Məhkəmə qərarları › İş №8(103)-181/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-181/2022

22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-181/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 8(011)-142/2022 saylı qərardadından Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Xətai Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu qərardaddan şikayət vermiş, qərardad ləğv edilmiş və təqdimata yenidən baxılması qərara alınmışdır. İcra məmuru X1 ərizə verərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. İcra məmuru həmin qərardaddan şikayət vermişdir. Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş apellyasiya icraatında olan zaman Bakı şəhəri Xətai Rayon Məhkəməsi 17 iyun 2022-ci il tarixli məktubla müraciət edərək Tələbkar ASC-nin də Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadından şikayət və müddətin bərpası barədə ərizə verdiyini bildirmiş və bununla əlaqədar olaraq mülki işin Xətai Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və 12 aprel 2022-ci il tarixli qərardaddan Tələbkar ASC tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 8(011)-142/2022 saylı qərardadından Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar