Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-181/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, X1 iştirakı ilə, “Avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair” 8(007)-160/2020 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(007)-910/2020 nömrəli icra sənədinə əsasən, Borclu 30000 (otuz min) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınıb Tələbkar xeyrinə tutulmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 8(007)-160/2020 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(007)-910/2020 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “FİAT PUNTO” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. X2 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 8(007)- 160/2020 tarixli qərardadının ləğv edilməsini və “FİAT PUNTO” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(007)-160/2020 nömrəli qərardadı ilə X1 ““FİAT PUNTO” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməmişdir. X2 həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 8(007)-160/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, "Fiat Funto" markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili 2011-ci ildə alqı-satqı yolu ilə Borclu almışdır. Avtomobil alınan vaxt "xxxx" ASC-də ipoteka ilə yüklü edildiyindən, avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Həmin avtomobilin bütün kredit borcu onun tərəfindən ödənilmiş və bunu təsdiq edən bank arayışı və bank qəbzləri də mövcuddur. Lakin 2015-ci ildə həmin avtomobildə nasazlıq yaranmış və bugünədək həmin nasazlığı aradan qaldırmaq mümkün olmamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli qərardadı ilə onun sahibliyində istifadəsində olan "Fiat Funto" markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsa da, avtomobil Binəqədi rayon İcra şöbəsinin icra məmurları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Bu isə onun sahiblik və istifadə hüquqlarını pozur. Avtomomibilin onun adına rəsmiləşdirilməməsi üzürlü səbəblərdən, avtomobilin ipoteka ilə yüklü edilməsi, daha sonra "xxxx" ASC-nin bank olaraq ləğv edilməsi daha sonra isə 2015-ci ildən avtomobildə nasazlıq yaranması səbəbindən idarə etmək mümkün olmaması olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 8(007)-160/2020 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı X2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər və icra məmuru iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, “FİAT PUNTO” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Borclu adına qeydiyyata alınmışdır. Borclu həmin avtomobilə X1 adına 25 may 2011-ci il tarixli ƏN-İİ Seriyalı 313525 nömrəli etibarnamə vermişdir. Etibarnamənin müddəti 31 oktyabr 2017-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin üzərinə həbs, məhz əmlak sahibi olan Borclu tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 8(007)- 160/2020 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə qoyulmuşdur ki, hazırkı halda da həmin icra sənədi icra edilməmişdir. Belə olan halda, həmin avtomaşının üzərində həbsin qalması zərurəti aradan qalxmamışdır və həmin həbsin götürülməsi üçün hər hansı əsas yoxdur. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 8(007)-160/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-181/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-181/2021
27.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver