Məhkəmə qərarları › İş №8(103)-182/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-182/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-182/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(005)-96/2025 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2025-ci il tarixli qərardaddan borclu “X3” X5 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh “X3” PHŞ-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair 2(005)-2114/2023 saylı mülki işə baxmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Mərkəzin xx.xx.2023-cü il tarixli, K-006 əmrinin ləğv edilməsi, iddiaçı ilə cavabdeh Mərkəz arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsinin” müddətsiz bağlanmış hesab edilməsi və cavabdeh Mərkəz tərəfindən məcburi işburaxma müddəti üzrə işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və qətnamə əsasında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “icra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. “İcra vərəqəsi” üzrə icra hərəkətlərini həyata keçirən Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanov ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə əsasında verilmiş “icra vərəqəsi” əsasında həyata keçirilən icra tədbirlərinin nəticəsi ilə müəyyən edilmişdir ki, cavabdeh Mərkəzdə struktur dəyişikliyi aparılmış və Mərkəzin zona bölmələri, o cümlədən iddiaçının (tələbkarın) baş mütəxəssis işlədiyi 1 saylı zona bölməsi ləğv olunmuşdur. Bu səbəbdən tələbkara hazırda vakant olan Bakı şəhəri üzrə mərkəzdə mütəxəssis vəzifəsi təklif olunmuş, o əvvəlcə təklif ilə razılaşsa da, sonradan təklifə etiraz etmiş və əvvəl baş mütəxəssis vəzifəsində işlədiyini bildirərək (icra vərəqəsi üzrə göstərilmiş olan qaydada) məhz həmin vəzifəyə işə bərpa olunmasını xahiş etmişdir. Odur ki, tərəflər arasında yaranmış anlaşmazlığa aydınlıq gətirilməsi və məsələnin həlli üçün qətnaməyə izah verilməlidir. “Qətnaməyə izah verilməsi barədə” icra məmurunun ərizəsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini və qətnaməyə aşağıdakı məzmunda izah verilməsini qərara almışdır: “Nərimanov Rayon Məhkəməsinin 2(005)-2114/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 X6lə Tələbkar arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi” hissəsinə “Tələbkar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X1 müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin Mərkəzdə baş mütəxəssis və ya ona bərabər vəzifəyə təyin edilsin” kimi izah verilsin”. Borclu “X3” X6 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və “Qətnaməyə izah verilməsi barədə” icra məmurunun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri ləğv olunduğundan hazırda tələbkara mövcud vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi (1.000 manat maaş) təklif olunmuş, lakin tələbkar təklifi rədd etmişdir. Nəzərə alınmalıdır ki, yeni yaranmış vəziyyətə görə cavabdeh iddiaçını məhz əvvəlki vəzifəsinə bərpa edə bilmədiyindən, əvvəlki vəzifənin əmək funksiyaları ilə vəzifə funksiyaları oxşar olan lakin əmək haqqı daha yuxarı olan vəzifəni təklif etmişdir. Rayon Məhkəməsi isə qətnaməyə izah verərkən apardığı dəyərləndirmənin nəticəsi olaraq qeyd edilən şərtlərə riayət olunmaqla oxşar vəzifənin təklif olunduğu qənaətinə gələrsə, iddiaçının həmin vəzifə ilə razılaşmamasına baxmayaraq cavabdeh məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş hesab oluna bilər. Eyni zamanda təklif olunan vəzifə üzrə əmək haqqının əvvəlki vəzifə maaşından iki dəfə çox olması faktı da nəzərə alınmalı idi. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1.). Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir (maddə 230.3.). “İcra haqqında” Azərbaycan Respublikasinin Qanununun tələblərinə görə isə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir (maddə 14.1.). Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir (maddə 14.2.). Qeyd edilən normaların tələblərindən müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi iddiaçının (tələbkarın) bərpa olunmalı iş yerinin mövcud olmamasını nəzərə alaraq icra məmuru tərəfindən verilmiş “Qətnaməyə izah verilməsi barədə” ərizəni təmin etməkdə və qətnaməyə yuxarıda qeyd edilən məzmunda izah verməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qərardadından borclu Mərkəzin verdiyi şikayət əsassızdır. Məhkəmə bildirir ki, qərardaddan verilmiş şikayətdə qeyd edilən xüsusatlar qərardadın ləğv edilməsi üçün deyil, yuxarıda qeyd edilən “icra vərəqəsinin” icra edilibedilməməsi, bu səbəbdən isə icra icraatına xitam verilməsi üçün əsasların olubolmamasına qiymət verilməsi üçün əsasdır ki, hazırkı mərhələdə həmin məsələlər müzakirə edilmir. Beləliklə də göstərilənləri nəzərə alan Məhkəmə MPM-in 398.0.1-ci maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 230, 263, 264, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Borclu “X3” X5 şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar