Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-188/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 990/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixində 2(004)-990/2022 saylı qətnaməsi üzrə nəzərdə tutulmuş aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə uyğunlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-990/2022 saylı qətnaməsi ilə cavabdeh Borclu övladı üçün 193 manat məbləğində aliment ödəməkdədir. Lakin son dövrdə övladının ehtiyacları xeyli artmışdır. Tələbkarın yaşayış xərcləri artıb, sağlamlıq probemlərinə görə heç bir yerdə işləmir. Uşağın maddi tələbatlarını, təhsil və müalicə xərclərini ödəyə bilmir. Keçmiş yoldaşı Borclu Şabran rayonu Statistika idarəsində işləyir, 772 manat əmək haqqı alır. Bundan əlavə qardaşının adına rəsmiləşdirilmiş, “VAZ21015” markalı **-BC-*** dövlət qeydiyyatı nömrəli avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur və buradan da əlavə gəlirləri mövcuddur. Mütəmadi olaraq Şabran Rayon xəstəxanasının qarşısında onun idarə etdiyi avtomobilin üzərində taksi nişanı görmək mümkündür. Bütün Şabran əhalisi onu taksi sürücüsü kimi tanıyır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-990/2022 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-990/2022 nömrəli qətnaməsi ilə ondan, yəni Borclu xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ərizəçi X5 öz uşağı, yəni övladı olan xx.xx.2019-cu il təvəllüdlü X1 bərabər vəzifələr daşıdıqları və alimentin ona yox, məhz xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına catana qədər saxlanılması məqsədi ilə onun tərəfindən övladı üçün ödənildiyini unudaraq, absurd olsa da, öz yaşayış xərcləri artması və sağlamlıq probemlərinə görə heç bir yerdə işləməməsi ilə əsaslandırdığı ərizə həmin ərizədə qeyd edilmiş halları təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməməsinə baxmayaraq təmin edilmiş və bununla yanaşı onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara, ümumiyyətlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-265/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında münasibət bildirilməmişdir. Halbuki onun tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş sübutlar işin faktiki halları ilə əlaqəli surətdə tədqiq ediləcəyi təqdirdə onun hazırki maddi vəziyyətinin və himayəsində xx.xx.2019-cu il təvəllüdlü X11 ilə yanaşı iki azyaşlı digər övladlarının olmasının qəbul edilmiş qərardadın Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-990/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin tərəfindən tam şəkildə icra edilməsini mümkünsüz etdiyi və həmin qərardadın icraya yönəldiləcəyi təqdirdə qətnamənin icrasının onun maddi imkanın xaricində olacağı açıqaşkar aydın olur. Hazırda qətnamə ilə müəyyən edilmiş aliment tərəfindən çətinliklə də olsa, ödənilir. Uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi isə, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsi zəruridir. Çünki, alimenti vaxtı-vaxtında ödənilməməsi uşağın mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasına səbəb olacaqdır. Belə ki, alimentin vaxtında ödənilməməsi uşağın maddi tələbatının təmin edilməsində məhdudiyyətlər yaradacaqdır ki, bu da uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Bir daha qeyd edir ki, uşağın saxlanılması, onların maddi tələbatının ödənilməsində hər iki valideyn birgə məsuliyyət daşıyır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Şabran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-T 204058 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.2019-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 70 nömrə ilə qeyd edilmişdir. Atası Borclu, anası X6r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-990/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-192/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X2 üçün cavabdeh Borclu iddiaçı X5 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ 365966 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Borclu ilə X10 arasında bağlanmış nikaha xx.xx.2021ci il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Hazırda X3 qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinə uyğunlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli № 15 qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X17 8.4-2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenum Qərarında müəyyən edilən halları, 2022-ci il üçün minimum əmək haqqı məbləğinin 300 manat təşkil etməsini, həmin il tələbkarın uşağı üçün tutulan aliment məbləğinin 193 manat müəyyən edilməsini nəzərə almaqla düzgün olaraq hesab etmişdir ki, tutulan alimentin məbləği (2022-ci il yanvarın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləğinin 300 manat müəyyən edildiyini nəzərə alınsa, 193 manat məbləğdə tutulan aliment 2022ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində müəyyən olunmuşdur) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulması müəyyən edimiş sabit pul məbləğində alimentin indeksasiyası həyata keçirilmişdir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin tələbkarın işləyib-işləməsindən asılı olmayaraq Borclu bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağın tələbatını təmin etməlidir. Eyni zamanda himayəsində başqa nikahdan uşaqlarının olması barədə borclunun dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu xx.xx.2019-cu il təvəllüdlü X1 və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – tələbkarın üzərindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasızdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-188/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-188/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver