Məhkəmə qərarları › İş №8(103)-187/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-187/2021

03.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-187/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Tələbkar və Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-123/2021 saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qərardadından boclu Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhər Yasamal Rayon İcra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5024/2019 saylı, 28.09.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-123/2021 saylı işi üzrə 17 fevral 2021-ci il il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5024/2019 saylı, 28.09.2020-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1987-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi tam icra edilənədək müvəqqəti məhdudlaşdırılması və qərardadın icrasının Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.Qərardadda "İcra haqqında” Qanunun 84-1.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 231.2, 231.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 01.10.2020-ci il tarixdə icra vərəqəsinə əsasən icraat başlanılmış, Borclu tələbin könüllü icrası barədə bildiriş 29.10.2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-123/2021 saylı işi üzrə 17 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayət vermişdir. Şikayətdə qeyd edilmişdir ki, hal-hazırda göz xəstəliyindən uzun müddətdir əziyyət çəkir, buynuz qişasının quruması, damar partlaması diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. Hər dəfə müayinə və müalicə olunsa belə heç müsbət nəticə əldə olunmamışdır. Həkimlərin tövsiyyəsinə görə xaricdə müalicə olunmalı, lakin barəsində çıxarılmış Yasamal rayon Məhkəməsinin 8(004)-123/2021 saylı, 17.02.2021-ci il tarixli qərardadına əsasən ölkə hüdudlarından kənara çıxa bilmir. Bu da nəticə etibarı ilə gözlərinin tutulmasına gətirib çıxara bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-123/2021 saylı işi üzrə 19.03 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu apellyasiya şikayətini müdafiə edərək, hal-hazırda heç bir yerdə işləmədiyini, maddi imkanı olmadığından borcdan ayda 20 manat ödəyə biləcəyini, gözdən əlil olduğunu, əlillik haqqında sənədinin hazırlanma mərhələsində olduğunu, müalicəsi ilə bağlı ölkə xaricinə çıxmalı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar apellyasiya şikayətini qəbul etməyərək, qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Yasamal rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4, 2.6; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1; Mülki Prosesual Məcəllənin 269.2, 269.3, 387.1, 397.2 və 398.0.1-ci maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 8(004)-123/2021 saylı işi üzrə 17 fevral 2021-ci il tarixli il qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar