Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-176/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu məcburi gətirilməsi barədə” təqdimata dair iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)-170/2024 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək xahiş edib ki, icra sənədi üzrə Borclu icra şöbəsinə məcburi gətirilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilsin, borclu icra şöbəsinə məcburi gətirilsin. Borclunun şikayətində tələb olunub ki, qərardad ləğv edilsin və təqdimat rədd olunsun. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Borclu Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə verdiyi icra sənədi üzrə borcludur. “İcra məmurları haqqında” Qanunun 8-ci maddəsindən görünür ki, icra məmuru icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq hüququna malikdir. İcra məmuru həmin hüququndan istifadə edərək borclunu icra şöbəsinə çağırmış, lakin o, gəlməmişdir. Borclu çağırışa gəlməməsinin üzrlü səbəbdən baş verməsi barədə sübut təqdim etmədiyinə görə hesab olunur ki, o, çağırışa gəlməkdən üzrsüz səbəbdən yayınır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şikayət onunla əsaslandırılıb ki, qətnamənin icrasına borclu deyil, borclunun valideynləri maneə törədir, borclunun icra şöbəsinə məcburi gətirilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, bu hal həqiqi olub-olmadığından asılı olmayaraq borcluya icra məmurunun çağırışından yayınmağa əsas vermir. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398-ci maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(004)- 170/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-176/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-176/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver