Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-185/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 8(004)- 10/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6370/2018 saylı 03 avqust 2018-ci il tarixli icra sənədi üzrə icraatın təzələnməsi barədə 07 avqust 2018-ci il tarixli qərarının və məhkəmənin mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına dair iddianı təmini tədbiri haqqında qərardadına zidd olaraq onun mübahisəli mənzil ilə bağlı mülkiyyət hüquqlarını pozan həmin mənzilin 1/6 hissəsinin borc əvəzinə tələbkara təklifinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar vəsatətlə məhkəməyə müraciət edərək şikayətin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 8(004)-10/2021 saylı qərardadı ilə Tələbkar vəsatəti rədd edilmiş, tələbkar qərardaddan şikayət vermişdir. Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ilə tələbkarın şikayəti qaytarılmış, tələbkar həmin qərardaddan şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək şikayətdən imtina etdiyini göstərmiş, bu səbəbdən də icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti, həmçinin şikayətdən imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə icraata şikayətdən imtina edildiyindən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilməlidir ki, məhkəmədə mülki (həmçinin, kommersiya mübahisələrin) işlərin başlanması bir qayda olaraq məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, icraatın sonradan davam etdirilib-etdirilməməsi də məhz həmin şəxslərin iradəsindən asılıdır. Dispozitivlik prinsipinə uyğun olaraq, apellyasiya şikayəti vermiş şəxsin ondan imtina etməsi, icraatın davam etdirilməsini lüzumsuz edir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 8(004)- 10/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə icraata şikayətdən imtina edildiyindən xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-185/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-185/2021
04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver