dəmir qızı Nəsimi rayon Məhkəməsinin 24.06.2016-cı il tarixli, 2(006)-1496/2016 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası üsulunu və qaydasını dəyişdirirərək, 08.09.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15.12.2020-ci il tarixdən hesablanmaqla Borclu qazanıcının və ya gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq, xeyrinə ödənilməsi barədə qərar verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-133/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı ilə Bayramova Mülkiyyə Dəmir qızının “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Tələbkar Bayramova Mülkiyyə Dəmir qızı Nəsimi Rayon Məhkəməsinin 8(006)-133/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən tələbkarı, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən borclunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 8(006)-133/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qanunvericilikdən göründüyü kimi məhkəmə qətnaməni onun məzmununu dəyişdirmədən izah edə bilər. Lakin buna baxmayaraq, məhkəməyə təqdim olunmuş ərizədə qətnamənin məzmununu dəyişdirə biləcək tələb qoyulmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbində göstərilən tələblər üzrə işin hallarına uyğun qətnamə qəbul edilmişdir. Yəni, məhkəmənin sözügedən qətnaməsi ilə Borclu hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1496/2016 nömrəli, 24.06.2016-cı il tarixli icra sənədi aydın və dəqiq olduğundan, hər hansı bir ziddiyyət mövcud deyildir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırda ərizəçi tərəfindən ərizədə göstərilən hallar ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edir. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə uyğun olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bibrlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasınm Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi icra sənədinin icrası prosesindən aslıdır.Bu daha çox icra sənədində göstərilən tələblərin orada göstərilən üsul və qaydada icrasının mümkün olmadığı hallara aiddir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1496/2016 saylı 24 iyun 2016-cı il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığından, Bayramova Mülkiyyə Dəmir qızının “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-133/2021 saylı, 12.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-175/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-175/2021
29.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver