Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-188/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, icra sənədi üzrə tələbkar Rafiq Əzimovun və icra sənədi üzrə Borclu1 vəkili və nümayəndəsi Borclu2 iştirakı ilə, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu1 məxsus olan avtomobilin üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Yasamal Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı təmin olunsun, icra sənədi üzrə Borclu1 məxsus olan 3 ədəd avtomobilin – “VAZ 21074” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz 320” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Land Rover” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Belə ki, borcludan tələbkarın xeyrinə 30.010 (otuz min on manat) məbləğində pul tutulması barədə icra sənədi icra məmuruna təqdim olunub. İcra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edib və qərarın surətini borcluya göndərməklə icra sənədində göstərilmiş tələbin onun tərəfindən könüllü icrası üçün 10 günlük müddət təyin edib. Lakin borclu icra sənədində göstərilən tələbi könüllü icra etməyib, könüllü icra üçün müəyyən olunmuş müddət isə keçib. Bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsaslar yaranıb. Ona görə də məcburi icra tədbiri kimi həmin avtomobillərin üzərinə həbs qoyulması və əmlakı satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi yolveriləndir. Şikayət onunla əsaslandırılıb ki, avtomobillər borclunun mülkiyyətində deyil. Lakin icra məmurunun təqdimatına həmin avtomobillərin mülkiyyət hüququ əsasında borcluya məxsus olması barədə sənəd əlavə olunub. Beləliklə, birinci instansiya məhkəməsi təqdimatı təmin etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-188/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-188/2021
30.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver