Məhkəmə qərarları › İş №8(103)-19/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-19/2024

15.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-19/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair tələbkar X1 ərizəsinin təmin edilməməsinə dair həmin məhkəmənin 12 dekabr 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Borclu qarşı “əmlakın qaytarılması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Borclu 1) 2 ədəd çilçıraq; 2) 3 ədəd xalça; 3) 3 ədəd pərdə; 4) 3 ədəd süfrə; 5) 1 ədəd karniz; 6) ət çəkən; 7) şirə çəkən; 8) limon sıxan; 9) portağal sıxan; 10) kofe dəmləyən; 11) ütü; 12) mikser; 13) yemək bişirən peç; 14) tozsoran; 15) 1 ədəd lampa; 16) 1 ədəd "Samsung" markalı telefon; 17) 2 dəst pakrval; 18)1 dəst yorğan; 19) 1 dəst divan üstü; 20) 1 dəst hamam xalatı; 21) 2 dəst ədyal (nazik); 22) 2 dəst ədyal qalın; 23)6 dəst pastel; 24)8 dəst əl-üz dəsmalı; 25)12 dəst dəsmal canqurulayan və 2 dəst dəsmal naboru; 26) 6 dəst çay dəsmalı; 27) 2 dəst balış; 28) 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək; 29) nahar servisi; 30) gündəlik servis; 31) bıçaq dəsti; 32) tort qabı; 33) peçenye qabı; 34) 2 dəst ədviyyat qabı dəsti; 35) 3 dəst sini ("podnos") dəsti; 36) qaşıq-bıçaq çamadan dəsti; 37) gündəlik qaşıq-bıçaq dəsti; 38)1 ədəd çaydan; 39)3 ədəd çaynik; 40) 3 böyük qazan dəsti; 41) 2 orta qazan; 42) 2 dəst tava; 43) 2 dəst güldan; 44) 3 dəst vaza; 45) 1 dəst meyvə vazası; 46) 2 dəst kül qabı; 47) 3 dəst şüşə qab; 48) 4 dəst mürəbbə ("varena") qabı; 49) 4 dəst qənnadı qabı; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı; 51) qaşlı armudu + araq stəkanları; 52) armudu stəkan (qaşıqlı); 53) 1 dəst fincan dəsti ("çaşqa naboru"); 54) 1 dəst fincan ("çaşqa"); 55) xrustal stəkan 2 dəst; 56) xrustal qrafinka stəkanı ilə dəst; 57)qrafinka stəkanı ilə qızılı rəng dəst; 58) qrafinka göy qapaq dəst ("nabor") 59) viski qrafinka stəkanı ilə dəst ("nabor") gümüşü rəng; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng; 61) 3 formada rumkalar gümüşü rəng; 62) 2 dəst şirə bakalı ("sok rumkası"); 63) 4 dəst çay stəkanı; 64) 4 dəst nəlbəki; 65)3 dəst armudu stəkan; 66) 3 dəst nəlbəki; 67) 2 dəst razetka; 68)1 dəst limon qabı; 69)2 dəst gündəlik sini ("podnos"); 70) 2 dəst ləyən; 71)2 dəst səbət; 72)1 dəst aşsüzən; 73)iynə dəsti; 74)şpilka qabı; 75)tyorka; 76)meyvə doğrayan taxta; 77)hamam silən; 78)2 ədəd kalçuk qab; 79)soba (peç); 80) qoz çəkən; 81)qoz qıran; 82)banka bağlayan; 83)termus; 84)saat; 85)duz qabı dəsti; 86)su qrafini; 87)ləpə qabı; 88)1 dəst ədyal; 89)aşsüzən; 90)sarımsaq əzən; 91)çörək qabı; 92)2 dəst oxlov; 93) gəlin güzgüsü; 94)ələk-kəfkir; 95) kartof əzən; 96)süpürgə-xəkəndaz; 97) “İstikbal” yataq dəsti; 98)"İstikbal" qonaq dəsti; 99)standart döşək; 100) divan- kreslo; 101)"Samsung" markalı televizor; 102) )"Samsung" markalı soyuducu; 103)"Samsung" markalı paltaryuyan maşın; 104)aspirator; 105)toster; 106)mətbəxt mebeli, 107) ağ qızıl komplekt, 108) mirvari komplekt, 109) qızıl bəxt üzüyü, 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı, 111) qızıl üzük, sep (türkan adı yazılan), 112) qızıl uşaq sırğası, 113) brilyant qaşlı ağ-qızıl üzüyün alınıb X2 təhvil verilməsi, qeyd olunan əşyalar aşkar olunmadığı halda, həmin əşyanın dəyərinin Borclu tutulub X2 ödənilməsi qət edilmişdir. Ərizəçi (tələbkar) X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, həmin qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, ərizəsini belə əsaslandırmışdır ki, hazırda bir övladı ilə kirayə ev axtarır, münasib qiymətə kirayə ev tapacağı təqdirdə cehiz əmlaklarını çıxaracaq. Qarşıdan soyuq ayları gəlir, kirayə haqları bu aylarda yüksək olur, buna görə də mənzil və yaşayış yeri tapmaqda çətinlik çəkir, ona mənzil tapmaqda kömək edəcək şəxs və qohum-əqrabaları yoxdur. Bu səbəblə qətnamənin icrasına müəyyən bir vaxt ərzində möhlət verilməsini zəruri hesab edir. Məhkəmənin 12 dekabr 2023-cü il tarixli qərardadına əsasən ərizənin təmin edilməməsi qərara alınmış, həmin qərardaddan ərizəçinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizənin məzmununa uyğun əsaslandırılmış, məhkəmənin qanunsuz və ədalətsiz nəticəyə gəldiyi irəli sürülmüşdür. Kollegiya ərizə üzrə toplanmış materialı tədqiq edərək aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası digər şəxslərin hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, qətnamənin icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafelər mütləq nəzərə alınmalıdır. İşin hallarından görünür ki, ərizəçi qətnamənin icrasını həyata keçirməli olan şəxs deyil, əksinə o, tələbkardır və qətnamə məhz onun iddia tələbi əsasında çıxarılmışdır. Ərizəçi, özünün tələbkar olduğu məhkəmə aktının icrasına möhlət verilməsi xahişini kirayə ev axtarması ilə əlaqələndirdiyindən, əslində onun istəyi qətnamənin icrasına möhlət verilməsinə deyil, icra sənədinin icrasının dayandırılmasına yönəlmişdir. “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə görə isə, tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu baxımdan kollegiya hesab edir ki, tələbkarın ərizəsində irəli sürdüyü hal, qətnamənin icrasına möhlət verilməsi üçün qanunvericiliyin müəyyənləşdirdiyi meyara cavab verməməkdədir və o, icra sənədi üzrə icraatın dayandırılması üçün icra məmuruna müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-746/2023 saylı iş üzrə 12 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar