Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-177/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-206/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinin icra üsulunun dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X12 ilə Tələbkar 1) ünsiyyət vaxtı və müddətininbazar ertəsi günü saat 18:00-dan 20:30-a qədər, çərşənbə günü- saat 18:00-dan 20:30-a qədər, cümə günləri-saat 18:00-dan 20:30-a qədər və şənbə günləri-saat 16:00-dan 20:00-a qədər olmaqla ananın iştirakı olmadan müəyyən edilməsi və 2) ünsiyyətin "yer, forma və şəraiti" baxımından isə-ünsiyyət saatlarında Borclu tərəfindən onun faktiki yaşadığı ünvan 1 ünvanında xx.xx.2017-ci il təvəllüdlü X10 Tələbkar təhvil verməsi və ünsiyyət saatı bitdikdən sonra həmin ünvanda Tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 anası Borclu təhvil verməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011) 2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X6 cavabdeh Tələbkar qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilərək, tərəflər arasında Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X9 anasının yanında saxlanılmaqla onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 4660/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X9 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:30-a qədər, hər həftənin şənbə günləri isə 16:00-dan 20:00-a qədər Tələbkar ilə saxlanmasına dair ünsiyyət qaydasının müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraya yönəldilmişdir. Hal-hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsi ilə bağlı verilmiş icra sənədi Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru İlkin Həsənlinin icraatındadır. Qeyd edir ki, sözügedən qətnamə qəbul edilərkən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 1,5 yaşı var idi. Lakin, hazırda uşaq böyümüşdür, məktəbdə təhsil alır və qeyd olunan icra sənədində göstərilmiş ünsiyyət qaydasının, xüsusilə də uşağın mənafeyi də nəzərə alınmaqla dəyişdirilməsi zəruridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X12 ilə Tələbkar ünsiyyət qaydası aşağıdakı şəkildə müəyyən edilmişdir: Hər həftənin: bazar ertəsi günü-saat 17:00-dan 19:30-a qədər çərşənbə günü-saat 17:00-dan 19:30-a qədər cümə günləri-saat 17:00dan 19:30-a qədər, şənbə günləri-saat 16:00-dan 20:00-a qədər. Göstərildiyi kimi, sözügedən qətnamə ilə bazar ertəsi, çərşənbə və cümə günləri-2 saat yarım, şənbə günləri isə 4 saat uşaqla ünsiyyət qaydası müəyyən edilmişdir. Lakin, hazırda icra mərhələsində o, bir sıra problemlərlə üzləşir və bu səbəbdən məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsinə zərurət yaranmışdır. Bu yerdə xüsusilə vurğulamışdır ki, onun hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə niyyəti uşaqla ünsiyyətin hər hansı formada çətinləşdirilməsi, ünsiyyətə maneə yaratmaq və yaxud ünsiyyət saatlarını azaltmaq və.s deyil, tam əksinə ünsiyyət qaydasının uşağın hazırkı yaşı, təhsil qrafiki və digər əsaslar nəzərə alınmaqla uşağın mənafeyinə uyğun tənzimlənməsinin təmin edilməsinə nail olmaqdır. Belə ki, ərizəçi uşağın atası ilə ünsiyyətdə olmasına heç bir formada maneə yaratmır və buna qarşı deyil. Hazırda övladı xx.xx.2017-ci il təvəllüdlü X12 "xxxx" MMC-nin nəzdində tam orta məktəbdə təhsil alır. "xxxx" MMC-nin nəzdində tam orta məktəbin direktoru A.B.Rəfiyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A/789 nömrəli arayışdan görünür ki, X12 həqiqətən "xxxx" MMC-nin nəzdində tam orta məktəbin 1-ci sinfinin rus bölməsində təhsil alır və saat 09:00-dan saat 17:00-dək məktəbdə olmağı mütləqdir (arayış əlavə olunmuşdur). Bildirir ki, sözügedən məktəb Bakı şəhəri, Bülbül prospekti, 74 ünvanında (metronun “28 May” stansiyası yaxınlığında) yerləşir (həmin məktəbdə uşağın təhsil alması müqabilində "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin surətindən də müəyyən olunur ki, uşağın saxlanılması üçün digər zəruri xərclər bir kənara, təkcə Tələbkar Ayaz oğlunun təhsil haqqı 5.500 manat təşkil edir və bu məbləğin ödənilməsində uşağın atası hər hansı miqdarda köməklik göstərmir (müqavilə surəti əlavə olunur, bu məsələ də ayrıca qaydada tərəfindən mübahisələndirilir) və onun övladı X4 17:00-da məktəbdən götürüb atasına təhvil verməyi və yaxud da icra məmurunun əksər hallarda tələbi əsasında icra şöbəsinə məhz saat 17:00-da gətirməyi mümkünsüz olur. Belə ki, məhkəmədə işin faktiki halları barədə aydın təəssürat yaratmaq məqsədilə bildirirmişdir ki, mövcud vəziyyət budur ki, övladının məktəblə əlaqədar saat 17:00-dək məktəbdə olmağı mütləq olduğu halda, ərizəçinin Bakı şəhəri, Bülbül prospekti, 74 ünvanından uşağı götürüb icra şöbəsinə gətirib atasına məhz 17:00-da təhvil verməyi mümkünsüz olur. Belə ki, məcburiyyət qarşısında qalaraq o, “ata ilə uşağın ünsiyyətini təmin etmək” məqsədilə özü məktəbə gedib götürüb uşağı atasına təhvil verməli olur. İcra məmuru isə belə olan halda, həm soyuq hava şəraiti, həm də göstərilən amillər nəzərə alınmaqla ünsiyyətin icra şöbəsində həyata keçirilməsini və onun uşağı icra şöbəsinə gətirməyini israrla bildirir (nəticədə o, saatlarla icra şöbəsində oturmalı olur, qətnamənin mahiyyəti isə ərizəçi ilə deyil, məhz uşaqla atanın ünsiyyət hüququnun təmin edilməsidir) və ona zəng edərək “saat 17:00-da icra şöbəsində olun, ünsiyyəti təmin edin, qətnaməni icra edin” bildirir. Ərizəçi isə uşağı məktəbdən hələ saat 17:00-da götürdüyünü, yolda olduğunu, yarım saata çatacağını bildirəndə, icra məmuru “icradan yayınırsız” kimi ifadələr işlədir. Nəticədə o, icrası hamı üçün məcburi olan məhkəmə qətnaməsinin icrasından sanki qərəzli olaraq yayınırmış kimi bir fikir, təəssürat yaranır. Halbuki, reallıq budur ki, uşağın məktəbdən saat 17:00-da çıxdığını, bu barədə arayışı icra məmuruna da təqdim edib, lakin heç bir xeyri olmamışdır, ərizəçi uşağın atası ilə ünsiyyətdə olmasının qəti əleyhinə deyil, əksinə uşağın sağlam inkişafı, “mənəvi cəhətdən ata yoxluğu çəkməməsi” baxımından bunu dəstəkləyir. Nəticədə, tərəflər arasında olan nikahın pozulmasının, uşaqla ata arasında olan münasibətə hər hansı bir mənfi təsiri olmamalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02,05.2019-cu il tarixli, 2(011) 4660/2019 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X12 ilə Tələbkar ünsiyyətdə olması məqsədilə hər həftənin: bazar ertəsi günü-saat 17:00-dan 19:30-a qədər (2 saat yarım) çərşənbə günüsaat 17:00-dan 19:30-a qədər (2 saat yarım) cümə günləri-saat 17:00-dan 19:30-a qədər (2 saat yarım) şənbə günləri-saat 16:00-dan 20:00-a qədər (4 saat) müəyyən edilmiş ünsiyyət vaxtının dəyişdirilməklə aşağıdakı formada, yəni: bazar ertəsi günü-saat 18:00dan 20:30-a qədər (2 saat yarım) çərşənbə günü-saat 18:00-dan 20:30-a qədər (2 saat yarım) cümə günləri saat 18:00-dan 20:30-a qədər (2 saat yarım) şənbə günləri-saat 16:00-dan 20:00-a qədər (4 saat) olmaqla müəyyən edilməsini xahiş edir. Hazırkı xahişi bir daha göstərir ki, onun xahişi ünsiyyətə mane olmaq deyil, sadəcə ünsiyyət saatlarının məktəblə əlaqədar dəyişdirilməsidir (yəni sadəcə həftə içi görüşün 17:00-da deyil, 18:00da başlamasını təmin etməkdir. Uşaqla ünsiyyətin “yer, forma və şəraiti" baxımından isə qeyd etmişdir ki, uşağın onun iştirakı olmadan atası ilə ünsiyyətdə olması, uşağın atası tərəfindən ərizəçinin yaşadığı ünvan 1 ünvanından götürülməsi və ünsiyyət vaxtı bitdikdən sonra həmin ünvanda ərizəçiyə təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-206/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra qaydasının dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin üzrə icra qaydası aşağıdakı formada həyata keçirilməsi qərara alınmışdır: Yay, payız və qış tətil günləri həmçinin iş günü hesab edilməyən bayram günləri istisna olmaqla, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 onun təhsil aldığı "xxxx" MMC-nin nəzdində tam orta məktəbin yerləşdiyi Nəsimi rayonu, Bülbül prospekti 74 ünvanında birbaşa təhvil alsın və saat 19:30-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 borclu faktiki yaşadığı ünvan 5 ünvanında uşağı bocluya təhvil versin. Yay, payız və qış tətil günlərinə, həmçinin iş günü hesab edilməyən bayram günlərinə təsadüf edən həftənin bazar ertəsi, çərşənbə və cümə günlərində saat 17:00da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 borclunun faktiki yaşadığı ünvan 5 ünvanında borcludan təhvil alsın və saat 19:30- da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 borclunun faktiki yaşadığı ünvan 5 ünvanında uşağı bocluya təhvil versin. Hər həftənin şənbə günü saat 16:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 borclunun faktiki yaşadığı ünvan 5 ünvanında borcludan təhvil alsın və saat 20:00-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 borclunun faktiki yaşadığı ünvan 5 ünvanında uşağı bocluya təhvil versin. Ərizə qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X3 09:00dan 17:00-dək məktəbdə olması nəzərə alınsa, borclunun tələbi təmin ediləcəyi halda icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə uyğun qaydada vaxtında və düzgün icra edilməsində çətinliklər yaranacaqdır. Belə ki, borclunun xahişi və tələbkarın razılığı əsasında müxtəlif tarixlərdə saat 18.00-da həm Nizami rayon İcra şöbəsinin inzibati binasında, həm də borclunun faktiki yaşadığı ünvan 6 ünvanında uşağın tələbkara təhvil verilməsi ilə bağlı razılığa gəlinsə də, borclu tıxac səbəbindən qeyd edilən ünvanlara saat 18.00-da yaxınlaşa bilməmiş və daha gec vaxtda yaxınlaşmışdır. Bu da icra sənədinin icrasını çətinləşdirir. Tələbkarın işlədiyi müəssisə ilə uşağın təhsil aldığı "xxxx" MMC nəzdində tam orta məktəbin ərazi baxımından yaxın ünvanlarda yerləşdiyini, eləcə də uşağın məktəbdə dərslərinin bitdiyi saatla onun atası ilə görüşünün başladığı saatın uyğunluğunu nəzərə alaraq ünsiyyətin vaxt və müddət baxımından dəyişdirilmədən saxlanılmalıdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın dəyişdirilərək, ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəsində məhkəmədən həftə içi günlərdə xx.xx.2017-ci il təvəllüdlü X9 yaşadıqları ünvandan götürülməsini xahiş etsə də, məhkəmə ərizəni həmin hissədə təmin etməmişdir və nəticədə həftə içi günlərdə saat 18də deyil, ünsiyyətin 17-də baş tutmalı olmasını qeyd edilmişdir. Sual yaranır bəs ata işdən çıxarkən geciksə, tıxacda qalsa, yubansa 17-də məktəbdən çıxan övladı onu necə gözləsin. Bu hissədə artıq qəbul edilmiş qərardadın icrası çətinlik yaradacaq. Buna görə də, atanın uşağı yaşadığı ünvandan götürməsi daha ağlabatandır. Belə ki, ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, icra sənədi üzrə tələbkar onun ərizəsinə əsassız və heç bir sübuta söykənməyən söz toplusundan ibarət etiraz vermiş və etirazının 1-ci bəndinin 2-ci abzasında qeyd etmişdir ki, “onun iş yeri də uşağın məktəbinin yanında yerləşir, uşağın dərs günlərində o, qətnamə ilə müəyyənlənləşdirilmiş saatlarda uşağı məktəbdən özü götürmək istəyir, uşağı yaşadığı ünvana təhvil vermək istəyir”. Bu hissədə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əvvəla, borclunun iş yerinin uşağın məktəbinin yanında yerləşməsi uşağı məhz iş yerinə yaxındır deyə məktəbdən həftə içi birbaşa götürməsi üçün mütləq əsas ola bilməz. Belə ki, borclu xəstələndikdə, üzürlü səbəbdən hansısa gün məktəbdən götürə bilmədikdə bəs nə olacaq? Digər yandan, borclu iş yerini dəyişərsə nə olacaq? Əlbəttə ki, borclunun həmin hissədə göstərdikləri də bir bəhanədir və qətnamənin icrasında anlaşılmazlıq yaradır. Bu mövqedən yanaşaraq, hesab edir ki, uşağın birlikdə yaşadıqları ünvandan götürülməsi və həmin ünvanda təhvil verilməsi vahid yanaşmadır və daha ağlabatandır. Bildirir ki, hazırki ərizə ilə məhkəməyə müraciət etdiyi son 5 gün ərzində borclu uşağı məktəbdən götürməmiş, bu hal onda da təəccüb yaratmışdır, Belə ki, bu hal yenə də təkrarlansa servis razılaşması pozulduğundan məcburən yaşadığı ünvandan övladının təhsil aldığı məktəbə getməlidir. Digər yandan onsuzda tərəfindən ödəniş edilməsi müqabilində servis xidməti uşağı görüş baş tutmayan günlərdə belə, həftə içi hər gün 17:00-da məktəbdən götürüb evə gətirir. Yəni ki, uşağın borclu ilə görüşü baş tutmayacağı halda, güvənli şəkildə servislə evə çatdırılması qala-qala, borclunun əhvalına uyğun bu məsələnin tənzimlənməsi barədə göstərdikləri ağlabatan deyil, çünki servis haqqı məhz özü ödəyir. Məhkəmə isə göstərilən haları nəzərə almamış, heç bir hüquqi əsasa söykənmədən, uşağın həftə içi birbaşa məktəbdən atası tərəfindən götürülməsi barədə mövqeyini onunla əsaslandırmışdır ki, “xx.xx.2017-ci il təvəlüdlü X3 09:00-dan 17:00-dək məktəbdə olmasını nəzərə alsaq, borclunun tələbi təmin ediləcəyi halda icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə uyğun qaydada vaxtında və düzgün icra edilməsində çətinliklər yaranacaqdır. Belə ki, borclunun xahişi və tələbkarın razılığı əsasında müxtəlif tarixlərdə saat 18.00-da həm Nizami rayon İcra şöbəsinin inzibati binasında, həm də borclunun faktiki yaşadığı ünvan 6 ünvanında uşağın tələbkara təhvil verilməsi ilə bağlı razılığa gəlinsə də, borclu tıxac səbəbindən qeyd edilən ünvanlara saat 18.00-da yaxınlaşa bilməmiş və daha gec vaxtda yaxınlaşmışdır. Bu da icra sənədinin icrasını çətinləşdirir. Tələbkarın işlədiyi müəssisə ilə uşağın təhsil aldığı "xxxx" MMC nəzdində tam orta məktəbin ərazi baxımından yaxın ünvanlarda yerləşdiyini, eləcə də uşağın məktəbdə dərslərinin bitdiyi saatla onun atası ilə görüşünün başladığı saatın uyğunluğunu nəzərə alaraq ərizəni həmin hissədə qismən təmin etmiş, həmin hissədə ərizəni təmin edərkən isə icra məmurunun qarşı tərəfin “xahişi” əsasında tələb edərək yazdırdığı məktubu məhkəməyə təqdim etmişdir. Belə ki, icra məmurunun məktubu məhkəməyə təqdim edilən vaxt heç məhkəmənin bildirişi şöbəyə belə çatmamışdır. Məhkəmə isə ərizədə sadaladığı, necə deyərlər, icra məmurunun hazırkı məsələ qismən həllini tapanadək ona əziyyətlər verməsini, məcburi şəkildə “icra məmurunun müəyyən etdiyi qayda” adı altında onu şöbədə ünsiyyət bitənədək saxlanılması kimi faktları nəzərə almamışdır. Belə ki, məhkəmə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktuba istinad edərək qərar qəbul etmişdir, hansı ki, icra məmuru həmin məktubunda “uşağın həftə içi məktəbdən götürülməsi məqsədəmüvafiq hesab edilmişdir” ifadəsini işlətmişdir. Lakin, bunun məqsədəmüvafiqliyinin nədə ifadə olunması ümumiyyətlə müəyyən olunmur. Belə ki, icra məmuru ona qarşı daim qərəzli olmuş, onun barəsində şikayətlə bağlı Prezident Administrasiyanın müvafiq şəxslərinin qəbulunda olduqdan sonra isə barəsində şikayət etdiyi üçün ona qarşı qərəzli mövqe sərgiləmiş, onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib etməklə hədələmişdir. Hansı ki, ümumiyyətlə belə bir qanun pozuntusu mövcud olmamışdır. O cümlədən, icra məmuru ona “bizi də başa düşün, qarşı tərəf (Tələbkar) nazirliyə şikayət edir, bizə təzyiqlər edir, məcburam ki sizin barənizdə tədbir görüm” kimi ifadələr işlətmişdir. Düzdür, məhkəmə iclası zamanı ərizənin mahiyyətinə aid olmadığı üçün bu fikirləri səsləndirmək istəməmişdir. Çünki, məhkəmənin icra məmurunun mövqeyinə və heç bir hüquqi əsasa söykənmədən onun etiraza mülahizəsində yazdıqlarına məhəl qoymamasını isə məhz həmin hissədə qəbul etmir və qərardadın həmin hissədə dəyişdirilməsini zəruri hesab edir. Digər yandan, həm məhkəməyə verdiyi ərizədə, həm də qarşı tərəfin etirazına mülahizədə zəruri sübutları məhkəməyə təqdim etmiş və həmin sübutlarını da müdafiə edir. Məhkəmə tərəfindən uşaqla ünsiyyət qaydası düzgün müəyyən edilməmişdir. Məhkəmə öz qərardadında mübahisələndirdiyi hissədə mövqeyini əsaslandırmamış, icra məmurunun məktubunda yazılmış şikayətin 5-ci bəndində göstərdiyi “uşağın həftə içi günlərdə məktəbdən götürülməsi məqsədəmüvafiqdir” cümləsini əsas götürmüş, qərardadın sonunda isə “tıxac” və.s kimi amillərə istinad etməklə, atanın uşağı birbaşa məktəbdən götürməli olmasını qeyd etmişdir. Hansı ki, bəhs olunan eyni qaydada yolun tıxaclı olmasını qarşı tərəf uşağı gec təhvil verməklə, buna səbəb kimi “tıxac olmasını” da qeyd edə bilər və sadəcə bu kimi amillərə istinad edilməsi, qarşı tərəfin xeyrinə sui-istifadəyə gətirib çıxarır. Məhkəmə isə uşağın həftəiçi günlərdə atası tərəfindən birbaşa məktəbdən götürülməsini məhkəmə hansı sübuta istinad etməklə araşdırdığını qərardadında əsaslandırmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-206/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Tələbkar tərəfindən məhkəməyə vəsatət və digər sənədlər daxil edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, borclu tərəfindən verilmiş şikayətdə qərardadın ərizənin qismən təmin olunmuş hissəsində dəyişdirilməsi və ərizənin bu hissədə təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qərardadın ərizənin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 onun təhsil aldığı "xxxx" MMC nəzdində tam orta məktəbin yerləşdiyi Nəsimi rayonu Bülbül prospekti 74 ünvanından saat 17:00-da birbaşa təhvil alması, ünsiyyət bitdikdə isə Borclu faktiki yaşadığı ünvan 8 ünvanında uşağı anasına təhvil verilməsi qaydası; hər həftənin şənbə günləri isə Tələbkar xx.xx.2017-ci il təvəllüdlü X10 Borclu faktiki yaşadığı ünvan 8 ünvanında saat 16:00-da təhvil alması ünsiyyət bitdikdə isə həmin ünvanda təhvil verməsi qaydasının müəyyənləşdirilməsi icra sənədinin icrasının vaxtında və düzgün formada icrası üçün məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək “iddiaçı X8 ilə cavabdeh Tələbkar arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 27 iyun 2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2017-ci il təvəllüdlü X9 - anası X6 yanında saxlanılmaqla onun himayəsinə verilməsi...” qət edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən tam orta məktəbin İ-İV siniflər üçün illik ödənişi 5500 manat müəyyənləşdirilib. İş materiallarında olan, A/789 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X12 həqiqətən "xxxx" MMC-nin nəzdində tam orta məktəbin 1-ci sinfin rus bölməsində təhsil alır və saat 09:00-dan 17:00-dək məktəbdə olmağı mütləqdir. İş materiallarında olan, A/801 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X9 dərs saatları hər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 09:00-da başlayır və 14:00-a qədər yekunlaşır, eləcə də, həftənin qeyd ilən günləri saat 14:00-dan 17:00-a qədər valideynlərin istəyi ilə könüllü şəkildə uşaq məktəbdə əlavə qala bilər. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X12 həqiqətən də valideyni Tələbkar tərəfindən karate idman növü üzrə məşqlərə cəlb edilmişdir və o, hazırda hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00dan 19:00-a qədər karate idman növü ilə məşğul olur. İş materiallarında olan, "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" Futbol Klubunda məşqlərdə iştirak etmişdir və xx.xx.2025-ci il tarixdən məşqlərdə iştirak etmir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli aktların surətlərindən görünür ki, borclu X8 və oğlu X5 rayon İcra şöbəsinə gəlmiş və Tələbkar ilə X12 ünsiyyətdə olmuşlar. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, borclu X8 və oğlu X12 18:30-da Nizami rayon İcra şöbəsinə gəlmiş və Tələbkar ilə X12 ünsiyyətdə olmuşlar. 17:00-da dəfələrlə borclu X7 ünsiyyəti təmin etməsi bildirilsə də, o, uşağın məktəbdə olmasını bildirərək vaxtında ünsiyyətlə bağlı uşağı atasına verməmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli Tələbkar tərəfindən Nizami rayon İcr şöbəsinə ünvanlanan arayışlardan görünür ki, Tələbkar ilə X9 ünsiyyəti təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi institutlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin ll hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında bəzi dəyişikliklər edilmişdir. Belə ki, həmin Plenum Qərarının 3-cü bəndinin mətni ləğv edilmiş və 3.1 və 3.2-ci bəndlər əlavə edilmişdir: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bsndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şəraitvə s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1- ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir ”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 12.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, borclunun xahişi və tələbkarın razılığı əsasında müxtəlif tarixlərdə saat 18.00-da həm Nizami rayon İcra şöbəsinin inzibati binasında, həm də borclunun faktiki yaşadığı ünvan 6 ünvanında uşağın tələbkara təhvil verilməsi ilə bağlı razılığa gəlinsə də, borclu tıxac səbəbindən qeyd edilən ünvanlara saat 18.00-da yaxınlaşa bilməmiş və daha gec vaxtda yaxınlaşmışdır. Bu da icra sənədinin icrasını çətinləşdirir. Göründüyü kimi, tələbkarın işlədiyi müəssisə ilə uşağın təhsil aldığı "xxxx" MMC nəzdində tam orta məktəbin ərazi baxımından yaxın ünvanlarda yerləşdiyini, eləcə də uşağın məktəbdə dərslərinin bitdiyi saatla onun atası ilə görüşünün başladığı saatın uyğunluğunu nəzərə alaraq ünsiyyətin vaxt və müddət baxımından dəyişdirilmədən saxlanılması barədə birinci instansiya məhkəməsinin gəliyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, şikayətin dəlilləri ehtimallara əsaslanmaqla həmin hallar mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin ünsiyyətin vaxt və müddət baxımından dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməyən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-177/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-177/2025
05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver