Məhkəmə qərarları › İş №8(103)-182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-182/2021

28.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-182/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X18 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 8(005)-53/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə (şikayət) təqdim edərək, barəsində aparılan 14899-171170\20-15- 12 saylı icra işi üzrə məcburi icra tədbirlərinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-43/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, cavabdehlər X10, X14 və X5 müştərək qaydada kredit borcunun tutulması, digər xərclərin tutulması, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka predmeti olan və X4 mülkiyyətində olan Bakı şəhəri, N.Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən, V saylı evin, 33 saylı mənzilinə və Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 239 kv.m-dən ibarət 1605 nömrəli bağ evinə və X6 mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində, B-1608 ünvanında yerləşən 0.092 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara X7 və X8 qaytarılması, ipoteka predmetlərinin hərrac vasitəsilə satışı hesabına əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada müştərək qaydada tutulması, hərraca çıxarılarkən Bakı şəhəri, N.Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən, V saylı evin, 33 saylı mənzilinin ilkin satış qiymətinin - 145.000 manat, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 239 kv.m-dən ibarət 1605 nömrəli bağ evinin ilkin satış qiymətinin - 250.000 manat, Sumqayıt şəhəri. Sarı-qaya bağlar massivində, B-1608 ünvanında yerləşən 0.092 ha torpaq sahəsinin ilkin satış qiymətinin - 50.000 manat məbləğində müəyyən edilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, N.Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən, V saylı evin, 33 saylı mənzili açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X10, X12, X11 həmin əmlakdan çıxmazsa, onlar həmin əmlakdan əşyaları ilə məcburi qaydada çıxarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 239 kv.m-dən ibarət 1605 nömrəli bağ evi açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh X10 həmin əmlakdan çıxmazsa, həmin əmlakdan əşyaları ilə məcburi qaydada çıxarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivində, B-1608 ünvanında yerləşən 0.092 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh X13 həmin əmlakdan çıxmazsa, həmin əmlakdan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh X3 alınaraq “xxxx” MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 120 (yüz iyirmi) manat hissəsi X3, 30 (otuz) manat hissəsi isə “xxxx” QSC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-170/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(005)-43/2018 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə dair mülki iş üzrə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamədən “xxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 25 aprel 2018ci il tarixli, 2(005)-43/2018 nömrəli qətnaməsi 18.06.2012-ci il tarixli, 21R000002336 saylı kredit razılaşması üzrə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimə, 1 3.08.2013-cü il tarixli, 21R000004886 saylı kredit razılaşması üzrə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimə, 21.05.2014-cü il tarixli, 21R000007441 saylı kredit razılaşması üzrə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimə, 14.11.2014-cü ıl tarixli, 021R143 18983 17 saylı kredit razılaşması üzrə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində cərimə və ümumilikdə 1.023.746,30 (bir milyon iyirmi üç min yeddi yüz qırx altı ABŞ dolları, otuz sent) ABŞ dolları məbləğində kredit borcunun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın Bankının müəyyən etdiyi məzənnə üzrə manatla X9 və X5 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, X9 və X5 müştərək qaydada 18.06.2012-ci il tarixli, 21R000002336 saylı kredit razılaşması üzrə 5000 (beş min) ABŞ dolları məbləğində cərimə, 13.08.2013-cü il tarixli, 21R000004886 saylı kredit razılaşması üzrə 5000 (beş min) ABŞ dolları məbləğində cərimə, 21.05.2014-cii il tarixli, 21R000007441 saylı kredit razılaşması üzrə 5000 (beş min) ABŞ dolları məbləğində cərimə, 14.11.2014-cü il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 5000 (beş min) dolları məbləğində cərimə və ümumilikdə 1.042.746,30 (bir milyon qırx iki min yeddi yüz qırx altı ABŞ dolları, otuz sent) ABŞ dolları məbləğində kredit borcunun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçı “xxxx” QSCnin xeyrinə tutulması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqəsi barədə məlumatı olmamış, tələbin könüllü icrası barədə ona hər hansı bir bildiriş və icraata başlamaq haqqında qərar təqdim olunmamış, icra məmuru tərəfindən qanunvericiliyin tələbləri pozularaq hərraca göndərilmişdir. X25 “xxxx” MMC-dən 01 nömrəli bildiriş göndərilmişi, kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 17/68-86411-20\12 saylı, 04.12.2020-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1148/2019 saylı, 18.09.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri Nərimanov rayonu Orucəliyev küçəsində yerləşən V saylı evin 33 saylı mənzilinə və Sumqayıt şəhəri Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən 1605-saylı bağ evinə tutma yönəldilməsi və hərracda satılması qeyd olunmuşdur. Hərracın keçirilməsi 07 yanvar 2021-ci il tarixə təyin olunmuşdur. Tərəfindən xxxx MMC-yə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət olunmuş və icraatın dayandırılması xahiş olunmuşdur. Belə ki, ümumiyyətlə ərizəçinin bu icra vərəqəsi barədə məlumatı olmamış, tələbin könüllü icrası barədə ona hər hansı bir bildiriş və icraata başlamaq haqqında qərar təqdim olunmamış və mövcud pandemiya vəziyyəti ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın 08 dekabr 2020-ci il tarixli qərarına əsasən 2020-ciil 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. Cavabdeh orqan ərizəni nəzərə almadan 07.01.2021-ci il tarixdə hərracı keçirmiş və 05./01 nömrəli protokol əsasında qərar qəbul edərək hərracı baş tutmamış elan etmişdir. Sonradan ona yeni bildiriş göndərmiş və artıq bu bildirişdə icra işinin nömrəsi dəyişdirilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 8(005)-53/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X1 qərardaddan verdiyi şikayət Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 8(005)-53/2021 saylı qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, məhkəmə qərardadı qəbul edərkən nəzərə almamışdır ki, borclunun mövcud məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi barədə məlumatı olmamış, tələbin könüllü icrası barədə ona hər hansı bir bildiriş və icraata başlamaq haqqında qərar təqdim olunmamış, icra məmuru tərəfindən icra haqqında qanunvericiliyin tələbləri pozularaq icra işi üzrə məcburi icra tədbirləri görülərək, icra işi icra olunması üçün hərraca göndərilmişdir. X22 “xxxx” MMC-dən 01 nömrəli bildiriş göndərilmiş göndərilmiş və qeyd olunmuşdur ki, kreditin təminatı qisimində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin №17\68- 86411~20\12 saylı, 04.12.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-l 148/2019 saylı 18.09.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan 1. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsində yerləşən V saylı evin, 33 saylı mənzilinə və Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,12 ha torpaq sahəsində yerləşən 1605 saylı bağ evinə tutma yönəldilməsi və hərracda satılması qeyd olunmuşdur. Hərracın keçirilməsi 07 yanvar 2021-ci il tarixə təyin olunmuşdur. X10 tərəfindən “xxxx” MMC-yə və Binəqədi rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət olunmuş və icraatın dayandırılması xahiş olunmuşdur. Belə ki, sözü gedən icra vərəqəsi barədə borclunun ümumiyyətlə xəbəri olmamış, tələbin könüllü icrası barədə ona hər hansı bildiriş və icraata başlamaq haqqında qərar təqdim olunmamış və mövcud pandemiya vəziyyəti ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın 08 dekabr 2020-ci il tarixi qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməsini nəzərə alınmamışdır. Borclu həmin dövrdə koronovirus xəstəliyindən əziyyət çəkdiyini bildirsə də, mövcud vəziyyət nəzərə alınmamış və icra işi üzrə icraata başlamaq haqqında qərar, tələbinin könüllü icrası barədə bildiriş təqdim edilmədən cavabdeh orqan tərəfindən 07.01.2021-ci il tarixdə hərrac keçirilmiş və nəticədə 05/01 nömrəli protokol ilə hərrac baş tutmamış hesab edilmişdir. Göründüyü kimi, qətnamə üzrə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Nərimanov rayon İcra X19vericiliyə uyğun olaraq, üzərinə düşən vəzifələri yerinə yetirməməklə, açıqaşkaranə bilə-bilə qanunun tələblərini pozmaqla borclunun hüquqlarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş, onların iştirakları olmadan işə baxılmasını xahiş etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 8(005)-53/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra sənədi üzrə icraatın dayandırılmasının əsası kimi “İcra haqqında” Qanunun 17.1.4cü maddəsi göstərilmişdir. “İcra haqqında” Qanunun 17.1.4 -ci maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır; Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır; 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır; Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Kollegiya qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Lakin 2(103)-1148/2019 saylı, 18.09.2019-cu il tarixli icra vərəqəsi üzrə borclunun icraatın dayandırılması üçün hər hansı hüquqi əsas və zərurət olub-olmaması Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarı ilə müəyyən olunmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 21.1-ci maddəsinə görə, Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinə görə, Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə görə, Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə görə, İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5-ci maddəsinə görə, İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana“(notarius istisna olmaqla)“göndərilir. 21.6-cı maddəsinə görə, Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7-ci maddəsinə görə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Yuxarıda qeyd olunan qanunvericilik normasından görünür ki, icraatın dayandırılmasının məcburi olduğu və ya icraatın dayandırılmasının mümkün olduğu hallar üzrə qanunvericilikdə müəyyən olunmuş icraatın dayandırılması haqqında məsələyə baxılması qaydası müəyyən olunmuşdur. Şikayətə əlavə edilmiş borclunun Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizəsi mövcuddur. Kollegiya hesab edir ki, borclunun şikayəti əsaslı deyil. Belə ki, 2(103)-1148/2019 saylı, 18.09.2019-cu il tarixli icra sənədinin icrasının dayandırılmaması barədə Nərimanov İcra və Probasiya Şöbəsinin hərəkətləri qanunauyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 8(005)-53/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar