Məhkəmə qərarları › İş №8(103)-19/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-19/2021

08.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-19/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(001)-566/2020 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-78/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra üsulunun dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-566/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)- 78/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icra üsulunun dəyişdirilməsinə dair X1 ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-566/2020 saylı qərardadından X2 şikayət vermişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-566/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyindən, məhkəmə iclasında ipoteka saxlayanın nümayəndəsi ipoteka predmetinin dəyişdirilməsinə razı olmadığını bildirdiyindən, borclu mülkiyyətində olan qeyri-yaşayış sahəsini sataraq əldə olunan pul vəsaiti ilə borcunu ödəmək imkanına malik olduğundan məhkəmə ərizənin təmin edilməsini qeyri-mümkün hesab edir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyildir. Çünki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icra üsulunun və qaydasının dəyişdirilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyindən, ipoteka saxlayanın isə buna razılığı olmadığından şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, X1 şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(001)-566/2020 saylı qərardadı dəyişdiriləmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(001)-566/2020 saylı qərardadı dəyişdiriləmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar