Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-175/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-326/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X1 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu il doğum tarixli X5 və xx.xx.2011-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs Xətai Rayon Məhkəməsinin 2(011)-1752/19 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 160 manat alimentin miqdarının 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğinin 0,615 misli məbləğində indeksasiya olması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 2009- cu il tarixdə faktiki olaraq evlənib, bir ailədə 2018-ci ilin əvvələrinə kimi birlikdə yaşamışlar. Onların birgə yaşayışlarından xx.xx.2010-cu il doğum tarixli X9 və xx.xx.2011-ci il doğum tarixli X8 adında iki övladları olmuşdur. Azyaşlı qızları onun himayəsində yaşayır. Cavabdeh Maraqlı şəxs ilə aralarında olan nikahın pozulmasına dair Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi əsasında qızları Həyatın və Tamaşanın saxlanılıb tərbiyə edilməsi üçün sabit pul məbləğində hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat olmaqla aliment müəyyən edilmişdir. Cavabdeh Maraqlı şəxs alimentdən başqa heç bir maddi köməklik göstərmir. Uşaqlarının hər ikisi hazırlıq kurslarına gedirlər və onların maddi cəhətdən təlabatlarını qarşılaya bilmir. Cavabdeh Maraqlı şəxs Bakı şəhərində Nizami rayon 25-ci Polis Bölməsində polis nəfəri işləyir. Odur ki, cavabdehin hər cür aylıq qazancından 2025-ci il üçün nəzərdə tutulmuş minumum əmək haqqı məbləğinin hər uşağa görə 0,615 misli məbləğində indeksasiya olunmasını xahiş edir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-326/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək 16 avqust 2010-cu il təvəllüdlü X5 və 24 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs X4 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Maraqlı şəxs qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-326/2025 nömrəli qərardadının ləğv edilməsini və tələbkarın ərizəsinin onun tələbinə və qanunvericiliyə uyğun qaydada təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardad qanunsuz və əsassızdır, ona görə də ləğv edilməli və tələbkarın ərizəsi onun tələbinə və qanunvericiliyə uyğun qaydada təmin edilməlidir. Belə ki, tələbkarın ərizəsindən də göründüyü kimi, tələbkar Xətai Rayon Məhkəməsinin 2(011)-1752/19 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 160 manat alimentin miqdarının 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğinin 0,615 misli məbləğində indeksasiya olunmasını xahiş etmişdir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 iyun 2019-cu il tarixli 1265 №-li Sərəncamının 1 və 3-cü bəndlərinin tələblərindən göründüyü kimi, 2019-cu ilin sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1752/19 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən göründüyü kimi, həmin qətnamə ilə hər uşağa 160 manat aliment müəyyən olunmuşdur. Belə olan halda, təyin olunmuş alimentin məbləği həmin il üzrə minimum əmək haqqına münasibətdə 160/250=0,64 misli edir. Məhkəmə isə qərardadında tələbkarın ərizəsini təmin etdiyini qeyd etsə də, əslində ərizəsindəki tələbindən (0,614) artığını 0,89 misli həddində indeksasiya aparmaqla, qanunvericiliyin tələbini kobud surətdə pozmuş, indeksasiyanı həmin formada aparmağını qərardadında əsaslandırmamışdır. Eyni zamanda, məhkəmənin iclasında iştirak etməklə Daxili İşlər Nazirliyinin yerli polis qurumunda sürücü işlədiyini və aylıq 760 manat əmək haqqı aldığını və başqa heç bir yerdən gəlirinin olmadığını bildirsə də, məhkəmə bu halları nəzərə almamış, aliment ödəməli olan şəxs kimi aylıq 48 (760-((400 X 0,89) X 2) manata necə dolanmalı olduğumu və alimenti ödəməyə davam etməyimi nəzərə almamışdır. Halbuki, 2025-ci il üzrə ölkə üzrə yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, tələbkarın ərizəsi 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 mislinə uyğun indeksasiya olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-326/2025 nömrəli qərardadı ilə şikayətin təmin olunmaması və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-326/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” xx.xx.2019-cu il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019cu il martın 1-dən 180 manat müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1752/19 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1531/2016 saylı 18 noyabr 2016-cı il tarixli qətnaməsi əsasında 16 avqust 2010-cu il təvəllüdlü X5 və 24 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 16 avqust 2010cu il təvəllüdlü X5 və 24 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilən zaman, yəni xx.xx.2019-cu il tarixdə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarını nəzərə almaqla şikayətin dəlilinə münasibətdə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-1752/19 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə borcludan sabit pul məbləğində tutulan aliment ölkə üzrə minimum əmək haqqının 0.89 mislini (160/1800.89) təşkil edir. Belə olan halda şikayətdə göstərilən hallar qanunverciliyin tələbləri nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvinə səbəb ola bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli miqdarında indeksasiya olunmaqla Maraqlı şəxs alınaraq X6 ödənilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-326/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-326/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-175/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-175/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver