Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-183/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu MMC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin və Biləsuvar rayon İcra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərindən verdiyi şikayət üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı (qüvvəyə mindiyi vaxt: xx.xx.2021, icra sənədinin verildiyi vaxt 02.03) icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi xahiş edilmişdir. Sonradan, Borclu MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, tərəflərindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödənişin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi xahiş edilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Ventto Telekom" MMC ilə Tələbkar ASC arasında xx.xx.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair şərtlər toplusu imzalanmış və 12 iyun 2015-ci il tarixli, K1606 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə ******* manat məbləğində kredit xətti açılmışdır. 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə görə Tələbkar ASC tərəfindən "Ventto Telekom” MMC-yə 22 iyun 2017-ci il tarixədək 700000 manat, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən 14 aprel 2020-ci il tarixədək ******* manat, 07 avqust 2015-ci il tarixli K1662 saylı kredit müqaviləsinə görə 24 ay müddətinə 405000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin qeyd edilən müqavilələrin təminatı olaraq zaminlik və ipoteka müqavilələri imzalanmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsi ilə 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər “Ventto Elektroniks" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X3 və X2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796,34 manat əsas, 449536,09 manat faiz, 32155,81 manat cərimə, cəmi 1593488,24 manat məbləğində pul vəsaiti, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər “VENTTO Elektroniks" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542,77 manat əsas, 4305,20 manat faiz, 2767,63 manat cərimə, cəmi 242615,60 manat məbləğində pul vəsaiti, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər “Ventto Elektroniks" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898,36 ABŞ dolları əsas, 5149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105323,40 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər “Ventto Elektroniks" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X3 və X2 iddiaçı “PAŞABank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı vəsaitinin tutulması, tutmaların ipoteka qoyulmuş əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışından əldə olunmuş vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5970/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7503/2019 saylı, 06 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Feyzullayev Fərid Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsində 2-ci icraat zamanı cavabdeh “Ventto Elektroniks" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC-yə aid hissədə dəyişdirilmədən saxlanılmış, lakin qətnamədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər hazırki işin baxılması zamanı nəzərə alına bilməz. Belə ki, apelyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də, qətnamənin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin kassasiya instansiyası qərarında qeyd edilmişdir ki, “birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra kredit müqavilələri üzrə edilmiş ödənişlər Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Həmin rəydən görünür ki, ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödəniş və xx.xx.2016-cı il tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il ilə kimi 549000 manat məbləğində (cəmi 590000 manat) ödəniş ekspertiza zamanı nəzərə alınmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, həmin ödənişlər hazırkı işin baxılması zamanı deyil, qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Belə ki, apelyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.” Həmçinin Bakı Apelyasiya Məhkəməsində 2-ci icraat zamanı təyin edilmiş ekspertizanın nəticəsi olan xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyində qeyd edilmişdir ki, hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək aparılmış 41000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı (əlavə olunur ekspert rəyi səh. 3, abzas 6, səh. 9, abzas 4). Hazırki ekspertiza məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549.000 manat məbləğində ödəniş hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı (ekspert rəyi səh. 4, abzas 5, səh. 10 abzas 1). Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-227/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi verildikdən və icra icraatı başlandıqdan sonra yuxarıda qeyd edilən tərəflərindən xx.xx.2018-ci il tarixdən 03 06.2019-cu il tarixədək aparılmış 41000 manat məbləğində ödənişin və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549000 manat məbləğində ödənişin (ümumilikdə 590000) ümumi borcdan silinməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və probasiya şöbəsinə müraciət edilmişdir (poçt qəbzləri əlavə edilir). Lakin Biləsuvar rayon İcra və probasiya şöbəsi xx.xx.2022-ci il tarixli məktubla qeyd edilən məbləğin ümumi borcdan çıxılmasının onların səlahiyyətinə aid olmadığını bildirərək, ödənişin borcdan çıxılmasından imtina etmişdir (məktub əlavə olunur). Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ödənilmiş pulun borcdan silinməsi ilə bağlı edilmiş müraciət bu günədək cavablandırılmamış və tərəflərindən aparılmış ödəniş borcdan silinməmişdir. Nəticədə tələbkar icra vərəqəsi üzrə tutulmalı olan məbləğin tam şəkildə tutulmasını tələb etməkdə davam edir, icra qurumları isə tərəflərindən ödənilmiş və icra mərhələsində silinməli olan (ekspert rəyi və məhkəmə qərarlarına əsasən (əlavə olunur)) 590000 manat məbləğində ödənişi silməkdən imtina edir. Bununla da hüquqları pozularaq tərəflərindən ödənilmiş borc məbləği təkrarən onlardan tələb olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə (hakim Ceyhun Tağıyev) şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Borclu MMC həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 8(006)-60/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. İşdə olan qanuni qüvvədə olan məhkəmə qərarlarından və icra sənədindən göründüyü kimi, 14 aprel 2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X3 və X2 iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1111796,34 əsas, 449536,09 (dörd yüz qırx doqquz min beş yüz otuz altı) manat faiz, 32155,81 manat cərimə, cəmi 1593488,24 (bir milyon beş yüz doxsan üç min dörd yüz səksən səkkiz manat 24 qəpik) məbləğində pul vəsaitinin, 22 iyun 2015-ci il tarixli, K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 235542,77 manat əsas, 4305,20 manat faiz, 2767,63 manat cərimə, cəmi 242615 (iki yüz qırx iki min altı yüz on beş manat, 60 qəpik) manat məbləğində pul vəsaitinin, 07 avqust 2015-ci il tarixli, K1662 saylı ərizə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər "xxxx" MMC-dən və Feyzullayev Fərid Fəxrəddin oğlundan iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 99898,36 ABŞ dolları əsas, 5149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105323,40 (bir yüz beş min üç yüz iyirmi üç ABŞ dolları, 40 sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin cavabdehlər "xxxx" MMC-dən, Feyzullayev Fərid Fəxrəddin oğlundan, X3 və X2 iddiaçının xeyrinə 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 150 manat xidmət haqqının tutulması, K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 330000 (üç yüz otuz min) manat məbləğində müəyyən edilməsi, tutmanın X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın Feyzullayev Fəxrəddin Əmən oğlunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* (bir milyon bir yüz əlli min) manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin "xxxx" MMC-dən, X2, X3 və Feyzullayev Fərid Fəxrəddin oğlundan ümumi qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Borclu MMC icra məmurlarının hərəkətsizliyindən verdiyi hazırki şikayət ərizəsində, ümumilikdə 590000 manat pul vəsaitinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə borclulardan tutulmalı olan pul vəsaitdən (borcdan) silinməli olmasını, bu halın məhkəmə qərarları və ekspertiza rəyi ilə təsdiq olunduğunu göstərmişdir. Borclunun əsaslandığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyindən görünür ki, hazırki ekspertiza zamanı borc məbləği xx.xx.2018-ci il tarixə hesablandığından, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək aparılmış 41000 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış 549000 manat məbləğində ödənişin hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır (səh. 34-35). Tələbkar ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, PB/PBL-OUT-00169-2023 saylı maliyyə arayışında göstərilmişdir ki, silinməsi iddia edilən pul vəsaitləri müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi X8 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli, 29/1-1 nömrəli qərarının tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. Həmçinin, Tələbkar ASC-nin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, PB-OUT-02485-2023 saylı məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 1171990,24 manat, xx.xx.2015-ci il tarixli, K1606/02 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 242615,57 manat, xx.xx.2016-cı il tarixli, K2015-129 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 105323,40 ABŞ dolları məbləğində vəsait silinmişdir. Odur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı icra sənədi üzrə borcluların xx.xx.2023-cü il tarixinə Tələbkar ASC qarşısında ümumi öhdəliklərinin cəmi 421498 manat təşkil etdiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi şikayəti rədd edərkən göstərmişdir ki, hazırda tələbkar və borclu qismində çıxış edən tərəflər arasında müqavilə münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında müxtəlif tarixlərdə kredit müqavilələri bağlanmış və bank tərəfindən (hazırda tələbkar) müştəriyə (hazırda borcluya) bağlanmış müqavilələr üzrə kredit verilmişdir. Lakin borclu tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməyincə bank tərəfindən məhkəməyə müraciət edilmiş və tərəflər arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılıb hüquqi qiymət verilmişdir. Mülki işə yuxarı instansiya məhkəmələrində baxılan dövrdə Borclu MMC tərəfindən həyata keçirilmiş ödənişlərin icra mərhələsində nəzərə alınması məqbul hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-6068/2021 saylı qərarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyinə görə borclu tərəfindən xx.xx.2015-ci il tarixli, K1606/02 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 41000 manat, xx.xx.2016-cı il tarixli, K1874 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu ilə kimi 539000 manat ödənişin həyata keçirildiyi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)-227/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında icra sənədi tərtib edilmiş və icra olunması məqsədilə aidiyyəti üzrə İcra şöbələrinə yönəldilmişdir. Hər bir İcra şöbəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələb edilmiş icra işlərinə baxış keçirildikdə icra sənədinin icra olunması istiqamətində zəruri icra tədbirlərinin həyata keçirildiyi müəyyən edilmişdir. Hazırda Borclu MMC ümumilikdə 590000 manat pul vəsaitinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(006)- 227/2018 saylı icra sənədi üzrə borclulardan tutulmalı olan vəsaitdən (borcdan) silinməsi xahiş edilmişdir. Şikayət ərizəsi isə tərəflərindən ümumilikdə 590000 manat pul vəsaitinin ödənilməsinin işdə olan ekspert rəyi və kassasiya instansiyası məhkəməsinin qərarı ilə təsdiq edilməsi, həmin qərarda ümumilikdə 590000 manat pul vəsaitinin icra mərhələsində nəzərə alınmalı olmasının qeyd edilməsi, lakin icra məmurları tərəfindən buna dair müvafiq tədbirlərin görülməməsi və sair hallarla əsaslandırılmışdır. Məhkəmə ilk öncə borclu tərəfin 590000 manat məbləğində pul vəsaitinin ödənilməsinə istinad etdiyi dəlilinə münasibətdə qeyd edir ki, işdə olan sənədlər toplusu borclunun bu dəlilini bilavasitə əsassız hesab etməyə imkan verir. Belə ki, iş materiallarında olan xx.xx.2018 - xx.xx.2019-cu il tarix aralığını əks etdirən ödəniş qəbzlərindən görünür ki, həyata keçirilmiş bütün ödənişlər məhz “AZ40PAHA41010AZNFC**********” saylı cari hesab üzrə həyata keçirilmişdir. Habelə, həmin qəbzlər sırasında borclunun istinad etdiyi məbləğdən 444000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş qəbzi aşkar edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif tarixli maliyyə arayışlarında bütün ödənişlərin məhz “41010AZNFC**********” saylı cari hesab üzrə həyata keçirildiyi aşkar görünsə də, yalnız xx.xx.2018-ci il tarixinə aid 444.000 manat məbləğində olan ödənişin fərqli - “45019AZNBL**********” saylı hesab üzrə həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, məhkəmə gedişatı zamanı borclu tərəfindən 444.000 manat ödənilməsinə istinad edilən pul vəsaitinə dair məhkəməyə hər hansı bir ödəniş qəbzi təqdim edilməmiş və borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarının bu məsələyə dair mövqeyinin kifayət etməsinə istinad etmişdir. Habelə məhkəmə onu da qeyd edir ki, borclu tərəf kassasiya instansiyası məhkəməsinin qərarı ilə kifayətlənsə də, tələbkar məhkəməyə maliyyə arayışları və digər sənədlər təqdim etməklə, bu məsələyə dair məhkəmə qərarına zidd olmayan mövqeyini sərgiləmişdir. Belə ki, tələbkarın təqdim etmiş olduğu maliyyə arayışları və səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatı ilə xx.xx.2016-cı il tarixli, K1874 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixli aralığında ümumi olaraq 529000 manat məbləğində vəsaitin silindiyi, bu silinmələrdən Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarışda və yuxarıda qeyd olunan məlumatlar sırasında olan xx.xx.2018-ci il tarixdə 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsaitin müştəri tərəfindən ödənilmədiyi, həmin vəsaitin Azərbaycan Respublikası Mərkəzi X8 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirildiyi, bu zaman həmin əməliyyatın müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan bütün halların borclunun şikayət ərizəsinin təmin edilməməsinə hüquqi əsas yaratmışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə onu da qeyd edir ki, hazırki şikayət ərizəsi icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş olsa da, icra məmurunun qanunazidd hərəkətlərinin (hərəkətsizliyinin) olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlər toplusundan göründüyü kimi, icra məmurları tərəfindən digər zəruri icra tədbirləri ilə yanaşı icra sənədi üzrə qalıq borcun dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə tələbkara sorğu məktubları ilə müraciət edilmişdir. Həmin sorğulara cavab isə işə baxılan dövrdə - xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Tələbkarın tələb olunan cavab məktubunu işə baxılan dövrdə təqdim etməsi isə icra məmurunun hərəkətlərinin qanunazidd olaraq qiymətləndirilməsi kimi hesab edilə bilməz. Məhkəmə kollegiyası şikayətin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd etməyi zəruri hesab edir ki, borclunun istinad etdiyi məhkəmə qərarları iddia olunan 590000 manat pul vəsaitinin silinməli olunması sahəsində hər hansı preyudisial əhəmiyyətə malik deyildir. Yəni, qeyd olunan məhkəmə qərarları ilə həmin pul vəsaitinin borclu tərəfindən tələbkara ödənilməsi müəyyən olunmamış, sadəcə ekspertiza rəyinin məlumatlarına istinad olunmuşdur. Əksinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6068/2021 saylı qərarında qeyd edilmişdir ki, apelyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması, kassasiya baxışının predmetini isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər. Göründüyü kimi, borclu sonradan (birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra) edilmiş ödənişlərini sübut etmək yükünü daşıyır. Lakin, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Mülki Məcəllənin 529.7-ci maddəsinin tələbinə görə icra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Göründüyü kimi, qanunverici borclunun borc sənədində göstərilən məbləği tamamilə və ya hissəvi ödəməsi durumunda, bu halın təsdiqi üçün müəyyən qaydalar müəyyən etmişdir. Borclu isə, müvafiq ödənişləri həyata keçiməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Borclunun istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1782 saylı ekspert rəyindən isə görünür ki, ekspert məhz iddiaçının (Tələbkar ASC-nin) təqdim etdiyi hesabdan çıxarışın məlumatlarına əsaslanmış, cavabdehin hər hansı ödəniş sənədinin mövcudluğunu qeyd etməmişdir. Tələbkar isə hesabdan çıxarışda olan məlumatlarla bağlı məhkəməyə arayışlar təqdim edərək göstərmişdir ki, silinməsi iddia edilən pul vəsaitləri müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi X8 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli, 29/1-1 nömrəli qərarının tələblərinə uyğun olaraq Tələbkar ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. Bu hal isə, özü-özlüyündə öhdəliyin borclu tərəfindən tam və ya qismən icrası (xitamı) anlamına gəlməməklə, bank sahəsində qəbul edilmiş müvafiq qərarların icrası ilə bağlı olmuşdur. Göründüyü kimi, borclu şikayətin dəlilləri üzrə istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda borcunnu tərəfin bildirdikləri (izahatı) şikayətin əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi borclunun icra məmurunun hərəkətlərindən verdiyi şikayət ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-183/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-183/2023
06.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver