Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-176/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Shibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 97/2019 saylı, 07.11.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə onunla Aishen Məmmədova arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 21 avqust 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 720 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş 29.09.2007-ci il təvəllüdlü Sevinc Məmmədovanın və 25.11.2008-ci il təvəllüdlü Eldar Məmmədovun anaları Aishen Musaevanın vanında qalması, ondan 30.01.2018-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq Aishen Musevaya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Aishen Musaevaya, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun ona aid edilməsi, ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat pulun dövlət rüsumu qismində ondan alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli, 2(103) -1457/2020 saylı qətnaməsi ilə verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Fikrət Mirzəyev). X1 məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)- 48/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə onunla Aishen Məmmədovanın Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 21 avqust 2009-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 720 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahlarından doğulmuş 29.09.2007ci il təvəllüdlü Sevinc Məmmədovanın və 25.11.2008- ci il təvəllüdlü Eldar Məmmədovun anaları Aishen Musaevanın yanında qalması, ondan 30.01.2018-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər birinə 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq Aishen Musaevaya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Aishen Musaevaya, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun ona aid edilməsi, ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat pulun dövlət rüsumu qismində ondan alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli, 2(103)-1457/2020 saylı qətnaməsi ilə tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən kassasiya şikayəti təmin olunmamışdır. Məhkəmə 12.02.2021-ci il tarixli qərardadının 3-cü vərəqində qeyd etmişdir ki, guya o, qətnamənin icrasına 6 ay möhlət verilməsində haqlı olması ilə bağlı məhkəmənin qənaətə gəlməsi üçün hər hansı sübutu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Halbuki o ərizəsinə xəstə və işsiz olması barədə müvafiq arayışları əlavə edib məhkəməyə təqdim etsə də məhkəmə bu sübutları nəzərə almamış və onlara müvafiq qiymət verməmişdir. O, hal-hazırda heç yerdə işləmir. Heç bir gəliri yoxdur. Maddi və ailə vəziyyəti olduqca ağırdır. Özü xəstədir. Müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bununla əlaqədar olaraq o, məhkəməyə müvafiq arayış təqdim etmişdir. O qaraciyərinə diffuz dəyişikliyi, hepatostoz, birinci dərəcəli xroniki xolesistit, xroniki prostatit, hipertoniya, osteoxondroz xəstəliklərindən əziyyət çəkir, ağır işdə işləyə bilmir. Məhkəmə müxtəlif xəstəliklərinə, işsizliyinə, ağır maddi vəziyyətinə baxmayaraq ondan hər ay hər uşağa 160 manat, cəmi 320 manat aliment məbləği tutaraq ilkin iddiaçı Musaeva Aishenə ödəməklə ədalətsizliyə yol vermişdir. Bu günə onun aliment borcu 8150 (səkkiz min yüz əlli) manat təşkil edir. O, aliment borcunu ödəməkdən yayınmır. Aliment borcunun yaranmasına səbəb iş üzrə tələbkar Aishen Musaeva ilə aralarında uzun müddət davam edən məhkəmə prosesləri olmuşdur. Aliment borcu onun təqsiri üzündən yaranmamışdır. Yığılmış aliment borcunu bir dəfəyə ödəmək onun maddi imkanları xaricindədir. Tələbkar isə ona qarşı qərəzlidir və onun maddi imkanının olmadığını bilə-bilə bir dəfəyə aliment borcunun ödənilməsini tələb edir. O, bir neçə dəfə aliment ödəmişdir və bununla bağlı ödəniş qəbzlərini icra məmuruna təqdim etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-48/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, cra haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində qeyd edilir ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya işin hallaraına qeyd edilən hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, X1nun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2019 saylı, 07.11.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, ərizəçi icra sənədini icra edə bilməməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ərizəçinin ərizədə və şikayətdə qeyd etdiyi arqumentlər qətnamənin icrasına möhlət verilməsi üçün qanuni əsaslar hesab oluna bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-97/2019 saylı, 07.11.2019-cu il tarixli qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri onun ləğvi üçün əsas deyildir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-48/2021 saylı, 12.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-176/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-176/2021
07.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver