Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-180/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 8(006)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu tərəfindən məhkəməyə şikayət ərizəsi ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-330/2022 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması”na dair hərəkətinin qanunsuz hesab edilməsi və icra işi üzrə icraata xitam verilməsi öhdəliyinin üzərinə qoyulması xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Ceyhun Tağıyev) ilə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan borclu tərəfindən verilmiş şikayət Məhkəmənin 06 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Baxılan şikayət üzrə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 330/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 27 fevral 2020-ci il tarixli BİR/BF-95-2020 saylı kredit müqaviləsi üzrə 18.358,33 manat əsas borc, 1.070,38 manat faiz borcu olmaqla, cəmi 19.428,71 manat pul vəsaiti, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsum və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 70 manat pul vəsaitinin cavabdehlər Borclu və X2 müştərək qaydada iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 96a saylı evin 39 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, əmlakın açıq hərracda satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Tələbkar ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh Borclu qaytarılması, əmlaka tutma yönəldildikdən və satıldıqdan sonra Borclu və onun ailə üzvləri tərəfindən əşyaları ilə birlikdə həmin mənzilin boşaldılması, əmlakın satışından əldə edilmiş vəsait qeyd olunan 27 fevral 2020- ci il tarixli BİR/BF-95-2020 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borcun cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi, qiymətləndirmə xərci olan 300 manatın cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, ekspertiza xərci olan 100 manatın cavabdehlər Borclu və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə icra olunması məqsədilə borcluların qeydiyyat ünvanları üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə yönəldilmişdir. Həmin qətnamədən cavabdeh Borclu tərəfindən apelyasiya şikayəti verilmişdir. Həmçinin, cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi ilə əlaqədar icra sənədi üzrə icraatın dayandırılması barədə vəsatətlə İcra şöbəsinə müraciət olunmuş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin vəsatəti təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-330/2022 saylı icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5401/2022 saylı qətnaməsi ilə cavabdeh Borclu apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 330/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sonradan, cavabdeh Borclu müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5401/2022 saylı qərardadı ilə cavabdeh Borclu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təyin edilməsi barədə ərizəsinin təmin edilməsi, cavabdeh Borclu Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 5401/2022 saylı qətnaməsindən kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkilin təyin edilməsinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Borclu vəkil qismində təyin edilmiş A.Əliyev tərəfindən Bakı Apelyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, A.Əliyev kassasiya şikayətinin hazırlanmasının ona həvalə edildiyini, lakin sonradan Borclu ona müraciət edərək, Tələbkar ASC ilə razılığa gəldiyini və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi fikrindən daşındığını, bu səbəbdən tərəfindən kassasiya şikayətinin hazırlanmasının mümkün olmadığını bildirmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu əsasında məhkəmənin qüvvədə saxlanılmış qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş edilmişdir. Tələbkar ASC-nin Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli arayışından görünür ki, arayışda Borclu 20.000 manat məbləğində borcun verildiyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-330/2022 saylı qətnaməsinə əsasən qalıq borc məbləğinin xx.xx.2022-ci il tarixdə müştəri tərəfindən tam ödənildiyi, qətnamə üzrə borcunun olmadığı qeyd edilmişdir. Tələbkar ASC-nin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tələbkar tərəfindən “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-330/2022 saylı icra sənədinin geri qaytarılması xahiş edilmişdir. Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarından görünür ki, icra sənədi üzrə Tələbkar ASC-nin xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etməsi nəzərə alınaraq, həmin icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Rayon məhkəməsi qeyd etmişdir ki, işin icraya yönəlməsindən sonra Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, borcluya icra sənədi üzrə icraata başlanıldığı bildirilmiş, 10 gün müdətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, icra könüllü təmin edilmədiyi təqdirdə isə borclu barəsində məcburi icra tədbirlərinin görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulacağı barədə sonuncuya xəbərdarlıq edilmişdir. Borclu vermiş olduğu şikayət ərizəsini məhkəmə qətnaməsini yalnız xx.xx.2022-ci il tarixdə alması, bundan sonra apelyasiya şikayəti verməsi, icra sənədini icra etməsi və digər hallarla əsaslandırsa da, göründüyü kimi, icra sənədi icra edilmiş olsa belə, könüllü icra müddəti ərzində icra olunmamışdır. Belə ki, cavabdehin şikayəti üzrə mülki işə apelyasiya instansiyası məhkəməsində baxıldıqdan sonra məhkəmənin qəbul etmiş olduğu xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətdə (müddətin axımının qətnamənin cavabdehin elektron kabinetinə yerləşdirildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanması nəzərə alınmaqla) cavabdeh icra sənədi üzrə tələbi “İcra haqqında” Qanunun tələblərinə uyğun 10 günlük könüllü icra müddəti ərzində ödəmək imkanından istifadə etməmiş və yalnız həmin ilin dekabr ayında tələbi təmin etməklə, könüllü icra üçün müəyyən edilmiş müddəti üzrsüz səbəbdən pozmuşdur. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, işin icraya yönəlməsindən sonra Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2022ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, borcluya icra sənədi üzrə icraata başlanıldığı bildirilmiş, 10 gün müdətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, icra könüllü təmin edilmədiyi təqdirdə isə borclu barəsində məcburi icra tədbirlərinin görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulacağı barədə sonuncuya xəbərdarlıq edilmişdir. Bundan sonra, Borclu (borclu) rayon məhkəməsinin qətnaməsini yalnız xx.xx.2022-ci il tarixdə alaraq qətnamədən apellyasiya şikayəti vermiş, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin vəsatəti təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-330/2022 saylı icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. Göründüyü kimi, Borclu məhz 10 günlük könüllü icra müddəti ərzində qətnamədən xəbər tutmuş, dərhal da onu apellyasiya qaydasında mübahisələndirmiş, onun şikayəti apellyasiya icraatına qəbul edildikdən sonra isə qeyd edilən icra sənədi üzrə icraat dayandırılmışdır. Bundan sonra, borclu apellyasiya qətnaməsini mübahisələndirmək üçün kassasiya şikayəti vermək qərarına gəlmiş, bununla bağlı müraciəti əsasında ona dövlət büdcəsinin vəsaiti hesabına vəkilin təyin edilmiş bu ərəfədə o kassasiya şikayəti vermək fikrindən daşınmış və özü könüllü olaraq banka olan borcunu ödəmişdir. Tələbkar ASCnin ona verdiyi xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-330/2022 saylı qətnaməsinə əsasən qalıq borc məbləği xx.xx.2022-ci il tarixdə müştəri tərəfindən tam ödənilmiş, qətnamə üzrə borcu yoxdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi, borclu qətnamədən məlumatsız olması səbəbindən onun həmin qətnamədən verdiyi apellyasiya şikayəti icraata qəbul olunmuş, yəni rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamışdır. Başqa sözlə desək, həmin qətnamə qanunla müəyyən olunmuş qaydada icraya yönəldilməmişdir. Nəzərdən qaçırmaq olmaz ki, qanunda nəzərdə tutulmuş 7 faiz icra ödənişinin əsas məqsədi, borclunu qüvvəyə minmiş məhkəmə aktını vaxtında icra etməyə sövq etməkdən ibarətdir. Hazırkı halda isə müəyyən olunur ki, Borclu apellyasiya instansiyasının qətnaməsindən kasassiya şikayəti verməkdən imtina etmiş və həmin qətnamə qüvvəyə minməmiş banka olan borcunu özü könüllü olaraq tam icra etmişdir. Demək ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-330/2022 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması”na dair hərəkətinin qanunsuz hesab edilməsi barədə Borclu şikayəti əsası olmuşdur və təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-330/2022 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması”na dair hərəkətləri qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə də müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Borclu tərəfindən rayon məhkəməsinin qərardadından verilmiş şikayət təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 8(006)-19/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair borclunun şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-330/2022 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 “borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması”na dair hərəkətləri qanunsuz hesab edilsin. Həmin icra sənədi üzrə hazırkı qərardadın əsaslandırıcı hissəsində müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən müvafiq qərarın qəbul edilməsi Nəsimi rayon İcra şöbəsinin icra məmuruna həvalə edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №8(103)-180/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-180/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver