Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-191/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-232/2022 nömrəli 14 noyabr 2022ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1nın ərizəsinə baxılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-257/2024 nömrəli 22 aprel 2024-cü il tarixli qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2(004)- 232/2022 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh X3 “X9 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunan 28000 manat məbləğində vəsaitin 1/2 hissəsinin 1/3 hissəsi olan 4666,67 manatın iddiaçı Tələbkar2 və 1/3 hissəsi olan 4666,67 manatın Tələbkar1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “X9 Prado” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaitinin ½ hissəsinə (14000 manat) X4 payının olmasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 60 manatın Tələbkar2 və Tələbkar1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə üzrə borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli 2(004)-232/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş borcu birdəfəlik ödəmək imkanı yoxdur, hazırda maliyyə vəziyyəti çox ağırdır, heç yerdə işləmir, əlavə gəlir yeri yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-257/2024 nömrəli 22 aprel 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin uzun müddət ərzində icra olunması mənasına gəlir, bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Qanunun tələbinə görə, məhkəmə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsaslanmaqla qətnaməni hissə-hissə icra edilməsini təmin edə bilər. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(004)- 232/2022 saylı icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay 300 manat olmaqla hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 300 manat ödənilməsi tutulması qərara alınmış məbləğin 2 ildən artıq müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Göründüyü kimi qətnamə qüvvəyə minmiş, icraya yönəldilmiş və xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Hazırki vaxta qədər ödənilməli borc məbləğindən ümumilikdə 833 manat ödənilmişdir. Kollegiya qətnamənin hissə-hissə icraya yönəldilməsinin sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən, bu şəkildə icra olunmasının tələbkarın mənafeyinə uyğun gəlməməsini və bu baxımdan da tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti dogrudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Göründüyü kimi şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-257/2024 nömrəli 22 aprel 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-191/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-191/2024
04.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver