Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-183/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, “borclunun məcburi qaydada gətirilməsi barədə” icra məmurunun təqdimatına baxılmasının nəticəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli qərardadından (İş № 8(011)-113/2021) Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənova məhkəməyə təqdimatla müraciət edərək, Borclu İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli icra sənədinə (İş № 2(011)-3365/2020) əsasən Borclu 22.05.2020ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi 07.08.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bununla əlaqədar olaraq borclu dəfələrlə İcra Şöbəsinə dəvət edilsə də, Şöbəyə gəlməkdən boyun qaçırmışdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.02.2021-ci il tarixli qərardad ilə təqdimatın təmin edilməsini, borclunun İcra Şöbəsinə məcburi gətirilməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu, ağır epilepsiya xəstəsidir, 45 yaşı var. Onun əmək və fəaliyyət qabiliyyəti yoxdur. Onun nümayəndəsi olan qardaşı X1 İcra Şöbəsində dəfələrlə olmuş və icra məmuruna müvafiq izahatlar vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 01.04.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29.07.2020-ci il tarixli icra sənədinə (İş № 2(011)-3365/2020) əsasən, Borclu 22.05.2020ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar və “Könüllü icra barədə bildiriş” borclunun ünvanına göndərilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra məmuru tərəfindən İcra Şöbəsinə dəvət edilmişdir. Qərardaddan verilmiş şikayətdə borclu bildirir ki, icra şöbəsinə getməməsi üzrlü səbəblərlə bağlı olmuşdur. Belə ki, o, ağır epilepsiya xəstəsidir, onun əmək və fəaliyyət qabiliyyəti yoxdur. Onun nümayəndəsi olan qardaşı İcra Şöbəsində dəfələrlə olmuş və icra məmuruna müvafiq izahatlar vermişdir. Borclu qeyd edilən halları bildirsə də, həmin halları təsdiq edə biləcək sübutları (xəstəliyinə dair tibbi sənədlərin və qardaşı S.S.Abbasovun onun nümayəndəsi olmasını təsdiq edə biləcək etibarnamənin surətini) Məhkəməyə təqdim etməmiş, şikayətə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə isə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi təqdimatın təmin edilməsi barədə qərardad qəbul etməklə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanunu, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Şikayətin təmin, qərardadın isə ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 400 və 402-ci maddələrini rəhbər tutan, habelə MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-183/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-183/2021
21.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver