Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-184/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Abdullayev Borclu məxsus “TOFAŞ ŞAHİN” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı və “Vaz 2102” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Abdullayev tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. Həmin qərardaddan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti olnunla əsaslandırmışdır ki, icra qeydi üzrə verilmiş icra vərəqəsi müvafiq qaydada icraya yönəldilmiş və icra məmuru Murad Abdullayev tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş borclunun ünvanına göndərilmişdir. Bundan əlavə icra qeydi ilə bağlı elektron müraciətdən əvvəl borcun qaytarılması tələbinə dair xəbərdarlıq məktubu Borclu qeydiyyatda olduğu ünvana (Sabunçu rayonu, Musabəyov küçəsi ev 49) göndərilmişdir. Həmin ünvanda məktub qohumları tərəfindən qəbul olunmuşdur. İşə baxılması vaxtı və yeri haqqında tələbkara, borcluya, həmçinin Sabunçu rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlərdir. Apellyasiya instansiyası məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi “ icra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərarın və bildirişin rəsmi qaydada verilməsi barədə heç bir sənədin əlavə edilməməsi” qənaəti ilə təqdimatı təmin etməyərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, tələbkar tərəfindən verilmiş şikayətə əlavə edilmiş 021742 saylı poçt qaiməsinin surətindən görünür ki, tələbkar tərəfindən borclu icra ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə xx xxxx 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə xx xxxxxxx 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə xx xxxx 2010-cu il tarixli Qərar və s.) Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda sadalananları rəhbər tutaraq məhkəmə kollegiyası qeyd edir ki, tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Abdullayev tərəfindən verilmiş təqdimat qismən təmin edilərək Borclu məxsus “TOFAŞ ŞAHİN” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-67/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Murad Abdullayev tərəfindən verilmiş təqdimat qismən təmin edilərək Borclu məxsus “TOFAŞ ŞAHİN” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-184/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-184/2020
12.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver