Məhkəmə qərarları › İş №8(103)-185/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-185/2023

09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-185/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X6 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda (bundan sonra - ünvan üzrə) "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərini eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, ünvan üzrə binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığının mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməsi, ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilas etmə məntəqəsilə əlaqə sisteminin quraşdırılmasının və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələrinin normal səviyyədə işıqlandırılması, girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlama işlərinin tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrin) və divarların tamamlama işlərinin tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16, 17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin sağ və sol hissəsinin daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı qüsurun (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MTK və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9271/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclular "xxxx" MTK və X14 xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X7 “kommunal xidmət” üzrə ödənişin tələb olunmasının qanunsuz hesab edilməsi və borclu "xxxx" MTK-nın mühasibat sənədlərində tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsinin üzərlərinə qoyulması, iddiaçı X12 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətilərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsinin borclu "xxxx" MTK-nın üzərinə qoyulması, borclu "xxxx" MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarın mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə manelərin yaradılması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkara verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi, kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin mənzilin keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X12 verilməsi vəzifəsi borclu "xxxx" MTK-ya həvalə edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, 31 mart 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MTK-nın üzərinə iddiaçı X16 ilə ünvan 3 ünvanda "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmalı, iddiaçı X13 məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh "xxxx" MTK tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilməli və tanınmalıdır. X2 şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal rayon İcra şöbəsinin rəisi X5 və Yasamal rayon İcra şöbəsinin icra məmuru X9 Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqələri üzrə tələblərin borclu "xxxx" MTK və "xxxx" MTK-nın sədri X17 tərəfindən vaxtında yerinə yetirilməsi üçün icraya düzgün hüquqi prinsipial mövqedən yanaşmaması, icra hərəkətlərinin əsassız və qərəzli ləngidilməsi nəticəsində, tələbkarın hüquqlarının pozulmasına və qanuni mənafelərinin həyata keçirilməsində maneələrə səbəb olan hərəkətlərin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi, Yasamal İcra şöbəsinin rəisi X5 Azərbaycan Respublikasinın “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatın tələblərini və “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1., 4.0.4., 7.1., 7.2., 7.4., 7.6.-cı və xüsusi ilə, 7.13cü maddələrində təsbit olunan tələbləri ciddi pozaraq, X2nın müraciətlərinə cavab verilməsindən əsassız imtina etməsinin qanunsuz hesab edilməsi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 “Vətəndaşların müraciətləri haqqında” Qanununun 1.1., 4.0.5., 7.5.-ci maddələri üzrə tələbləri pozaraq, X2nın müraciətlərinə vaxtında və göstərilən məsələlərin mahiyyətinə uyğun tam məzmunda cavab verməməsi, məlumatların verilməsinin gecikdirməsi, natamam və təhrif olunmuş məlumatların verməsinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ilə X2 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi X4 və icra məmuru X8 hərəkətlərinə (hərəkətsizliyinə) dair verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətində göstərilən əsaslara hüquqi qiymət verməklə şikayətin təmin olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad əsassız və ədalətsizdir. Qərardadın təsvir hissəsinin qarışıq şəkildə yazılmış mətnində, abzas (sətirbaşı) yazılış üslubuna riayət edilməməsi, mətnin məna vahidliyinin və məntiqli əlağə ardıcıllığının pozulmasına səbəb olmuşdur. Nəticə etibarı ilə şikayət ərizəsinin struktur mahiyyətinin çətin anlaşılmasına səbəb olan bu yazı üslubunun məqsədli olması, istisna deyil. Şikayət ərizəsinin mahiyyəti, Yasamal rayon İPŞ rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun qanunazidd hərəkətləri (hərəkətsizliyi), icra sənədlərinin vaxtında və düzgün icra edilməməsi, müraciətlərə qanun tələblərinə müvafiq cavab verilməməsi, iş üzrə borclu Həbib Zülfüqarova münasibətdə mühafizəkarlıq mövqeyi nəticəsində, Yasamal rayon İPŞ-nin icraatında olan 3 (üç) icra sənədində təsbit olunan çoxsaylı tələblər üzrə icranın uzun müddət ərzində yerinə yetirilməməsi və işin süründürməçiliyə salınması ilə bağlıdır. Şikayət üzrə qəbul edimiş qərardadın məzmunundan belə qənaətə gəlinir ki, bu qərardadın, Yasamal rayon İcra və Probasiya şöbəsinin proyekti əsasında tərtib edilməsi istisna olunmur. Belə ki, şikayət ərizəsində, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun işlə bağlı qanunsuz hərəkətləri ardıcıllıqla şərh olunmuşdur. Buna rəğmən, qərardadın məzmunundan aydın olur ki, icra məmurlarının qanunsuz hərəkətindən (hərəkətsizliyindən), qanun tələbləri ilə əsaslandırılan şikayət üzrə məhkəmə araşdırması aparılmamış və subutlar tədqiq edilməmişdir. Bu səbəbdən, iş üzrə qəbul edilmiş qərardadın mətni hüquqi baxımdan məntiqsiz və ziddiyyətlidir. Qərardadın əsaslandırıcı hissəsində, məhkəmə tələbkarın əsaslı sübutlarını, istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün əsaslı dəlillər göstərməmiş, həmçinin, tələbkarın şikayət ərizəsində istinad etdiyi qanuni tələbləri üzrə hüquqi mövqe bildirməmişdir. Məhkəmə iş üzrə məzmunca natamam və mahiyyətcə əsassız qəbul etdiyi qətnamədə, Yasamal rayon İPŞnin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun törətdiyi korrupsiya tərkibli hüquq pozuntusuna və tələbkarın qanuni mənafelərinin həyata keçirilməsinə süni maneələr yaradılması ilə nəticələnən hərəkətlərinə (hərəkətsizliyinə) prinsipial hüquqi mövqe bildirməkdən çəkinərək, yayınmağa üstünlük vermişdir. Bu, aşkar faktdır. Şikayət ərizəsində, Yasamal rayon İPŞ-nin icra məmurlarının sadalanan qanunsuz hərəkətlərinə, məhkəmənin hüquqi baxımdan anlaşılmaz haqsız mövqedən yanaşmasında, hakimin təcrübəsizliyi, savadsızlığı, yaxud, kollegiallıq təsirə məruz qalması istisna olunmur. Hər bir halda, qanunun aliliyini təcəssüm edən xidməti kürsüdən insan hüquqlarına sayqısızlıq və təcavüz, qəbuledilməzdir. Bu hallar, məhkəmə sisteminin nüfuzuna ciddi xələl gətirir. Hazırda Yasamal rayon İPŞ-nin icraatında, tələbkara aid 2016-cı il, 2019-cu il və 2022-ci il tarixli 3 (üç), icra vərəqəsi üzrə icra hərəkətləri, illər ərzində qərəzliklə tam “dondurulmuş” vəziyyətdə saxlanılır. İcranın bu anlaşılmaz vəziyyəti ilə bağlı, şikayət ərizəsində, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun qanunsuz hərəkətləri və korrupsiya tərkibli əməlləri, qanunvericiliyin tələblərinə istinadla və hüquqi əsaslarla göstərildiyi və subut olunduğu halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, tələbkarın şikayət ərizəsinin rədd edilməsi barədə 28 aprel 2023-cü il tarixli əsassız qərardad qəbul etmişdir. Məzmunca natamam tərtib edilmiş bu qərardad, mahiyyət etibarı ilə, barəsində hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən və şikayətdə göstərilən qanunsuz hərəkətləri hüquqi əsaslarla subut edilən, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurlarının korrupsiya tərkibli qanunsuz əməllərinin dəstəklənməsi kimi qiymətləndirilə bilər. Şikayət ərizəsində irəli sürülən tələblər, hüquqi əsaslandırılmiş qanuni tələblərdir. Məhkəmə şikayət ərizəsini və həmin tələbləri mahiyyəti üzrə araşdırmamış və tədqiq etməmişdir. Bu səbəbdən, iş üzrə qərardadda, şikayətin tədqiqi və araşdırılması üzrə maddi hüquq və prosessual hüquq normalarının kobud pozulması və düzgün tətbiq edilməməsi, həmçinin, iş üzrə həqiqi hallara uyğun əsaslandırılmaması, şikayət ərizəsinə mahiyyəti baxımından işə düzgün mövqedən yanaşılmamasının nəticəsidir. Göstərilənlərə əsasən şikayət ərizəsində şərh olunan halların hərtərəfli araşdırılması və subutların tədqiqi əsasında, ədalətli yekun aktı qəbul edilməlidir. Göstərilən səbəbdən, qərardaddan Bakı Apellyasiya Məhkəməsinə şikayət edilməsinə zərurət yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı qərardadının məzmunundan aydın olur ki, məhkəmə Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinin icra sənədində təsbit olunan 8 (səkkiz) tələbin, 7 (yeddi) il müddətdə icra edilməməsi səbəblərini araşdırmamışdır. 1) Bakı şəhəri ünvan 2 ünvan üzrə) "xxxx" MTK inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillərinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılmalı və göstərilən pilləkən marşları üzlük daşlarla üzlənilməlidir. – Bu tələb üzrə icra, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 54.2., 57.2.3., 62.1. maddələrinin ciddi pozulması və “Tikinti norma və qaydaları”na riayət olunmaması ilə, keyfiyyətsiz və natamamıqla icra edilmişdir. İcra məmuru, göstərilən qanun tələblərini bilmədiyindən, ünvan üzrə mənzilin yerləşdiyi 2-ci girişdə pilləkənlərin natamam, səliqəsiz, həmçinin, təyinatı üzrə olmayan “aqlay” daşı ilə üzlənməsini, tələbin icra edilməsi kimi hesab edir. 2) Ünvan üzrə binanın 2-ci girişində 3-cü lift quraşdırılmalı, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığı mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməlidir. - Bu tələb, bu günədək tam icra edilməmişdir. Girişdə, istismarda olan 2 sərnişin və 1 yük lifti, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 62.4.maddəsinin tələblərinə zidd, nasaz və təhlükəli vəziyyətdə istismar edilir. Bu, AR Fövqəlada Hallar Nazirliyinin (FHN) müvafiq qurumlarının mütəxəssisləri tərəfindən verilən rəsmi rəyləri ilə subut edilir. Həmin rəylər məhkəmə materialına əlavə edilmişdir. Girişdə quraşdırılmış 3-cü lift sənədsiz və istismara tam yararsızdır. Həmin liftlərin texniki təhlükəsizlik tələblərinə uyğun olmaması səbəbindən, FHN mütəxəssisləri həmin liftlərin istismara yararlığı barədə rəsmi sənəd verməkdən imtina edir. İcra məmuru, mötəbərliyi şübhə doğuran adi dəftərdə (?!) naməlum imzalara əsasən, hesab edir ki, guya, liftlər istismara yararlıdır. Məhkəmə həmin liftlərin hansı vəziyyətdə olması barədə AR FHN-nin Dağ-Mədən Agentliyinin rəisi V.Aqayevin imzası ilə xx.xx.2023 tarixli rəsmi sənədi tədqiq etməmiş və bu barədə qərardadda qeyd etməmişdir. Sənəd iş materialındadır. 3) Ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilməlidir. - Bu tələb icra edilməmişdir. Binada xilasetmə məntəqəsi yoxdur, liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılmamışdır və liftlərin normal və fasiləsiz işləməsi təmin edilməmişdir. Xüsusilə, küləkli hava şəraitində, liftlərdən istifadə edilməsi təhlükəli və qorxulu hallar (qapılar açılmır, yaxud, bağlanmır, liftin hərəkəti dayanır və s.) yaranır. İcra məmuru İ.İsmayılov, liftlərdə zavod istehsalında qoyulmuş birtərəfli siqnal düyməsini, “liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilməsi” tələbinin icrası kimi məhkəməyə yalan məlumat vermişdir. Məhkəmə, məsələnin həllinə qərəzli mövqedən yanaşdığından, icra məmurunun bilərəkdən yalan və əsassız ifadələrini “əsas”lı hesab etmişdir. 4) Girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməlidir. – Bu tələb üzrə, girişdə pilləkənlərin bərpası tikinti norma və qaydalarına uyğun edilməmişdir. Pilləkənlər təyinatı üzrə uyğun olmayan “aqlay” daşla üzlənmişdir, pilləkən marşlarının kənarı iti kəsici vəziyyətdədir və hərəkət üçün təhlükə yaradır. Məhkəmə bu məsələ barədə də, əsassız olaraq, icra məmurunun yalan ifadəsinə inanmağa üstünlük vermişdir. 5) Pilləkən qəfəsinin bütün mərtəbələrində pilləkən meydançalarında tavan və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. – Bu tələb üzrə heç bir icra hərəkəti edilməmişdir. Bütun mərtəbələrin pilləkən qəfəsləri və meydançaları, tavan və divarları, pilləkən məhəccərləri bərbad haldadır. Məhkəmə bu tələbin icrası barədə icra məmurunun aşkar yalan və əsassız ifadəsini qəbul edilmişdir. Bu hal, müəmmalıdır. 6) Girişin 16, 17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlanma işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. - Bu tələb icra hərəkəti edilməmişdir, ümumi istifadə sahələri (döşəmələr) və divarların tamamlanma işləri başa çatdırılmamış vəziyyətdədir, döşəmələrdə mənşəyi və səbəbi aydın olmayan çatlar mövcuddur. Bu tələblərin icrası ilə bağlı, hər hansı bir əsas və subut olmadan, icra məmurunun növbəti yalanı, məhkəmə tərəfindən qəbul edilmişdir. 7 ) Girişin 16, 17 və 18ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin sağ və sol hissəsi daimi işıqlandırılmalıdır. - Bu tələb üzrə icra, qismən yerinə yetirilmişdir. Daimi işıqlandırma üçün çox zəif lampalardan istifadə edilir, həmçinin, gecə saatlarında pilləkən qəfəslərində işıqlandırılma xətti söndürülür. İcra məmuru bu barədə məhkəməyə məlumat verməməyə üstünlük vermişdir. 8) Binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı, qüsurlar (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranın 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi, borclu "xxxx" MTK və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. - Bu tələb üzrə, girişin ümumi havandırılma sisteminin qüsurlu quraşdırılması ilə bağlı, ventilyasiya sistemində yenidən quraşdırma, yaxud, ümumiyyətlə, heç bir texniki tədbirlər görülməmişdir. Buna rəğmən, icra məmuru İsmayıl İsmayılov, məhkəməyə, əsassız və yanlış olaraq, bildirir ki, “borclu deyir ki, qüsur aradan qaldırılmışdır”. Halbuki, reallıqda, bunu təsdiq edən rəsmi mühəndis - texniki sənəd mövcud deyil. Məhkəmə icra məmurunin aşkar yalan ifadələri üzrə hər hansı bir təsdiqedici sənəd tələb etməkdən, qərəzli olaraq, yayınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı qərardadının məzmunu ilə təsdiq edilir ki, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin icra vərəqəsində təsbit olunan 4 (dörd) tələbin, 5 (beş) il müddətdə yerinə yetirilməməsinin səbəblərini araşdırmaqdan qərəzli yayınmışdır. 1) Borclular "xxxx" MTK və X14 xx.xx.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx.xx.2018-ci il tarixli, xx/xx-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X7 “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməlidir və borclu "xxxx" MTK-nın mühasibət sənədlərində tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi üzərlərinə qoyulmalıdır – Bu tələb üzrə icra yerinə yetirilməmişdir. Bu səbəbdən, ünvan üzrə binada "xxxx" MTK əsasında yenidən təşkil edilən "xxxx" MMMC tərəfindən, tələbkardan külli miqdarda (1660 manat) pul tələb edilir. Bu barədə məhkəmə məsələni araşdırmamışdır. 2) İddiaçı X12 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi borclu "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. - Bu tələb üzrə icra yerinə yetirilməmişdir. Qərardadda icra məmurunun bu məsələ ilə bağlı, hərəkətsizliyi barədə qeyd yoxdur. 3) Borclu "xxxx" MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarın mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkara verilməsindən imtina etməsi qanunsuz hesab edilməlidir. - Bu tələb üzrə icra yerinə yetirilməmişdir. İcra məmurunun bu bənd üzrə də hərəkətsizliyi üzrə məhkəmə araşdırması aparılmamışdır. 4) Kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin (mənzilin keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X12 verilməsi vəzifəsi borclu "xxxx" MTK-ya həvalə edilməlidir. – Bu tələb üzrə icra, yerinə yetirilməmişdir və qərardadda bu barədə qeyd yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı qərardadı ilə təsdiq olunur ki, məhkəmə məqsədli olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsində təsbit olunan 3 (üç) tələbin 14 (on dörd) ay müddətdə yerinə yetirilməməsi ilə bağlı araşdırma aparmamış və bunun səbəbini qərardadda izah etməmişdir. 1) Cavabdeh "xxxx" MTK-nın üzərinə iddiaçı X16 ilə ünvan 3 ünvanda "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulsun. – Bu tələb üzrə icra yerinə yetirilməmişdir və məhkəmə icra məmurunun aşkar hərəkətsizliyinə hüquqi qiymət verməkdən yayınmağa üstünlük vermişdir. 2) İddiaçı X13 məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna cavabdeh "xxxx" MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilsin və tanınsın. – Bu tələb üzrə icra yerinə yetirilməmiş, məsələ araşdırılmamış və qərardadda bu məsələyə aid qeyd mövcud deyil. 4) Cavabdeh "xxxx" MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20.117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X13 ödənilsin. Bu tələb yerinə yetirilməmişdir və bu tələb üzrə məhkəmə araşdırılması barədə qərardadda qeyd yoxdur. “Tələbin icrası bu Qanunun 23.1.2—23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir”. Tələbkarın Yasamal rayon İPŞ-nin rəisi P. Zəkəriyyəyevə və icra məmuru İ.İsmayılova çoxsaylı yazılı və şifahi müraciətlərində, icranın illər ərzində yerinə yetirilməməsinin və borcluya qarşı qanun tələblərinə müvafiq, radikal hüquqi tədbirlərin görülməməsinin səbəbləri barədə yaxud, icra vərəqələri üzrə tələbin icrası mümkün olmadığı halda, bu barədə müvafiq akt tərtib edilməsi və icra şöbəsinin rəisinin imzaslı ilə tələbkara rəsmi məlumat verilməsini xahiş etmişdir. Yasamal rayon İPŞ rəisi P.Zəkəriyyəyev, tələbkara əsaslı və dəqiq cavab verməkdən davamlı yayınmışdır. Məhkəmə, bu məsələ üzrə araşdırma aparmamışdır və istisna deyil ki, hakim, icra məmurunun tələbkara göndərdiyi şablon cavabları qənaətbəxş hesab etmişdir. “İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurları qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir”. Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatında, tələbkara aid icra sənədləri üzrə icra hərəkətlərinin son illərin xronologiyası təsdiq edir ki, Pərviz Zəkəriyyəyev, 2017-ci ildə Yasamal rayon İcra və Probasiya şöbəsinə rəis vəzivəsinə təyin olunduğu vaxtdan və xüsusi ilə, borclu "xxxx" MTK sədri Həbib Zülfüqarovu qəbul edəndən sonra, iş üzrə icra hərəkətləri, faktiki olaraq, dayandırılmışdır. Həmin vaxtdan iş üzrə icra hərəkətlərinə düzgün və hüquqi prinsipial mövqedən yanaşılmaması, borclu barəsində müvafiq hüquqi tədbirlərin görülməsinə maneələr yaradılması səbəbindən, bu günədək icra yerinə yetirilməmidir. Bununla bağlı, tələbkarın çoxsaylı müraciətlərinə və xidməti telefon bağlantılarına şöbə rəisinin, cavab verməməsi, iş üzrə icra məmurunun absurd və əsassız bəhanələri, bu iddianı təsdiq edir. Məhkəmə şöbə rəisinin icra sənədlərinin icrasına hüquqi prinsipial mövqedən yanaşmamasını və hansı səbəbdən, 3 (üç) işin icrasına “hərəkətsizlik” mövqedən “nəzarət” etməsini araşdırmamışdır və İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin məhkəmə iclaslarında hansı səbəbdən iştirak etməməsi barədə məlumat verməmişdir. Qərardadda bu barədə qeyd yoxdur. “Könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi, məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır”. Yasamal rayon İPŞ rəisi P.Zəkəriyyəyev və iş üzrə icra məmuru İ.İsmayılov tərəfindən 7 (yeddi) il ərzində borcluya qarşı bu tədbirlərin tətbiq edilməməsinin səbəbləri, məhkəmə tərəfindən araşdırılmaışdır. Bu hal, anlaşılmazdır. “Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Vergi orqanları tələb olunan məlumatları 3 gün müddətində icra məmuruna təqdim etməlidirlər”- İş üzrə borclunun banklarda və digər kredit təşkilatlarında hesablarının və əmanətləri barədə, icra məmuru İ.İsmayılovun tələbkara şifahi şəkildə verdiyi məlumatın mötəbərliyi ciddi şübhələr doğurur. Bununla bağlı, həmin məlumatların vergi orqanlarından tələb edilməsi barədə, tələbkarın Yasamal rayon İPŞ-nin rəisinə və iş üzrə icra məmuruna davamlı təkrarlıqla şifahi və yazılı müraciətlərinə, icra məmuru İ.İsmayılovun, müxtəlif bəhanələrlə, məsələnin həllindən davamlı yayınması faktı, məhkəmə tərəfindən araşdırılmamışdır. “Borclu hüquqi şəxs yenidən təşkil edildikdə, icra sənədləri üzrə tələb Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq borclu hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşıyan hüquqi şəxsin pul vəsaitlərinə və digər əmlakına yönəldilir” (maddə 60.1.). “Borclu hüquqi şəxs ləğv edildikdə, icra məmurunda olan icra sənədləri icra olunması üçün ləğvetmə komissiyasına təqdim olunur və bu barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir.” (maddə 60.2.). “Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.” (maddə 109.6.). İş üzrə icra məmuru İ.İsmayılov əsassız mülahizələri və bəhanələri ilə, borclu "xxxx" MTK sədri H.Zülfüqarovun qanunsuz hərəkətinə (hərəkətsizliyinə) bəraət qazandıraraq, bəyan edir ki, guya, "xxxx" MTK fəaliyyətini dayandırmışdır. İcra məmuruna rəsmi sənədlərlə, hüquqi əsaslarla, izah və sübut edilmişdir ki, borclu "xxxx" MTK ləğv olunmamışdır və fəaliyyətini davam etdirir. Bu hal, hətta, son tarixlərdə icra şöbəsinə və məhkəmələrə borclu "xxxx" MTK sədri H.Zülfüqarov tərəfindən təqdim edilən sənədlərdə və izahatlarda "xxxx" MTK-nın möhürünün və onun sədrinin imzasının olması ilə təsdiq edilir. Məhkəmə bu məsələ barədə araşdırma aparmamışdır və qərardadda bu barədə qeyd yoxdur. “İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. Bu qərar icra məmurları qurumunun rəhbəri tərəfindən təsdiq olunur”.- İş üzrə icra məmuru İ.İsmayılov, özünə məxsus hüquqi düşüncə tərzi ilə bəyan edir ki, “icra sənədində göstərilən bir sıra tələblərin icrası mümkün deyil”. İcra məmuru bu absurd mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilmir, icra sənədini vermiş məhkəməyə müraciət etməkdən yayınır və tələbkara, bu barədə rəsmi yazılı məlumat verməkdən imtina edir. Məhkəmə (hakim) bu şikayət üzrə tədqiq etməmiş və qərardadda şikayətin araşdırılması haqda qeyd yoxdur. “İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur”. – İş üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı, Yasamal rayon İPŞ tərəfindən, bu zamana qədər, borclu "xxxx" MTK və onun sədri Həbib Zülfüqarovdan, xərclər tutulmamışdır. İcra məmuru İ.İsmayılov bunun səbəbini izah edə bilməmişdir. Qətnamədə bu məsələyə hüquqi münasibət bildirilməmişdir. “İcra sənədi qərəzli olaraq yenidən icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir”. - Tələbkarın çoxsaylı və israrlı müraciətlərindən sonra, icra məmuru İsmayıl İsmayılov faktiki, məcbur olaraq, borclu barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 2 (iki) dəfə təqdimat vermişdir. İcra məmuru, məcburiyyətlə məhkəməyə təqdim etdiyi hər 2 təqdimatın məzmununda natamamlığa və icra sənədində təsbit olunmuş tələblərin təhrifinə yol verərək, borclunun icra etmədiyi tələbləri bilərəkdən, göstərməmişdir və həcmini azaltmışdır. Eyni zamanda, məhkəmə prosesində təqdimatı müdafiə edə bilməməsi (müdafiə etmək istəməməsi) və lazımı sənədləri vaxtında təqdim etməməsi səbəbindən, işə xitam verilmişdir. Tələbkarın prinsipial və ciddi mövqeyini anladıqdan sonra məhkəməyə 3-cü dəfə təqdimat vermişdir. Yalnız bundan sonra, iddiaçının iştirakı ilə aparılmış məhkəmə ədalətli qərar qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1952/2021 saylı iş üzrə xx.xx.2021 tarixli Qərarı ilə "xxxx" MTK və "xxxx" MTK sədri X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1.200 (min iki yüz) manat cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2256/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, icra məmuru İ.İsmayılov tələbkara məlumat vermədən, gizli şəkildə, icra üzrə iş materiallarını aidiyyəti olmayan Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə icraçının hərəkəti qanunsuz hesab edilmiş və iş materialları yenidən Yasamal rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. İcraçının bu hərəkətinin pərdəarxası, borclunun xeyrinə olaraq, iş üzrə icranın ləngidilməsindən ibarətdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1952/2021 saylı iş üzrə xx.xx.2021 tarixli Qərarı 22 (iyirimi iki) aydır hüquqi qüvvəyə minmişdir. Lakin borclu "xxxx" MTK sədri X19 icra sənədlərində təsbit olunan icra hərəkətlərini bu günədək qərəzliklə yerinə yetirməmişdir. Yasamal rayon İPŞ-nin rəisi P.Zəkəriyyəyevin borcluya münasibətdə, mühafizəkarlıq mövqeyi səbəbindən məhkəmə qərarlarını əsaslı səbəb olmadan, üzun müddət ərzində icra etməməsi ilə bağlı borclu iş üzrə borclu "xxxx" MTK və onun sədri Həbib Zülfüqarov barəsində AR Mülki Prossesual Məcəlləsinin 15.2., 265.5., AR Cinayət Məcəlləsinin 306-cı maddəsinin tətbiqi ilə hüquqi tədbirlərin görülməməsi və cinayət işinə başlanılmaması, müəmmalıdır. Şikayətin hüquqi əsasını təşkil edən bu ciddi məsələ, məhkəmə (hakim) tərəfindən araşdırılmamış və tədqiq edilməmişdir. “İcra məmurunın qanuni tələblərini qəsdən yerinə yetirməyən və məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir”. Yasamal rayon İPŞ-nin rəisi P.Zəkəriyyəyev, borclu "xxxx" MTK və onun sədri Həbib Zülfüqarovun icradan davamlı yayınmasına, aşkar himayədarlıq və hüquqi hərəkətsizlik göstərir. Bu səbəbdən, 3 (üç) qətnamə üzrə illər ərzində icranı yerinə yetirilməyən borcluya qarşı radikal hüquqi tədbirlər tətbiq edilməmişdir və qanunvericiliyin tələblərinə müvafiq olaraq, cinayət işi açılmamışdır. Məhkəmə, şikayətin bu hissəsi barədə araşdırmadan yayınmışdır və qərardadda bu məsələyə hüquqi münasibət bildirilməmişdir. “Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında, məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.” Tələbkar tərəfindən, iş üzrə icra məmuru İ.İsmayılova dəfələrlə müraciət edilmişdir ki, məhkəmənin qərarı ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat təqdim etsin. İcra məmuru İ. İsmayılov, bu hüquqi hərəkətin etməkdən davamlı yayınmışdır. Məhkəmə icra məmurunun bu hərəkətsizliyinə hüquqi qiymət verməmşdir və qərardadda bu barədə qeyd yoxdur. “İcra məmuru, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir, icra xidməti qurumunun rəhbərinin göstərişlərini yerinə yetirməlidir”. Yasamal rayon İPŞ-nin iş üzrə icra məmuru İ.İsmayılov xidməti fəaliyyətini qanunlarla deyil, şöbə rəisi Pərviz Zəkəriyyəyevin Ədliyyə Nazirliyinin məmuru Bayram Bayramovun və İcra baş idarəsinin məsləhətçisi (ərazi kuratoru) Anar Qurbanovun bu işə dair qeyrirəsmi və qanunsuz göstərişləri ilə tənzimləyir. İcra məmuru İ.İsmayılov növbəti ciddi qanun pozuntusuna yol verərək, borclu barəsində çinayət işinin açılması üçün iş materiallarını Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin müvafiq şöbəsinə göndərmək əvəzinə, qanunsuz və gizli olaraq, xx.xx.2022-ci il tarixli qərarı ilə icranın ərazi aidiyyətini dəyişdirərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı icra sənədlərinin ərazi aidiyyəti olmayan Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. İ.İsmayılov bu qərarı Yasamal rayon İPŞnin rəisi P.Zəkəriyyəyevin göstərişi ilə qəbul etdiyini bildirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə həmin icra sənədlərinin Nəsimi rayon icra şöbəsinə göndərilməsi barədə, Yasamal rayon İPŞ-nin icra məmuru İ.İsmayılovun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir və iş materialları yenidən Yasamal rayon İPŞ-nə qaytarılmışdır. Bu səbəbdən, icra hərəkətləri uzun müddətdə dayandırılmışdır. İ.İsamayılov borclu barəsində cinayət işinə başlanılması üçün iş materiallarının Ədliyyə Nazirliyinə göndərilməməsinin səbəbini, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məmuru Bayram Bayramovun buna razılıq verməməsi ilə izah edir. Məhkəmə şikayətin bu mühüm əhəmiyyətli hissəsi üzrə araşdırmadan qərəzli yayınmışdır və İcra Baş İdarəsinin məmurları Bayram Bayramovun və Anar Qurbanovun məhkəmədə üçüncü şəxs qismində iştirakı barədə tələbkarın məhkəməyə elektron sistemi vasitəsi ilə xx.xx.2023 və xx.xx.2023 tarixdə təqdim etdiyi vəsatətləri təmin etməmişdir. Qərardadda bunun səbəbi barədə qeyd yoxdur. “İcra məmuru icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara verməlidir, icra üçün daxil olmuş sənəddə aydın olmayan məsələlər haqqında məhkəməyə müraciət etməlidir, icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirməlidir”. İş üzrə icra məmuru İsmayıl İsmayılov, icra sənədi üzrə icranın ləngidilməsinin səbəbini, “icra sənədində bəzi tələblərin qeyri-müəyyənliyi” məzmunla izah etməyə çalışır. Bu absurd və qərəzli bəhanələrlə bağlı tələbkar, icra məmurundan dəfələrlə xahiş etmişdir ki, icra sənədində aydın olmayan məsələlərlə bağlı məhkəməyə müraciət etsin, yaxud, yazılı surətdə tələbkara təqdim etsin. İstisna deyil ki, icra məmuru, bu bəhanənin də əsassız olduğunu anladığından, məhkəməyə müraciət etməkdən və bu barədə tələbkara yazılı məlumat verməkdən davamlı olaraq, yayınmışdır. Məhkəmə icra məmurunun bu qanunsuz hərəkətinə hüquqi qiymət verməkdən qərəzli yayınmışdır. “İcra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.” Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyev və icra məmuru İsmayıl İsmayılovun, onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməməsi və borcluya münasibətdə aşkar loyallıq nəticəsində tələbkarın hüquqlarının və qanuni mənafelərinin ciddi pozulmasına yol verilmişdir. Məhkəmə inkar edilməz aşkar faktları araşdırmamağa və bu barədə qərardadda qeyd etməməyə üstünlük vermişdir. “Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir” (maddə 7.1.). “Müraciətdə göstərilən məsələyə baxıldıqda və vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur” (maddə 7.5.). Yasamal rayon İPŞ-nin E-poçt ünvanına göndərilən müraciətlər, AR Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” Təlimatda və “Vətəndaşların müraciətləri haqqında” AR Qanununda təsbit olunmuş tələblərə zidd olaraq, qeydiyyata alınmır və müraciətin mahiyyəti üzrə tam məzmunda və vaxtında cavab verilmir. Şöbənin dəftərxanasına (012) *** **** (əlavə 33128 və 33250) telefon nömrələri ilə zənglərə cavab verilmir. Məhkəmə Yasamal rayon İPŞ-nin bu“iş üslubu” barədə şikayət ərizəsində göstərilən faktları və şikayətə əlavə edilən yazılı subutların tədqiqindən və müvafiq qanun maddələrini tətbiq etməkdən aşkar yayınmışdır. “Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.” Yasamal rayon İPŞ rəisi Pərviz Zəkəriyyəyev icranın yerinə yetirilməməsinin və ləngidilməsinin səbəbləri və icranın hansı mərhələdə olması barədə tələbkarın müraciətlərinə, əsaslandırılmış rəsmi cavab verməkdən davamlı yayınır və telefon bağlantılarına cavab vermir. İş üzrə icra məmurunun icranı süründürməçiliyə salması və icra üzrə qanunsuz hərəkətləri və hərəkətsizliyi barədə, tələbkarın şöbə rəisi Pərviz Zəkəriyyəyevə ünvanladığı şikayət ərizələrinin cavablandırılması, qanun tələblərinə zidd olaraq, hərəkətsizliyindən şikayət edilən icra məmuru İsmayıl İsmayılova həvalə edilir (?!). Məhkəmə bu qanun pozuntusu barədə məsələni araşdırmamışdır və qərardadda bu barədə qeyd yoxdur. “Vəzifəli şəxsin qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək hərəkətləri (maddə 9.3.8.), şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq hərəkətləri (maddə 9.3.12.) korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır. – Yasamal rayon İPŞ rəisi Pərviz Zəkəriyyəyev iş üzrə ona ünvanlanan müraciətlərə cavab vermir. İş üzrə icra məmuru İsmayıl İsmayılov yalnız çoxsaylı telefon bağlantılarından və təkrar müraciətlərdən sonra icranın hansı vəziyyətdə olması ilə bağlı müraciətlərə qeyrimüəyyən, hüquqi cəhətdən məntiqsiz və ziddiyyətli, natamam və təhrif olunmuş məzmunda “cavab” verir. Həmin “cavablar” iddia ərizəsinə əlavə edilmişdir. “Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır”. - Tələbkarın məhkəməyə təqdim etdiyi şikayət ərizəsində göstərilən hallar və ərizəyə əlavə edilmiş hüquqi əhəmiyyətli rəsmi sənədlərlə təsdiq edir ki, Yasamal rayon İPŞ-nin rəisi P.Zəkəriyyəyevin və icra məmuru İ.İsmayılovun icranın yerinə yetirilməsində maraqlı olmaması, xidməti səhlənkarlığı və qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində 3 (üç) icra vərəqəsi üzrə yerinə yetirilməmişdir. Bunun müstəqil nəticəsi olaraq, tələbkarın hüquqları pozulmuşdur, ona maddi və mənəvi ziyan vurulmuşdur. Bu məsələ üzrə araşdırma aparmamışdır və qərardadda bunun səbəbini izah etməmişdir. “Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır”. “Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”. Hazırkı apellyasiya şikayətində hüquqi əsaslarla şərh olunan hallar, təsdiq edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-227/2023 saylı iş üzrə 28 aprel 2023-cü il tarixli qərardadı, iş üzrə həqiqi hallara uyğun əsaslandırılmadığından, qanunsuz və əsassızdır. “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə, bir ay müddətində cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir”. Məhkəmə, Yasamal rayon İcra və Probasiya şöbəsinin 3 (üç) icra vərəqi üzrə icranın 8 (səkkiz), 5 (beş) və 1 (bir) il müddətdə yerinə yetirilmədiyi halda, icra məmurunun bu maddə üzrə hərəkətsizliyinə hüquqi qiymət verməkdən və həmin maddəni tətbiq etməkdən qərəzliklə yayınmışdır. “Məhkəmə qətnaməsinin, apellyasiya qaydasında ləğv edilməsi üçün hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır”. Qərardadın məzmunundan aşkar görünür ki, iş üzrə, faktiki halların araşdırılmaması və subutların, tədqiq edilməməsi və şikayətdə sərh olunan məsələlərin aydınlaşdırılmaması, subut və təsdiq edir ki, iş üzrə məhkəmə qərardadı, hüquq normalarının tamamilə pozulması və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bu hal, nəticə etibarı ilə, məhkəmənin işə dair səhv qənaətə gəlməsinə səbəb olmuşdur. Bunun “kənar təsir” nəticəsində edlməsi, istisna deyil. “Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi bu qərardadın məthi, 2017-2021-ci illərin məhkəmə qətnamələrinin, qərardadlarının və digər sənədlərin mətninin köçürülməsindən ibarətdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması, tədqiq edilməməsi və məhkəmənin səhv qənaətə gəlməsinə səbəb olmuşdur. “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır”. Şikayət ərizəsində işin faktiki hallari, hüquqi məsələlər qanun müddəalarına istinadla göstərilmişdir. Qərardadda, şikayətin təmin edilməməsi ilə bağlı məhkəmə hüquqi əsaslı hər hansı bir dəlil yaxud, subut göstərməmişdir. Bu əsasla qərardadın nəticəsi bütünlüklə virtual məzmundadır və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun deyil. Həmin hallar, hazırkı şikayətdə göstərilmişdir. “Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi bu qərardadın məzmunu subut edir ki, işə baxan məhkəmə maddi hüquq normalarını pozulmuş, hüququn tətbiq edilməsində ciddi səhvlərə yol verərək, işin mahiyətinə müvafiq tətbiq edilməli qanunu maddələrini və normativ hüquqi akt müddəalarını qərəzliklə tətbiq etməmişdir. “Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur”. Apellyasiya şikayətində göstərilən əsaslarla subut edilir ki, şikayət üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların məhkəmə tərəfindən araşdırmadığından və tədqiq edilmədiyindən, şikayətin təmin edilməməsi ilə bağlı, hər hansı bir fakt, yaxud, əsaslı dəlil müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir” (maddə 2.4.). “Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.” (maddə 2.4.). “Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. (maddə 6.3.). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 227/2023 saylı iş üzrə 28 aprel 2023-cü il tarixli qərardadından hazırkı apellyasiya şikayətində şərh olunan hallar, təqdim edilmiş subutlar təsdiq edir ki, qərardad, maddi və prosessual hüquq normalarının, “İcra haqqında” və “İcra məmurları haqqında” AR Qanunlarının ərizədə sadalanan müvafiq maddələridə təsbit olunan tələblərin nozulması ilə AR Müıli Prossesual Məcəlləsinin 15.2., 265.5., 385.1.1., 385.1.4., 386. maddələrinin tətbiq edilməməsi və 217.1., 217.3. maddələrinin tələblərinə riayət olunmaması ilə qanunsuz qəbul edilmişdir. Məhkəmə, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin məhkəmədə iştirak etməməsinin səbəbi barədə məlumat verilməmiş və qərardadda bu barədə qeyd yoxdur. Yasamal İPŞ-nin icra məmuru İsmayıl İsmayılov, 3 (üç) icra sənədi üzrə tələbləri davamlı qərəzliklə yerinə yetirməyən və “himayə toxunulmazlığı” nümayiş etdirən borclu "xxxx" MTK sədri Həbib Zülfüqarovun barəsində müvafiq hüquqi tədbirlərin görülməsindən və aidiyyəti qurumlara tam və əsaslı təqdimat göndərməkdən, absurd məzmunda bəhanələrlə və davamlı yalan bəvədlərlə yayınmışdır. İcra məmuru, bu hərəkətini İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin razılıq verməməsi ilə əsaslandırır. Tələbkarın rəsmi müraciətlərə və xidməti telefona zənglərinə rəis P.Zəkəriyyəyevin cavab verməməsi, bunu təsdiq edir. Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyev, 2017-ci ildə bu vəzifəyə təyin olunduqdan sonra, borclu "xxxx" MTK-nın sədri Həbib Zülfüqarovu şöbəyə dəvət etmişdir. Həmin vaxtdan, son 5 (beş) il ərzində, iş üzrə icra hərəkətləri, faktiki, dayandırılmışdır və borclu icra sənədlərində təsbit olunan tələblər üzrə heç bir icranı yerinə yetirməmişdir. Borclu H.Zülfüqarovun səmimi etirafından məlum olmuşdur ki, icra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevi, onun Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində işlədiyi vaxtdan tanıyır. Məhkəmə AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məmuru Bayram Bayramovun və Yasamal rayon İPŞ üzrə məsləhətçi icra məmuru Anar Qurbanovun məhkəmədə üçüncü şəxs qismində iştirakı barədə, tələbkarın elektron sistemi vasitəsi ilə xx.xx.2023 və xx.xx.2023 tarixdə məhkəməyə təqdim etdiyi vəsatətləri təmin etməmişdir. Qərardadda bunun səbəbi barədə qeyd yoxdur. Şikayət ərizəsində göstərilən əsaslarla subut edilir ki, 3 (üç) icra sənədi üzrə icranın yerinə yetirilməməsi, Yasamal rayon İPŞ-nin rəisi Pərviz Zəkəriyyəyevin və icra məmuru İsmayıl İsmayılovun qanunazidd hərəkətlərinin (hərəkətsizliyin) müstəqil nəticəsidir. Bu hal, tələbkarın hüquqlarının və qanuni mənafelərinin davamlı pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ilə X2nın şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra tələbkar “Məhkəmə elektron” informasiya sistemi vasitəsi ilə işə şifahi məhkəmə icraatı qaydasında baxılması üçün əsasların müəyyən edilməməsi ilə bağlı etiraz təqdim edilərək, bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadının natamam məzmunundan aydın olur ki, şikayət araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş şikayətdə göstərilən hüquqi əsaslar, təsdiq edir ki, işə şifahi məhkəmə icraatı qaydasında baxılması üçün çoxsaylı əsaslar mövcuddur. Belə ki, işə yalnız şifahi məlikəmə icraatı qaydasında baxılması zamanı, şikayətdə göstərilən halların hərtərəfli və qərəzsiz araşdırılması mümkündür. Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatında olan 3 (üç) icra vərəqəsi üzrə tələblərin 7 (yeddi) il ərzində yerinə yetirilməməsi bunu təsdiq edir. Eyni zamanda, borclu barəsində Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən tərtib edilmiş protokolda, qərəzliklə, tələbkarın ünvanı və telefon nömrəsi və e-poçt ünvanı göstərilməmişdir. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən ona bildiriş göndərilməmiş, o, iş üzrə məhkəmə prosesində iştirak etməmiş və iş materialları, o cümlədən, icra məmurunun tərtib etdiyi protokolun məzmunu ilə tanış ola bilməmişdir. Bu halların müstəqil nəticəsi olaraq, onun hüquqları pozulmuşdur. İş üzrə məhkəmədə iştirak etməli olan, Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi P.Zəkəriyyəyev üzürlü səbəb barəsində məhkəməyə məlumat vermədən, məhkəməyə və qanun tələblərinə hörmətsizlik nümayiş etdirərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iştirak etməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 8(103)-185/2023 saylı işə şifahi məhkəmə icraatı qaydasında baxılmasını və Yasamal rayon İcra və Probasiya şöbəsinin rəisi X5 və icra məmuru X10 məhkəmə prosesində iştirakının təmin edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanladığı digər ərizədə isə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 borclu "xxxx" MTK-nın sədri Həbib Zülfüqarovun icra şöbəsinə təqdim etdiyi, qanunvericiliyin tələblərinə müvafiq tərtib edilməmiş və mötəbərliyi aşkar şübhə doğuran kseroks sənədin icra vərəqəsində təsbit olunan icrası kimi qəbul etməsinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri, habelə şikayət üzrə dəlillərin mübahisənin mahiyyətini tam əhatə etməsini nəzərə alıb, işin məhkəmə iclasında baxılmasına hər hansı zərurət görməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ləğv edilməli, tələbkarın şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər; 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür; 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra xidmətinin icra məmuru icra ilə əlaqədar icrada iştirak edən tərəflərin icraya dair ərizə və vəsatətlərinə müəyyən olunmuş müddətdə baxır, müvafiq qərar qəbul edir, onlardan şikayət vermək müddətini və qaydasını izah edir; Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. 7.13-ci maddəsinə vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bununla belə, hazırda X11 tələbkar olduğu üç icra işi mövcuddur və tələbkar həmin icra işlərinin bugünədək icra olunmadığını, icra hərəkətlərinin əsassız və qərəzli ləngidildiyini, icra şöbəsi tərəfindən icra hərəkətləri barədə ona qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə məlumatların verilmədiyini, o cümlədən bu barədə müraciətlərinin cavabsız qaldığını bildirir və bu hərəkətlərin qanunsuz hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi isə apardığı araşdırmanın nəticəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9271/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi X4 və icra məmuru X8 hərəkətlərinin (hərəkətsizliyinin) icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni və əsaslı olması və hər 3 icra sənədi ilə bağlı zəruri və qanuni icra hərəkətlərinin görüldüyü, tələbkarın müraciətlərinə qanuna müvafiq qaydada cavab verildiyi qənaətinə gələrək, X2nın şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə və iş materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, X2 borclu "xxxx" MTK tərəfindən ünvan 10 ünvanda inşa edilmiş yaşayış binasının 2-ci girişində yerləşən 139 saylı mənzilin mülkiyyətçisidir. Qeyd edilən 3 icra sənədinə əsasən borclular "xxxx" MTK və həmin kooperativin sədri X20 X2nın yaşadığı 2-ci girişdə müəyyən təmir-tikinti işləri aparmalı, ona aidiyyəti sənədləri və məlumatları təqdim etməli, habelə onunla bağlanmış “Xidmət müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasını təmin etməlidir. Lakin icra sənədlərinin hər hansı birinin tam icra edildiyi müəyyən edilmir. Bu da öz növbəsində bunun səbəblərinin araşdırılmasını şərtləndirir. Belə ki, icra sənədlərinin biri üzrə tələbkarın adına hazırkı vaxta qədər kommunal xidmətlər üzrə hesablanmış ödəniş məbləği ləğv edilməli, borclu "xxxx" MTK tərəfindən tələbkara məxsus mənzilə göstərilən hər bir kommunal xidmət, onların məbləği və məbləğinin hesablanması barədə rəsmi arayış verilməli, habelə kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin mənzilin keyfiyyət sertifikatının və istismar təlimatının surətləri tələbkara təqdim edilməlidir. Bununla bağlı könüllü və ya məcburi icra tədbiri olaraq icra məmuru borclu tərəfindən tələbkara onun kommunal xidmət üzrə hər hansı borcunun olmaması, göstərilən kommunal xidmətlər, onların dəyəri və dəyərinin hesablanması barədə arayışın verilməsini, habelə aidiyyəti sənədlərin tələbkara təhvil verilməsini təmin etməlidir. Lakin bu tələblərin icra olunmasını təsdiq edən hər hansı sübutun (arayışın) mövcudluğu müəyyən edilmir. Bundan əlavə icra sənədinə uyğun olaraq tələbkara aid avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanmasının təmin edilməsi, dayanacaqdan istifadə hüququna yaradılan maneənin aradan qaldırılması, habelə bir sıra digər tələblərin icra edildiyini təsdiq edən sübutlar mövcud deyil, onların bügünədək icra edilməməsinin səbəbləri isə məlum deyil. Şikayətin baxılmasında iştirak edən icra məmuru İsmayıl İsmayılov da icra hərəkətlərinin qismən yerinə yetirildiyini təsdiq edir və icra sənədi üzrə konkret tələblərə istinadən onların icra edildiyini, yəni pilləkən marşlarının üzlük daşlarla üzləndiyini, liftin texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanıldığını, liftlərdə xilasetmə məntəqəsi ilə əlaqə sisteminin quraşdırıldığını, həmçinin tələbkar tərəfindən icra şöbəsinə daxil olmuş müraciətlərə baxıldığını və borcluya icra işlərinin vəziyyəti barədə ətraflı məlumatın verildiyini bildirmişdir. Halbuki, tələbkarın Yasamal rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktubların şöbə tərəfindən cavablandırılmasını, o cümlədən bu müraciətlər üzrə icra vəziyyəti barədə tələbkara məlumatın verilməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Liftlərdə xilasetmə məntəqəsi ilə əlaqə sisteminin quraşdırıldığı isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Əksinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məktubuna əsasən tələbkarın yaşadığı 2-ci girişdə aşkar edilmiş nasazlıqlarla görə liftlərin istismarının qadağan olunduğu bildirilmişdir. Bununla belə, göründüyü kimi, birinci instansiya məhkəməsi icra sənədinin icrası vəziyyətini tələblər üzrə araşdırmamış, o cümlədən yuxarıda qeyd edilən və digər aidiyyəti tələblərin bügünədək icra edilməməsinin, habelə tələbkarın müraciətlərinin cavablandırılmamasının səbəblərini, ən əsas da hazırki vəziyyətdə icra sənədlərinin borclu "xxxx" MTK tərəfindən icrasının mümkünlüyünü araşdırmamışdır. Belə ki, tələbkarın yaşadığı binada xx.xx.2020-ci il tarixdən etibarən idarəçilik "xxxx" MMMC tərəfindən həyata keçirilir. Kommunal borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş də borcluya məhz "xxxx" MMMC tərəfindən göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, icra sənədləri üzrə yuxarıda qeyd edilən və digər aidiyyəti tələblərin icrası vəziyyəti, o cümlədən onların bügünədək icra edilməməsinin səbəbləri, habelə icra olunmayan tələblərin borclular tərəfindən icrasının mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Bu səbəbdən tələbkarın şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-227/2023 saylı qərardadı ləğv edilsin. X2 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar