Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-178/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Qoşqar Həmidov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 772/2018 nömrəli, xx.xx.2018-cu il tarixli icra sənədinə əsasən Borclu1 Səhmdar Cəmiyyətinin "xxxx" İxtisaslaşdırılmış Lizinq Şirkətindən Tələbkar xeyrinə 3894.76 manat məbləğində ödənilməmiş əmək haqqı tutulmalıdır. Borclu1nə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 21.44 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-809/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuş, Borclu1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 21.44 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardaddan Borclu1 ASC-nin nümayəndəsi Güləddin Dadaşov tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-809/2021 saylı xx.xx.2021-ci il-ci il tarixli qərardadının ləğv edilməsi, Borclu1 ASC-nin balansında olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 21.44 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi, qərardadın icrasının müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Tələbkar şikayət verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)- 108/2023 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrinə istinadən qeyd edilmişdir ki, Xətai Rayon Məhkəməsi 2(011)-772/2018 nömrəli 19 fevral 2018-ci il tarixli icra sənədinə uyğun olaraq Azərkontrakt ASC-nin "xxxx" ixtisaslaşdırılmış Lizinq şirkətinin ona 3894.76 manat məbləğində borcu olmuş məhkəmə qətnaməsi əsasında olan borcu qaytarmaq məqsədilə icra tərəfindən borcu ödəmək məqsədilə borclunun balansında olan Buzovna qəsəbəsində yerləşən 21.44 ha torpaq sahəsinin üzərinə qanuni qaydada həbs qoyulmuş və hərrac təşkil edilmək məqsədilə qiymətləndirilməyə göndərilmiş, qiymətləndirilmiş hərrac prosesində borclu tərəf məhkəməyə müraciət etmiş və məhkəmədə qanunsuz qərardad qəbul etmişdir. Hesab edir ki, bu qərardad qanunsuz olduğundan ləğv olunmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2023 saylı mülki işi üzrə 12.04 2023cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-108/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Borclu1 ASC-nin nümayəndəsi Güləddin Dadaşov tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.4, 45.1, 50.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Tələbkar şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-108/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının hansı səbəblərdən qanunsuz və əsassız hesab etdiyinə dair bir cümlə belə sərf etməmişdir. Şikayətdə birinci instansiya məhkəməsi tərəfindən yol verildiyi iddia edilən maddi və/və ya prosessual hüquq pozuntularının nədən ibarət olduğuna dair də heç bir əsaslandırma aparılmamışdır. "xxxx" İxtisaslaşdırılmış Lizinq Şirkəti müstəqil hüquqi şəxsdir (VÖEN **********). Belə ki, şirkət “Azərkirayə” müəssisəsinin əmlakı əsasında yaradılmışdır və onun hüquqi varisidir. Tələbkar iddiası əsasında başlanılmış mülki işdə və icra sənədinin icrası ilə bağlı icra icraatında Borclu1 ASC ümumiyyətlə iştirak etməmişdir. Başqa sözlə nə iddia, nə də icra sənədi barədə məlumatlı olmuşdur. "xxxx" İxtisaslaşdırılmış Lizinq Şirkəti müstəqil hüquqi şəxs kimi üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır. Borclu1 həmin şirkətə görə məsuliyyət daşımasının heç bir hüquqi əsası yoxdur. Tələbkar üzərinə həbs qoyularaq satılmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Üzərinə həbs qoyulmuş torpaq sahəsinin Borclu1 ASC-nin və "xxxx" İxtisaslaşdırılmış Lizinq Şirkətinin deyil dövlətin mülkiyyətində olduğu mübahisəsizdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 26, 29, 60, 71, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26, 43-50; Mülki Prosessual Məcəllənin 9,14,15, 76, 385, 387, 397.2, 399-cu maddələrinə istinadən, hazırkı işdə məhkəmə məcburi icra tədbirlərinin zəruriliyinə şikayətdə qeyd edilənlərə əsasən icra məmurunun qanunvericiliyin tələblərinin pozulmaqla məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsaslandırılmamış müraciəti müvafiq nəticəyə səbəb kimi təhlil edilməli, məhz məcburi icra tədbirlərinin zəruriliyi baxımından sübutlara mahiyyəti üzrə qiymət verilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-772/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" İxtisaslaşdırılmış Lizinq Şirkəti olduğu halda ayrıca kommersiya qurumu olan və borcluya aidiyyəti sübuta yetirilməyən Borclu1 Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 21.44 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimat verilmişdir. Qeyd edilən təşkilatların bir-birlərinə aidiyyəti müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" X6 Cəmiyyətinin dövlət reyestr məlumatları ilə (VÖEN: **********; hüquqi ünvan: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, ev 83/23; qanuni təmsilçisi: X4; dövlət qeydiyyatına alındığı tarix: xx.xx.1997) "xxxx" Şirkətinin dövlət reyestr məlumatlarının (VÖEN: **********; hüquqi ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev, ev 4; qanuni təmsilçisi: X2; dövlət qeydiyyatına alındığı tarix: xx.xx.1999) fərqli olduğu müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 108/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-178/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-178/2023
12.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver