Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-178/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-151/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X3 ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsini və hər ay 100 manat olaraq ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi .03.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsi ilə iddiaçı X2 ona qarşı, iddiası təmin edilərək ümumi dəyərləri 1875 (bir min səkkiz yüz yetmiş beş) manat olan əşya və avadanlıqların və kirayə haqqı olaraq 6000 (altı min) manatın, eləcə də dövlət rüsumu əvəzi olaraq 120 manatın məndən alınıb X4 ödənilməsinə qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. O səhhətində problemlər olan, işsiz bir qadındır və qətnamənin bir dəfəyə təmin olunması tərəfindən mümkünsüzdür. Bu günə kimi hissə-hissə olaraq müəyyən qədər ödənişlər etmişdir. Ödənilməsi tələb olunan məbləği ən yaxşı halda hər ay 100 (bir yüz) manat olaraq ödəməyə gücü çatır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-151/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan X3 şikayət verərək qərardadın ləğv olunmasını, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, ərizəni təmin etməməyin borcun daha asan ödəniləcəyinə səbəb olacağı qənaətini təsdiq edən heç bir hala istinad edə bilməyib. Birinci instansiya məhkəməsinin ərizəmi təmin edəcəyi təqdirdə tələbkarın mənafeyinin pozulacağını güman etməsi onun imkansız durumu halında adekvat görünmür əksinə tələbin tərəfindən könüllü icrası daha məqbul haldır . Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından olan Nərimanov RPİ İŞ-nin 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, X10 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 322.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı qətnaməsindən görünür ki, X6 ilə X10 arasında 01 mart 2020-ci il tarixində bağlanılmış əmlak kirayə müqaviləsi ləğv edilməsi, Bakı şəhəri, Ağa Neymetulla küçəsində yerleşen 50 saylı evin (130a) həyətində yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X4 təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən əşya və avadanlıqlarmasaj stolu (üstü deri)-3 ədəd, cəmi 390 manat, masaj stolu üçün otacaqlar- 3 ədəd, cəmi 75 manat; oturacaq stulu-6 ədəd, cəmi 150 manat; künc stolu- 3 ədəd, 120 manat, divan və kreslo-2 ədəd, cəmi 230 manat, 2 nəfərlik divan-1 ədəd, cəmi 125 manat, şkaf güzgülü 9 qəhvəyi rengde) - 1eded, cemi 70 manat, şkaf güzgülü -1 ədəd, 80 manat, soyuducu - 1 ədəd, 280 manat, televizor-1 ədəd, 130 manat, kompyuter stolu - 1 ədəd, 45 manat, xalça - 1 ədəd, 80 manat, ümumilikdə 1875 manat dəyərində cavabdeh X7 alınaraq İddiaçı X4 ödənilməsi, X7 20 (iyirmi) aylıq kirayə haqqı (xx.xx.2020-ci il tarixdən ci il tarixədək) olaraq 6000 (altı min) alınaraq iddiaçı X4 ödənilməsi, ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzi cavabdeh X7 alınaraq iddiaçı X4 ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X9 qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı «pul tələbi»nə dair qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Ağcabədi rayon İPŞ-nin 14 iyul 2023-cü il tarixli borclunun axtarılması barədə qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-525/2022 saylı icra sənədində əsasən X9 barəsində axtarış elan edilmişdir. Qərar borclunun axtarılması üçün Ağcabədi rayon Polis şöbəsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 3(017)-84/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X10 barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 8(017)-13/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 525/2022 saylı icra sənədi üzrə X1 ölkədən getmək hüququ, borclu olduğu məbləği tam ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-ə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (maddə 231.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Azərbayçan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icrasına möhlət verməyin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyul 2014-cü il tarixli Plenumunun Qərarına əsasən ........Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Baxılan iş üzrə borclu qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, kollegiya hesab edir ki, borclunun ödəmək istədiyi məbləğ ilə borcun məbləği mütənasib olmadığından, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(005)- 525/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-151/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-178/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-178/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver