Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-186/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-187/2025 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 900/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Borclu cavabdehlər Tələbkar və X3 qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-2394/2012 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulan alimentin miqdarı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-305/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X2 xeyrinə hər ay onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin miqdarı dəyişdirilmiş, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Borclu cavabdeh Tələbkar xeyrinə hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Tələbkar (ərizəçi) Tələbkar ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu yığılmış aliment borcunun tam şəkildə ödənilməsi, icra məmurunun fəaliyyətsizliyinin araşdırılması və borclunun bütün gəlirlərinin aşkarlanması, cavabdehin SOCAR-dakı maaşı, fərdi sahibkarlıq gəlirləri, 1800 manat pensiyası və əmlaklarının tam şəkildə araşdırılması və borcun həmin gəlirlər hesabına ödətdirilməsi, icra məmurunun qanunsuz hərəkətlərinin araşdırılması və onun fəaliyyətsizliyi ilə bağlı tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-187/2025 saylı qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-900/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “yığılmış aliment borcunun tam şəkildə ödənilməsi və borclunun gəlirlərinin aşkarlanması” haqqında tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qeyd edilən qərardaddan tələbkar (ərizəçi) Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən Borclu tərəfindən 2021-2024-cü illər ərzində 17.033 manat və 33,000 manat məbləğində aliment ödənildiyi göstərilmişdir. Bu məlumatlar tamamı ilə yanlış və əsassızdır. Şikayətçi olaraq, bütün ödəniş sənədləri və bank əməliyyatları ilə sübut etməyə hazırdır ki, borclu heç vaxt bu məbləği ödəməmişdir. Borclu özünün aliment ödənişləri ilə bağlı yüksək məbləğlərdə aliment ödədiyi barədə yalan məlumatlar verərək, məhkəməni yanlış istiqamətə yönəltmişdir. 2021-ci ildən etibarən borclu gəlirlərini gizlədərək aliment borcunu azaltmış və nəticədə onun 7,900 manat məbləğində aliment borcu yaranmışdır. Halbuki, borclu yüksək gəlirlərə sahibdir və bu məbləği ödəmək üçün bütün maliyyə imkanlarına malikdir. Lakin qəsdən aliment ödənişlərini ödəməkdən imtina etmişdir. Bu hallar, həm də məhkəmənin obyektiv qərar verməməsinə səbəb olmuşdur. Borclunun gəlirləri ilə bağlı məsələ tam araşdırılmamış, təqdim etdiyim sübutlar nəzərə alınmadan qərardad qəbul edilmişdir. Alimentin məcburi yolla və birdəfəlik ödənilməsi ilə bağlı tələbləri əsaslandırılmış olmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız şəkildə rədd edilmişdir. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55, 63 və 70-ci maddələrinin tələblərinə ziddir və tələbkarın hüquqlarının pozulmasına səbəb olmuşdur. Tələbkarın təqdim etdiyi bank sənədləri, gəlir arayışları və digər sübutlar məhkəmə tərəfindən obyektiv şəkildə araşdırılmamış, iş üzrə tam və hərtərəfli məhkəmə araşdırması aparılmamışdır. Bu hal, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur. Pensiya və sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi əlavə gəlirlər araşdırılmamış, real gəlirləri gizlədilmişdir. Aliment ödənişləri ilə bağlı sübutlar qiymətləndirilməmişdir. Bütün müvafiq sübutları təqdim etsə də, məhkəmə bu sübutları düzgün qiymətləndirməmişdir. Borclu tərəfindən təqdim edilən ödənişlərin sənədləri araşdırılmamış və həqiqətə uygun olmayan məlumatlar əsasında qərar çıxarılmışdır. Borclu 2021-2024-cü illər ərzində 1.800 manat pensiya aldığıı və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və bununla da əlavə gəlirləri gizləmişdir. Məhkəmə, bu gəlirləri araşdırmadan qərar vermişdir. Həmçinin, övladı İsmayılov Yusifin sağlamlıq problemləri ilə bağlı təqdim etdiyi sənədləri nəzərə almamışdır. Borclu “Socar”da dəstə rəisi vəzifəsində çalışır və 5.000 manata yaxın maaş alır, bundan əlavə 1.800 manat pensiya aldığı məlumdur. Lakin məhkəmə tərəfindən bütün bunlar nəzərə alınmamışdır. Bu da borclunun real ödəniş qabiliyyətinin qiymətləndirilməməsinə gətirib çıxarmışdır. Borclunun təqdim etdiyi qeyri-dəqiq və şübhəli sənədlər əsasında qətnamə qəbul edilmişdir. Borclunun gəlirləri və ödəniş qabiliyyəti nəzərə alınmamışdır. Məhkəmə, borclunun gəlirlərini və ödəniş qabiliyyətini düzgün qiymətləndirməmişdir. Bu gəlirlər, bank əməliyyatları və digər təsdiqedici sənədlərlə dəstəklənməli idi, lakin bu sənədlər nəzərə alınmamışdır. Aliment ödənişləri şikayətçi tərəfindən təqdim edilən aliment ödənişlərinə dair sübutlar (bank ödənişləri, sənədlər) araşdırılmamış və nəzərə alınmamışdır. Bu, faktların düzgün qiymətləndirilməməsinə gətirib çıxarmışdır. Borclu tərəfindən gəlirlərin gizlədilməsi və aliment borcunun ödənilməsi ilə bağlı məlumatların təqdim edilməməsi düzgün qiymətləndirilməmişdir. Borclu tərəfindən təqdim edilən sənədlər əsasında verilmiş qərar, təqdim edilmiş faktlara ziddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-187/2025 saylı qərardadı ilə Tələbkar şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra borclu tərəfindən şikayətə qarşı etiraz təqdim edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlər yenidən “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-187/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir; 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5-cı maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər; 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarına və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-900/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri həyata keçirilmiş, Borclu qazancından və başqa gəlirlərindən (pensiyasından) hər ay tutulmalar aparılaraq Tələbkar bank hesabına köçürülmüş, göstərilən icra sənədi üzrə aliment borcu 7.938 manat təşkil etmişdir. Ümumiyyətlə xx.xx.2020 – xx.xx.2025-ci illər üzrə Borclu əmək haqqından Tələbkar xeyrinə tutulub ödənilmiş alimentin məbləği 2020-ci ildə 5.914 manat, 2021-ci ildə 4.615,74 manat, 2022-ci ildə 5.908,04 manat, 2023-cü ildə 5.790,43 manat, 2024-cü ildə 4.448,64 manat, 2025-ci ilin yanvar ayında 765,02 manat təşkil etmişdir. Hazırda borclunun aliment borcunun qalmasına səbəb icra sənədinin icrasının ilk vaxtlar borclunun yalnız əmək haqqından tutulmaların olması, sonradan pensiyasının olmasının müəyyən edilməsidir. Belə ki, onun aylıq əmək haqqı 1.935,16 manat, İİ qrup əlilliyə görə aylıq pensiya haqqı 1.938,04 manat təşkil edir. Nəzərə alınmalıdır ki, borclunun pensiyasından hər ay inkasso sərəncamı üzrə 295 manat aliment tutularaq tələbkara ödənilir. Hüquqi nəticə etibarı ilə aliment borcu qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilməklə Borclu əmək haqqına və pensiyasına uyğun olaraq hesablanmışdır. Bununla belə, birinci instansiya məhkəməsi düzgün hüquqi dəyərləndirmə aparmış və ərizəni rədd etməkdə haqlı olmuşdur. Qeyd edilənlər öz növbəsində şikayətin rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, şikayət əsassızdır, bu səbəbdən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-187/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-186/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-186/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver