Məhkəmə qərarları › İş №8(103)-184/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-184/2024

03.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-184/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Sarıyevin sədrliyi ilə, X13 və X1 tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 8(003)-152/2024 saylı qərardadından X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 nümayəndəsi Nümayəndə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə müraciət edərək, icra məmuru Yaqub Qafarov tərəfindən qətnamənin icrasına dair yönəlmiş hərəkətlərinin qanunsuz sayılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4077/2013 saylı 04 dekabr 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin X3 və X10 qarşı kredit müqaviləsinin ləğv edilməsi, girov predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə əsasən "xxxx" ASC ilə X6 arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən cəmi 5572,6 dollar məbləğində borc ödəniş icra edildiyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin qətnamədə göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı “Bank Respublika ASC-yə ödənilməsinin təmin edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədərədd edilmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində “tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbinin “satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qalan hissədə cavabdehlərdən ümumi qaydada icra edilməsi” hissəsində təmin edilə bilməyəcəyini bildirmişdir və bu hissədə iddianı rədd etmişdir. Hazırda Xəzər Rayon icra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən nümayəndəsi olduğu X9 əmək pensiyasından hər ay 50 faiz məbləğində pul qeyd edilən qətnamənin icrası üçün məcburi olaraq tutulur. Bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Əvvəla qətnamənin qət etdi hissəsində məhkəmə qəbul etdiyi qətnamənin icra üsulunu müəyyən etmişdir. Belə ki, məhkəmə cavabdehlərdən tutulmalı məbləğin girov predmeti təşkil edən əşyalara yönəldilməli olduğunu bildirmişdir. Məhkəmə iddianı digər hissədə rədd edərək yalnız girov predmeti təşkil edən əşyaların tutma üçün ödənilməli olduğu qənaətinə gəlmişdir. Ancaq hazırda icra məmuru Yaqub Qafarov məhkəmənin qətnaməsinin tələblərindən kənara çıxaraq İsmayılov Elşənin əmək pensiyasına məcburi icra ödənişləri ilə bağlı tutma yönəldir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 8(003)-152/2024 saylı qərardadı ilə şikayət ərizəsi təmin edilməmişdir. Qərardaddan X5 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 03 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ətraflı araşdırmamışdır. Belə ki, işdə olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı 04 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X3 və X10 qarşı kredit müqaviləsinin ləğv edilməsi, girov predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə əsasən "xxxx" ASC ilə X6 arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlərdən cəmi 5572,6 dollar məbləğində borc ödəniş icra edildiyi gün AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutlması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin qətnamədə göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı "xxxx" ASC-yə ödənilməsinin təmin edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir. Daha sonra qətnamə icraya yönəldilmişdir. Cavabdehlərdən Elşənİsmayılova qarşı ilkin mərhələdə heç bir icra hərəkəti edilməmişdir. Digər cavabdeh isə Nərimanov rayonu ərazisində yaşayır. Qətnamə icraya göndərilsə də girov predmeti təşkil edən əşyaların satılması ilə bağlı heç bir məlumat yoxdur. Əslində bu özü elə kobud hüquq pozuntusudur. Ancaq məhkəmə baxışı zamanı nümayəndənin bununla bağlı fikirlərinə məhkəmə heç bir münasibət bildirməmişdir. Məhkəmə yalnız qətnamədə “icra zamanı yalnız girov predmetlərinin satışı ilə kifayətlənməli olduğu”na dair göstərişin olmadığını qeyd etmişdir. Halbuki, Nərimanov Rayon Məhkəməsində işə baxılarkən məhkəmə iddiaçının verdiyi iddianı qismən təmin etmişdir. Rədd edilən hissə isə iddia tələbi ödənilmədiyi halda icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı tələb olmuşdur. Odur ki, hazırda icra məmuru tərəfindən edilən hərəkətlər qanunsuzdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki,Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 8(003)-152/2024 saylı qərardadıqanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2013- cü il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X7 və X8 müştərək qaydada 5116,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,41 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 84,50 ABŞ dolları məbləğində penya, cəmi 5572,6 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutma girov predmeti olan kredit müqaviləsinin təminatı qismində banka girov qoyulmuş cavabdeh X4 məxsus olan 2 ədəd “Samsung” markalı TV, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsung” markalı, 2 qapılı soyuducuya yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5923 saylı məktubdan görünür ki, X2 hazırda kredit borcu 5572,60 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil edir. Odur ki, qeyd edilən tələbin borclunun pensiyasının 50 faizinə yönəldilməsi xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 65.1-65.2-ci maddələrinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarını və tələbin könüllü icrası üçün müyyən edilmiş müddət ərizində borclu tərəfindən icra vərəqəsində qeyd olunmuş məbləğin ödənilməməsini nəzərə əlaraq hesab edir ki, məcburi icra tədibiri kimi icra sənədi üzrə tutulmalı olan məbləğin borclunun əmək pensiyasına yönəldilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsası kimi müəyyən olunmuşdur. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsində icra zamanı yalnız girov predmetlərinin satışı ilə kifayətlənməli olduğu kimi göstəriş olmamış, cəmi 5572,6 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Beləliklə, kollegiya işin faktiki hallarını və qanunvericiliyin sadalanan normalarının tələblərinə əsasən hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4077/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası üzrə Xəzər rayon icra şöbəsinin icra məmuru tərəfindən qəbul olunmuş qərarlar və aparılmış icra hərəkətləri icra haqqında qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilmiş, tələbin könüllü icrası üçün müyyən edilmiş müddət ərizində borclu tərəfindən icra vərəqəsində qeyd olunmuş məbləğ ödənilmədiyindən məcburi icra tədibiri kimi icra sənədi üzrə tutulmalı olan məbləğ düzgün olaraq borclunun əmək pensiyasına yönəldilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 8(003)- 152/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar